Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən baki-xeber.com-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.