Milli Məclisə seçkilərdə ilkin məlumata əsasən, ən aktiv və ən passiv seçki dairələri müəyyənləşib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, saat 10:00-a olan məlumata görə, 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairələri ən fəal dairələrdir. 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçici fəallığı 21,03 faiz (8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsindən 21,03 faiz (9864 nəfər) olub.
Hələlik ən passiv dairə 17 saylı Yasamal 3-cü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (352 nəfər) olub.