09/04/2020 12:13
728 x 90

Rusiya XİN-də erməni diplomatlar bir nəfər azaldı, əvəzində Venesuela kimi ölkə ilə Azərbaycanın arasını soyutmaq ehtimalı yarandı...

img

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Venesuelada fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Vladimir Putinin fərmanına əsasən, Sergey Məlik-Bağdasarov Venesuelada Rusiyanın yeni səfiri olub. Rusiya Prezidentinin başqa bir sərəncamına əsasən Vladimir Zaemski Rusiyanın Venesueladakı səfiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Sergey Məlik-Bağdasarov 1968-ci ildə Moskvada anadan olub. Erməni əsilli diplomat əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Məlumdur ki, Venesuela ilə Azərbaycan arasında yaxın münasibətlər var. Həmin ölkənin Prezidentinin Azərbaycana səfəri reallaşıb. Müxtəlif beynəlxalq platformalarda əməkdaşlığımız mövcuddur. Qoşulmama Hərəkatına sədrliyi də Azərbaycan Venesueladan qəbul etdi. Rusiya ilə Venesuelanın münasibətləri normaldır. Maraqlıdır, erməni əsilli səfirin Venesuelaya təyinatı rəsmi Karakasla Azərbaycanın münasibətlərinə mənfi təsir göstərə bilərmi?

  • Zamin Axundov: “Erməni xislətini də nəzərə almalıyıq ki, haradasa ürək bulandırmağa cəhd ola bilər”

Politoloq Zamin Axundov qəzetimizə açıqlamasında bildirdi ki, diplomatik münasibətlərin qurulmasında səfirlərin rolu böyükdür: “Ancaq bu heç də o demək deyil ki, hansısa səfir təmsil olunduğu ölkə ilə bağlı münasibəti istənilən məcraya yönəldə bilər. Erməni əsilli səfir Rusiyanı təmsil edəcək. Səfirlər təmsil etdikləri ölkələrin təlimatına uyğun şəkildə fəaliyyət göstərirlər. Bu da onu deməyə əsas verir ki, erməni əsilli səfir daha çox Rusiyanın təlimatlarını yerinə yetirəcək. Rusiya ilə Venesuelanın münasibətləri çox yaxşıdır. Təsadüfi deyil ki, Maduroya qarşı qalxan kütləvi etirazların sakitləşməsi və onun hakimiyyətdə saxlanmasında Moskvanın əvəzsiz dəstəyi oldu. Latın Amerikası Azərbaycandan çox uzaqdadır. Bizim onlarla Rusiya ilə münasibət kontekstindən kəsişən marağımız da yoxdur. Ancaq erməni xislətini də nəzərə almalıyıq ki, hardasa ürək bulandırmağa cəhd ola bilər. Venesuela-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək bir təhlükə görmürəm. Ancaq yenə də ehtiyatımızı əldən verməməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər