“Prosedurlara əsaslanaraq deyə bilərəm ki, indiyə qədər hər şey qaydalara uyğun şəkildə həyata keçirilib”. Bunu ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının üzvü, polşalı nümayəndə Rozalt Darlus Kajetan deyib.
O deyib ki, səsvermə məntəqələri yaxşı təchiz olunub, məntəqə sədrləri və digər nümayəndələr hamısı yerindədir: “Biz hər hansı qanuna uyğunsuzluq, insident qeydə almadıq. İndiyədək 3 səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır. Biz müşahidələrimizə səsverməyə strat veriləndən başlamışıq. Səhər olduğu üçün hələ ki, səsvermədə az şəxs iştirak edib. Hər məntəqənin siyahısında 1300-1400 adam var, lakin müşahidə müddətində 5-7 vətəndaş gəlib səs verib. Qeyd etdiyim kimi, bu, zamanla bağlıdır. Əminəm ki, gün ərzində daha çox adam səsverməyə gələcək”.
"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq". Bunu isə ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.
Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır".