Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanda parlament seçkiləri - “Exit-poll”un nəticələri açıqlandı - YENİLƏNDİ

Image


22:49

Fevralın 9-da parlament seçkilərini izləmək üçün 20 seçki məntəqəsində müşahidə apardım. Həmçinin bir məntəqədə səslərin sayılması prosesini izlədim. Burada seçkilərin necə keçirilməsi və səslərin sayılması barədə çox dəqiq məlumat əldə edə bildim, bir sıra yeniliklərlə də tanış oldum. Ən maraqlı cəhət seçki zamanı səs verən şəxslərin barmaqlarına rəngsiz mürəkkəbin vurulmasıdır ki, bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır. Bu, digər ölkələrin praktikasında mövcud deyil. Bu sözləri Fransa Senatının Xarici əlaqələr və müdafiə komitəsinin vitse-prezidenti Joel Qerio Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Müşahidə apardığımız məntəqələrdə qaydalara ciddi riayət olunurdu. Bir məntəqədən digərinə getməkdə çətinlik çəkmədik. Ümumilikdə, proses müsbət məcrada keçirdi. Təşkilatçılara minnətdarlığımı bildirirəm", - deyə Joel Qerio bildirib.

Fransanın Bol şəhərinin meri İv Metero isə 8 seçki məntəqəsində müşahidə apardığını qeyd edib. O deyib: “Mən hüquqşünasam. Burada Seçki Məcəlləsini nəzərdən keçirmək imkanım oldu. Seçki Məcəlləsi asan anlaşıla bilən formada hazırlanıb. Bütün namizədlər ondan asanlıqla istifadə edə bilərlər. Seçkilər normal şəraitdə keçdi”.

22:30

“Azərbaycanda parlament seçkilərinin yaxşı təşkilini və çoxlu sayda müşahidəçi olmasını qeyd etmək istəyirəm. Bu gün biz bir neçə seçki məntəqəsində olduq, ələlxüsus məktəblərin birində yerləşən məntəqədə yaxşı təşkilatçılıq və çoxlu sayda müşahidəçi gördük. Mən hətta Rusiyadakı seçki məntəqələrində bu cür hallara nadir rast gəlmişəm. Burada müxtəlif partiyalardan müşahidəçilər var idi, hətta vətəndaşlar özləri gəlib qeydiyyatdan keçirdilər”. Bunu mətbuat konfransında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov bəyan edib.

Dövlət Dumasının deputatı Maksim İvanov isə vurğulayıb ki, Azərbaycanda seçkilər demokratik və şəffaf keçir. O deyib: “Bu gün biz bir neçə məntəqədə olduq və gördüklərimizə əsasən deyə bilərəm ki, yetərincə şəffaf seçki prosesi təşkil edilib, insanlar seçki məntəqələrinə gəlirlər, seçici fəallığı yüksəkdir. Düşünürəm ki, hər hansı saxtalaşdırmanın olacağına dair şübhələrə heç bir səbəb yoxdur”.

Dövlət Dumasının daha bir deputatı Boris Çernışov öz həmkarlarının fikirləri ilə həmrəy olduğunu qeyd edib. O əlavə edib: “Möhtəşəm seçkidir, görünür ki, sərbəst səsvermə üçün hər cür şərait yaradılıb. Biz çoxlu sayda yerli müşahidəçi gördük, həmçinin xarici ölkələrdən gəlmiş müşahidəçilər üçün heç bir maneənin olmadığı imkanlar yaradılıb”.

22:26

"Mən müşahidə müddətində Dağlıq Qarabağ bölgəsini əhatə edən seçki məntəqəsində oldum. Seçki məntəqəsində Dağlıq Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar”. Bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.

Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzu etdiyini vurğulayan müşahidəçi deyib: “Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməldir. Çünki Dağlıq Qarabağ  bölgəsində yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər”.

