Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini 132 xarici kütləvi informasiya vasitəsindən 196 təmsilçi işıqlandıracaq.
Baki-xeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu KİV-lər 47 ölkəni təmsil edirlər. MSK sədri qeyd edib ki, buraya ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.
Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində indiyə qədər 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 89 676 nəfərə çatıb. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir.
MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir:
"Beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir".