Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir. Bunu Trend-ə ABŞ-ın Los Anceles şəhərindən müşahidəçi Mitç Silberman deyib.
O bildirib ki, onun üçün bu ölkədə olmaq və seçkiləri müşahidə etmək böyük şərəfdir:
“Ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnunuq”.