“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün çox vacib gündür”. Secki-2020.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, albaniyalı deputat Elona Hoca-Qjebrea deyib.
O bildirib ki, Azərbaycanın ATƏT standartlarına riayət etməsi çərçivəsində bütün standartları və prosedurları dəstəkləmək və qiymətləndirmək üçün gəlmişik.
“Biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün buradayıq”, - o söyləyib. Xanım diplomat Azərbaycan xalqına sülh və uğur arzulayıb.