21:34

Belarus parlamentinin müşahidə missiyası fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. Missiyanın rəhbəri Sergey Laçkov müşahidə apardıqları seçki məntəqələrində fəallığın olduğunu bildirib. O deyib ki, təşkilatlanma yaxşı səviyyədə idi. Hazırlıq səviyyəsi də yaxşı idi. Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığın və ədalətli seçkinin olduğunu göstərirdi.

Sergey Laçkov vurğulayıb ki, seçicilər azad şəkildə öz seçimlərini edirdilər. Onlar məntəqələrdə heç bir təsirə məruz qalmırdılar. Əksər məntəqələrdə “exit-poll” təşkil olunmuşdu.

Belarus parlamentinin üzvü Aleksandr Markeyviç isə deyib ki, Bakının müxtəlif rayonlarındakı seçki məntəqələrində müşahidələr aparıblar. “Müşahidələr zamanı yüksək səviyyədə hazırlığın şahidi olduq. Qanun pozuntuları yox idi. İnanırıq ki, yeni parlamentlə də əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə o əlavə edib.

21:22

“Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər demokratik və şəffaf keçdi. Seçki məntəqələrində çox sayda seçici və müşahidəçi var idi. Bu, xüsusi olaraq diqqətimi cəlb etdi”. Bu fikirləri Milli Məclisə seçkiləri müşahidə edən Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel mətbuat konfransında deyib.

Bavariya parlamentinin digər nümayəndəsi Ulrix Singer də həmkarı ilə eyni fikri bölüşdüyünü bildirib. O qeyd edib ki, hər şey qaydalara uyğun idi: “Seçki məntəqələrində bütün suallarımıza cavab tapdıq. Heç kim bizə problem yaratmadı. Bu, bizim üçün önəmli idi”.

Yunanıstan parlamentinin deputatı Lazaros Tsavdaridis isə deyib ki, onlar dörd məntəqədə müşahidə aparıblar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülər ilə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçib”.

Yunanıstan parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçib.

21:01

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub. Bunu Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O yeni formalaşmış parlamentin Azərbaycanın inkişafı və çiçəklənməsi üçün daha yaxşı işlər görəcəyinə əminliyini bildirib.

Pakistan parlamentinin keçmiş vitse-spikeri Murtuza Cavid Abbasi isə vurğulayıb ki, seçki ərəfəsində vəziyyəti müşahidə ediblər, Gəncədə və Naxçıvanda olublar. Bu gün səhər isə Bakıdakı bir sıra məntəqələrə baş çəkiblər.

Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxanın sözlərinə görə, müşahidə zamanı hər hansı pozuntuya rast gəlməyiblər. O deyib: “Yeni formalaşacaq parlamentin Azərbaycanda siyasi sistemin müasirləşməsində və demokratikləşməsində vacib rol oynayacağına əminik".

20:40

Azərbaycanda bu gün keçirilən parlament seçkilərini izləyən israilli müşahidəçilər seçkinin nəticəsini müsbət qiymətləndiriblər. Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar tədbirdə İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib.

Onun sözlərinə görə, seçkilərdən bir neçə gün əvvəl Bakıya gəliblər.

Bakıda son illər ərzində yüksək inkişafın olduğunu nəzərə çatdıran R.Gureviç bildirib ki, Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclər çox iştirak ediblər: "Bu da müsbət haldır. Seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".

Digər müşahidəçi Boris Qrosman əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur:

"Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər".

B.Qrosman bildirib ki, İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da İsrail üçün həmişə qardaş və dost ölkə olacaq.

Müşahidəçi Aleksey Tessarskiy isə hesab edir ki, müşahidələrinə əsasən, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.

20:07

Amerika Birləşmiş Ştatlarının "AJF Associates İnc." şirkəti növbədənkənar parlament seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb. Şirkətin vitse-prezidenti George Birubaum bildirib ki, Azərbaycanda 5-ci "exit-pool" keçiririk. 1053 məntəqədə exitpol keçirdik.

