Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Secki-2020.az saytının xəbərinə görə, bunu Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O yeni formalaşmış parlamentin Azərbaycanın inkişafı və çiçəklənməsi üçün daha yaxşı işlər görəcəyinə əminliyini bildirib.
Pakistan parlamentinin keçmiş vitse-spikeri Murtuza Cavid Abbasi isə vurğulayıb ki, seçki ərəfəsində vəziyyəti müşahidə ediblər, Gəncədə və Naxçıvanda olublar. Bu gün səhər isə Bakıdakı bir sıra məntəqələrə baş çəkiblər.
Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxanın sözlərinə görə, müşahidə zamanı hər hansı pozuntuya rast gəlməyiblər. O deyib: “Yeni formalaşacaq parlamentin Azərbaycanda siyasi sistemin müasirləşməsində və demokratikləşməsində vacib rol oynayacağına əminik".