Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub.
Baki-xeber.com Secki-2020.az saytına istinadən məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M. Pənahov bildirib ki, bu dövrdə 25 nəfərdən 9-nun namizədliyi MSK tərəfindən bərpa edilib, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib.