09/04/2020 10:46
728 x 90

Əliyev-Paşinyan debatına ABŞ-dan reaksiyalar...

Piter Teys və Metyu Brayza...

img

Nikol Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır. Bunu “Trend”ə amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev parlaq çıxış etdi: “Bu çıxışda ermənilərin tarixi manipulyasiyaları və son otuz il ərzində Azərbaycana qarşı dezinformasiya kampaniyası ifşa olunub. Prezident İlham Əliyev yüksək ixtisaslı, unikal demokratik dövlət xadimidir. Çiçəklənmə, multikulturalizm və heyrətamiz tarixi irs Azərbaycanı hər kəsi ruhlandıran müstəsna məkana çevirir”.

P.Teys qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir: “Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.

Ekspert əlavə edib ki, mövcud status-kvo dəyişdirilməlidir və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır:

“Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb – Ermənistan və Azərbaycanı. Bunu isə agentliyə ATƏT Minsk Qrupunun ABŞ-dan sabiq həmsədri Metyu Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, Minsk qrupunun danışıqlarında yalnız Bakı və Yerevanın nümayəndələri iştirak ediblər: “Mən həmsədr olduğum müddətdə erməni tərəfi qondarma Dağlıq Qarabağ “nümayəndələri”nin iştirak etməsini istəyirdi, amma hər üç həmsədr bu müraciətləri qəbul etmirdi. Həmsədrlərin müqavimətindən sonra Yerevan bu tələbi irəli sürməyib”.

M.Brayza hesab edir ki, bu cür bəyanatlarla Ermənistan hökuməti Azərbaycanı qıcıqlandırmadan və danışıqlar masasında yaranan müsbət impulsu zərbə altına qoymadan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir.

Son xəbərlər