Fevralın 9-da keçirilən parlament seçkilərində yekun seçici fəallığı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov ilkin məlumatı açıqlayarkən bildirib ki, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 47.81 faiz təşkil edib.
Saat 19:00-a olan ən aktiv və passiv seçki dairələri də açıqlanıb. F.Orucovun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub. Bu dairədə 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər) seçici fəallığı qeydə alınıb.
Ən passiv dairə 17 saylı Yasamal 3-cü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.