2106 nəfərdən çünasibə aldıq. 47 sahə üzrə nəzarətçisinə nnəticə təqdim edilib. Səhər 11, 14 və 17 də nəticələr təqdim olunub. Nəticələr dərhal New-Yorka ötürülüb: "Proses zamanı 76 min müsahibə aparılıb. Təxminən hər dairədə 640-650 müsahibə aparılıb. Hər dairə üzrə xəta həddi 3,6 -3, 9 faiz götürülüb.

İlkin nəticələrə görə, seçkilərdə YAP 69 yer, müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3 yer, Demokratik İslahatlar Partiyası 1, Böyük Qurtuıuş Partiyası 1, BXCP 1 yer, Azərbaycan Demokratik Partiyası 1 yer, VHP 3 yer qazanıb".

20:04

"Opinion Way" Sosialoji Tədqiqatlar İnstitutu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı "exit-poll" nəticələrini açıqlayıb.

İnstitutun baş direktoru Brüno Jean Bar çıxış edib. O bildirib ki, 236 məntəqədə exit-poll həyata keçirilib: "Səs verən şəxsləri Azərbaycan dilində sorğuya cəlb etdik. Sorğu bütün ölkə üzrə həm kənd, həm də şəhər məntəqələrində həyata keçirildi. Sorğuda 10 min 190 nəfər iştirak etdi. Seçici fəallığı 55,65 faiz olub".

19:30

Azərbaycanda seçkilər sakit şəraitdə keçib. Bunu Gürcüstandan olan müşahidəçi Eka Qulua deyib.

O bildirib ki, səhər saat 8-dən başlayaraq 7-8 seçki məntəqəsində olub: “Xalq sakit səs verdi, hamı məmnun idi. Hər kəs deyir ki, hökumətdən məmnundur”.

Onun sözlərinə görə, heç vaxt bu qədər demokratik seçkiqabağı mühit görməyib.

19:01

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb. Saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. Saat 19.00-da seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb. Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) veb-kameralar quraşdırılıb.

5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

18:16

Milli Məclisə seçkilərdə saat 17:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 70.5 faiz (39 min 970 seçicidən 27 254 nəfər) seçici fəallığı qeydə alınıb. Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24,9 % (53 min 4 seçicidən 13 min 771 nəfər) təşkil edib.

18:01

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 17:00-a qədər 2 milyon 389 min 754 seçici iştirak edib. Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 389 min 754 nəfəri (44.84%) səsvermədə iştirak edib.

17:45

“Biz iki seçki dairəsində müşahidə aparırıq. Qeyd etmək istərdim ki, beynəlxalq müşahidə missiyasının bir üzvü olaraq biz adətən seçki bülletenlərinin sayını, seçki qutularının və seçki kabinələrinin qaydalara uyğun hazırlandığı yoxlayırıq. Müşahidələrimiz göstərir ki, indiyədək hər şey qaydalara uyğun həyata keçirilib. Olduğumuz məntəqələrdə seçki proseduruna ciddi əməl edilir”.

Secki-2020.az saytının xəbərinə görə, bunu Qubada Milli Məclisə keçirilən seçkiləri izləyən Avropa Liberal Gənclər Təşkilatının (LYMEC) nümayəndəsi Lajtya Jullus bildirib.

O, əlavə edib ki, sonuncu seçki məntəqəsində seçki prosesinin şəffaf və ədalətli keçirilməsi üçün quraşdırılmış veb-kameraları da yoxlayıblar. Ümumiyyətlə, seçicilər üçün məlumat xarakterli bukletlər və broşürlər də seçki prosedurlarına uyğun hazırlanıb.

17:32

Bugünkü seçkilər Azərbaycan qanunvericiliyinə və ölkənin hamı tərəfindən qəbul edilmiş standartları təmin etmək və onlara əməl etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilir.

Bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, MDB Parlament Assambleyasının (PA) müşahidə missiyasının üzvü Aleksandr Başkin deyib.

Onun sözlərinə görə, MDB PA-nın müşahidəçiləri bu gün seçki məntəqəsinin açılışında iştirak ediblər, sonra da bir sıra digər məntəqələrdə olublar: “Seçki məntəqələrində çox mehriban və sakit atmosfer diqqəti cəlb etdi. Bir-birinə rəqib olan müxtəlif partiyaların və namizədlərin çox sayda müşahidəçisi olmasına baxmayaraq, hansısa qarşıdurma və ya mənfi hal olmadı. Heç bir pozuntuya rast gəlmədik, şikayətlər yox idi. Seçicilərdən də şikayətlər olmadı. Azərbaycanın seçki qanunvericiliyini yaxşı bilirəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey ciddi şəkildə yerinə yetirilir”.

17:29

İndiyə qədər parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) hər hansı bir rəsmi şikayət daxil olmayıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, MSK-nın qaynar xəttinə 50-ə qədər müraciət daxil olub:

"Müraciətlər əsasən texniki xarakterli və hansısa məsələnin aydınlaşdırılması ilə bağlı olub. Seçki indiyə qədər normal şəkildə davam edib. Hava şəraitinə baxmayaraq səsvermədə fəallıq var.

Sədr müavini vurğulayıb ki, bu səsvermə qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.

16:57

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər. ATƏT DTİHB müşahidəçisi Halogh Nora seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

Qurumun digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

16:52

Ağcabədi rayonunun ən yaşlı seçicisi, Qaravəlli kənd sakini 120 yaşlı Püstə Təhməzova Milli Məclisə keçirilən seçkilərdə səs verib. 

Püstə Təhməzova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə daşınan seçki qutusunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında evə səyyar seçki qutusu gətirilib və Püstə Təhməzova istədiyi namizədə səs verib.

Yeddi övladı, 36 nəvəsi, 61 nəticəsi, 8 kötücəsi olan 1900-cü il təvəllüdlü Püstə Təhməzova deyib: “Sovetlər dövründə çox çətinliklər görmüşəm. Böyük Vətən müharibəsi illərində səhər buğda biçininə, günorta pambıq alağına, axşam darı yığımına getmişəm. Çətinliyimiz çox idi. İndiki dövr yaxşıdır. Bolluqdur, əmin-amanlıqdır. Mən də bütün seçkilərdə iştirak edirəm. Bu gün də istədiyim namizədə səs verdim".

Qeyd edək ki, 82 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1067-nin yaşı 80-100 arası, 5 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Cənub bölgəsi üzrə ən yaşlı seçicisi (115 yaşı) 75 saylı Lənkəran–Masallı seçki dairəsinin 12 saylı məntəqəsində siyahıya alınıb. Belə ki, 1905-ci il təvəllüdlü Şabikə Fərhad qızı Axundova daşınan qutu vasitəsilə ona yaradılan şəraitdən istifadə edərək səs verib.

16:42

“Bu gün Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir. Azərbaycan xalqı öz namizədlərinə səs verir. İnanıram ki, seçkilər uğurla başa çatacaq və 2020-ci il fevralın 9-u Azərbaycanın xalqının tarixinə ən uğurlu günlərdən biri kimi yazılacaq”. Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Lidiya Bradara deyib.

Deputat bildirib ki, saat 13:30-dək 6 seçki məntəqəsində səsvermənin gedişini izləyib və heç bir qayda pozuntusu ilə rastlaşmayıb.

Seçkilərin demokratik şəraitdə keçirildiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi seçki prosesində təşkilatçı və müşahidəçi qismində iştirak edən qadınların sayının çoxluğunu xüsusi vurğulayıb. Müşahidəçi qismində bir çox Avropa ölkələrində olduğunu deyən deputat Azərbaycanda seçki prosesində qadınların sayının çoxluğunu olduqca müsbət hal kimi dəyərləndirib.

Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Bosniya və Herseqovina parlamentinin üzvü deyib: “Azərbaycana ilk dəfədir gəlirəm. Ölkəniz haqqında oxusam da, onu görməmişdim. Bakı çox müasir şəhərdir və Şəqrlə Qərbin, keçmişlə müasirliyin əlamətlərini özündə birləşdirir. Ölkəniz haqqında təəssüratlarım zəngindir”.

16:17

“Biz İsmayıllıda artıq üç seçki komissiyasında olmuşuq. Seçkilər həqiqətən də seçki qanununa uyğun təşkil edilib”.

Bunu Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesini izləyən MDB-dən olan müşahidəçi, Həştərxan Vilayət Duması sədrinin birinci müavini İrina Rodnenko söyləyib.

“Seçkilərin gedişinə fəal nəzarət edən müşahidəçilərin sayı bizi heyrətləndirir”.

16:12

Bu gün Azərbaycanda keçirilən seçkilər zamanı apardığım müşahidələr göstərir ki, hər şey normal vəziyyətdədir. Müxtəlif ölkələrdən müşahidəçilərin, jurnalistlərin prosesi izləməsi və işıqlandırması seçkilərin şəffaf keçməsinin əyani sübutudur. Bu fikirləri Milli Məclisə keçirilən seçkilərin gedişini izləyən iordaniyalı tarixçi Ömər Armuti bildirib.

Ömər Armuti deyib: “Səhər tezdən seçki məntəqələrində olduq. Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Veb-kameraların quraşdırılması, siyasi partiyaların nümayəndələrinin prosesi izləməsi şəffaflığı daha da artırır. Seçkilər azad və sərbəst şəraitdə keçir. Parlament seçkilərinin belə uğurlu keçməsi bizi sevindirir. Bu seçkilər Azərbaycanın gələcək inkişafı baxımından önəm kəsb edir. Düşünürük ki, seçicilər layiqli namizədlərə seçəcəklər və Azərbaycanın gələcəyi daha parlaq olacaq. Azərbaycan xalqına, dövlətinə, hökumətinə nailiyyətlər arzulayıram”.

16:00

Milli Məclisə seçkilərdə saat 15:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb. Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.

15:39

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-a qədər 2 milyon 90 min 589 seçici iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 90 min 589 nəfəri (39.23%) səsvermədə iştirak edib.

14:48

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub. Bunu beynəlxalq müşahidəçi Sergey Polyakov deyib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.

14:44

Beynəlxalq təşkilat Mingəçevirdə “exit poll” keçirir. “Exit poll” Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu tərəfindən 47 saylı Mingəçevir seçki dairəsinin iki məntəqəsində və 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin bir məntəqəsində həyata keçirilir.

ABŞ-ın "AJF&Associates, İnc" təşkilatı tərəfindən isə 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 2 saylı məntəqəsində "exit-poll" keçirilir. Hazırda 2 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir.

14:15

Ukraynalı deputat Vladimir Kreydenko bildirib ki, Azərbaycanda parlament seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur. Onun sözlərinə görə, bu cür hava şəraitində saat 11:30-a kimi bir məntəqədən 300-dən çox seçicinin səs verməsi vətəndaşların ölkənin idarə olunmasına layiqli namizədin seçilməsinə böyük marağını göstərir.

V.Kreydenko, həmçinin səsvermə prosesinin digər müsbət amillərini qeyd edib: “Məntəqələrin işi vaxtlı-vaxtında başlayıb, səsvermə prosesi yüksək səviyyədə davam edir. Komissiya üzvlərinin yerində olduğu görünür, aşkar pozuntu və sui-istifadə müşahidə olunmur”.

13:49

22 saylı Nəsimi II Seçki Dairəsinin 25 saylı məntəqəsində ATƏT Parlament Assambleyasının (PA) müşahidəçisi, bolqarıstanlı Ahmedov Ahmed Redzhebov və Bolqarıstan Parlamentinin nümayəndəsi Hamid Hamid Bari seçkini izləyiblər. 

