Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Baki-xeber.com Secki-2020.az saytına istinadən xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.