Hamid Hamid Bari deyib ki, olduqları bütün məntəqələrdə seçki prosesi yüksək səviyyədə təşkil olunub: “Müşahidə apardığımız məntəqələrdə heç bir qayda pozuntusuna rast gəlməmişik. Səsvermə sakit şəkildə keçirilir”, - deyə o qeyd edib.

13:38

“Azərbaycanda seçki prosesində tətbiq olunub yeniliklər məni təəccübləndirdi". Bunu Çexiya parlamentinin üzvü Yaroslav Qulik deyib. Onun sözlərinə görə, artıq 15 seçki məntəqəsində olub.

“Olduğumu məntəqələrdə heç bir qayda pozuntusu müşahidə etməmişəm. Seçkidə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunub, barmağa vurulan mürəkkəb seçki şəffaflığını qorumaq üçün atılmış addımdır. Bütün bunlar alqışalayiqdir”, - deyə Y. Qulik vurğulayıb.

13:25

İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər. Bunu israilli müşahidəçi, jurnalist Boris Belodubrovski deyib. O bildirib ki, sakinlər vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə gəlir.

B.Belodubrovskinin sözlərinə görə, üç həftə sonra İsraildə seçkilər olacaq və bununla əlaqədar ölkə seçki prosesində digər dövlətlərin təcrübəsindən yararlana bilər: “Mən burada İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm. Məsələn, girişdə seçicilərin barmağını xüsusi maye ilə işarələyən şəxs. Bizdə belə bir şey yoxdur”.

O, həmçinin öz müşahidələri barədə danışıb: “Mən seçicilərdən biri ilə danışdım. O, öz vətəndaşlıq borcunu yerinə yetirdiyini dedi və bildirdi ki, ölkədəki vəziyyətə təsir göstərə bilmək üçün bu hüququndan istifadə edir”.

13:12

“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün çox vacib gündür”. Bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, albaniyalı deputat Elona Hoca-Qjebrea deyib.

O bildirib ki, Azərbaycanın ATƏT standartlarına riayət etməsi çərçivəsində bütün standartları və prosedurları dəstəkləmək və qiymətləndirmək üçün gəlmişik.

“Biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün buradayıq”, - o söyləyib. Xanım diplomat Azərbaycan xalqına sülh və uğur arzulayıb.

12:52

ABŞ-ın Los Anceles şəhərindən müşahidəçi Mitç Silberman deyib ki, Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir. O bildirib ki, onun üçün bu ölkədə olmaq və seçkiləri müşahidə etmək böyük şərəfdir:

“Ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnunuq”.

12:33

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 12:00-a qədər 1 milyon 457 min 776 seçici iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 1 milyon 457 min 776 nəfəri (27.35%) səsvermədə iştirak edib.

12:28

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır. Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.

11:59

Bir neçə gündür ki, Azərbaycandayıq. Həm seçkiyə hazırlıq prosesini, həm də bu gün keçirilən növbədənkənar parlament seçkilərini izləyirik. Bu gün bir neçə məntəqədə müşahidə apardıq.

Bunu Trend-ə açıqlamasında parlament seçkilərində müşahidəçilik aparan Türkiyənin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəriMüharrem Akkaya deyib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi nümayəndə heyəti seçki məntəqələrində müşahidələrini davam etdirir:

"Seçki prosesi də, səsvermə də tam normaldır. Bütün lazımi şərait yaradılıb. İlk dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Seçki prosesində heç bir maneçilik yoxdur. Havaların soyuq olmasına baxmayaraq seçici fəallığı da müşahidə edirik. Azərbaycan qardaş ölkədir, biz bu ölkədə özümüzü yad hesab etmirik. Bütün məntəqələrdə müşahidələrimizi davam etdiririk. Məntəqələrdə kameralar quraşdırılıb və kiminsə prosesə mane olmaq imkanı yoxdur".

11:50

Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur. 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləyirlər.

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır. Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.

11:37

Beynəlxalq müşahidəçilər Qubada seçki prosesini izləyiblər. Secki-2020.az saytının xəbərinə görə, MDB Müşahidə Missiyasının üzvləri Zumrud Buchaeva və Magomedkhan Aratcilov Qubada bir neçə seçki məntəqəsində müşahidə aparıblar. Magomedkhan Aratcilov bildirib ki, Azərbaycan xalqı öz seçimini edəcək. O, heç bir qayda pozuntusu qeydə almadıqlarını və seçici aktivliyinin müşahidə olunduğunu bildirib. Zumrud Buchaeva bildirib ki, seçki prosesi beynəlxalq qanunvericiliyin tələblərinə və qaydalara uyğun keçirilir.  

11:33

Milli Məclisə seçkilərdə ilkin məlumata əsasən, ən aktiv və ən passiv seçki dairələri müəyyənləşib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

O bildirib ki, saat 10:00-a olan məlumata görə, 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairələri ən fəal dairələrdir. 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçici fəallığı 21,03 faiz (8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsindən 21,03 faiz (9864 nəfər) olub.

Hələlik ən passiv dairə 17 saylı Yasamal 3-cü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (352 nəfər) olub.

11:19

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında baş tutacaq plenar iclasda müzakirə edəcək. Bu barədə AŞPA-nın müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır.

“Səsvermə prosesi əvvəlki seçkilərdə olduğu kimi, öz axarı ilə davam edir. Hələ ki iki seçki məntəqəsində olmuşam. Ümumilikdə seçki prosesi, seçici fəallığı barədə danışmaq hələ tezdir. Sabah mətbuat konfransı olacaq, müşahidələrimizi sizinlə bölüşəcəyik”, - S.Şennak deyib.

11:01

“Prosedurlara əsaslanaraq deyə bilərəm ki, indiyə qədər hər şey qaydalara uyğun şəkildə həyata keçirilib”. Bunu ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının üzvü, polşalı nümayəndə Rozalt Darlus Kajetan deyib.

O deyib ki, səsvermə məntəqələri yaxşı təchiz olunub, məntəqə sədrləri və digər nümayəndələr hamısı yerindədir: “Biz hər hansı qanuna uyğunsuzluq, insident qeydə almadıq. İndiyədək 3 səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır. Biz müşahidələrimizə səsverməyə strat veriləndən başlamışıq. Səhər olduğu üçün hələ ki, səsvermədə az şəxs iştirak edib. Hər məntəqənin siyahısında 1300-1400 adam var, lakin müşahidə müddətində 5-7 vətəndaş gəlib səs verib. Qeyd etdiyim kimi, bu, zamanla bağlıdır. Əminəm ki, gün ərzində daha çox adam səsverməyə gələcək”.

"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq". Bunu isə ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.

Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır".

10:32

Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəldilər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər. 

10:00

Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 460 nəfər seçicidən 670 086 seçici səs verib.

"Trend"-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib. Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 12.57 faiz təşkil edib. 

XXX

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Baki-xeber.com xəbər verir ki, parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edəcək.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınan namizədlərdən 246-sı partiya xətti, 1057-si öz təşəbbüsü, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib, ancaq onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, iki nəfərin deputatlığa namizədliyi ləğv edilib.

Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Parlament seçkilərini izləmək üçün 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir. Yerli müşahidəçilərin sayı 89 676 nəfərdir. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.

Milli Məclisə seçkilərdə 5 milyon 329 min 460 nəfər səsvermə hüququndan istifadə edə biləcək. 6189 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var. 99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.

Bundan başqa, seçkilərdə 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Qeyd edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarət olub, bütün deputatlar majoritar seçki sistemi ilə seçilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