Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev dünyanın taleyində yeni iz buraxmaq üçün Bakıya gəlmiş NATO və Rusiya hərbi rəhbərlərini ayrılıqda qəbul etdi - FOTO / YENİLƏNDİ

Image


Prezident İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir. Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq.

İkitərəfli əlaqələrimizə gəldikdə, demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberqlə sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmçinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən səfirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasətimiz, müstəqil siyasətimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdılar. Çünki bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada hərbçilərimiz var və biz hərbçilərin sayını artırmışıq. Biz çox mühüm nəqliyyat və logistika dəstəyi, hava məkanımızdan uçuş imkanını, həmçinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklərin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.

Mən, həmçinin sizi məlumatlandırmaq istərdim ki, biz artıq Əfqanıstandan mülki yüklərin tranzit daşınmasına başlamışıq. Bununla da bu ölkənin Avropa bazarlarına yol tapmasına kömək edirik. Biz artıq dəmir yolumuzu Əfqanıstandan keçən Lapis Lazuli dəmir yolu ilə birləşdirmişik. Biz, həmçinin Əfqanıstana texniki və maliyyə dəstəyi göstəririk. Bizim mühüm nailiyyətlərimizdən biri olan “ASAN” ictimai xidmətlər mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərməyə başlayıb. Bu, çox səmərəli, müasir sistemdir, demək olar ki, 300 ictimai xidmət bir yerdə cəmləşib. Əfqanıstan Prezidenti burada olanda bu sistemlə tanış oldu və bizdən onu orada yaratmağa kömək göstərməyimizi xahiş etdi və biz bunu etdik.

Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda NATO-nun qərargahında olub. O, mənə məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü səfirlərin hamısı ölkəmiz barəsində çox xoş sözlər deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmçinin bizim Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danışıblar.

Beləliklə, sizi bu barədə məlumatlandırmaq və bir daha “Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters deyib ki, “Mən təhlükəsizlik və sülh məsələlərində aparıcı mövqedə olmaq istəyinizə görə Sizi və ölkənizi təqdir edirəm. Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfənin davam etdirilməsi, əsgərlərinizin orada müşahidə etdiyimiz xidməti tərəfimizdən yüksək qiymətləndirilir. Bir az bundan əvvəl Sizin baş qərargah rəisi ilə görüşmək imkanım oldu və bu yaxınlarda Əfqanıstandakı səhra komandiri ilə Həmid Kərzai beynəlxalq hava limanında əsgərlərin xidmətini müzakirə etdim. Onlar cəsarətlə xidməti davam etdirirlər və qeyd etməliyəm ki, NATO-nun Əfqanıstana cəlb edilməsi ilə bağlı məsləhətləşmələr zamanı həmişə bütün əsgərlərinizin mühafizəsi məsələsi nəzərə alınacaqdır. Biz xalqınızı və ordunuzu bütün etdiklərinizə görə təqdir edirik. Bu, Əfqanıstan sərhədlərinin xaricindən terror dəstələrinin ölkəyə daxil olmasının qarşısını almaqda bizim səylərimizə çox böyük təsir göstərir. Hesab edirəm ki, missiya yaxşı fəaliyyət göstərməyə davam edir və Sizin əsgərləriniz bu missiyanın böyük bir tərkib hissəsidir”.

Prezident İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

"Hörmətli Valeri Vasilyeviç, xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim. Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq.

Əlbəttə ki, hər belə tədbir bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkandır. Yəni, bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi reallaşdırılır və hər bir istiqamət üzrə də yaxşı nəticələr var. Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayda – 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay – yanvarda isə yenə də artım olub. Buna görə də düşünürəm ki, bu il biz asanlıqla milyon həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünki rusiyalılar özlərini rahat və vərdiş etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə mühüm görüşdən başlayır. Düşünürəm ki, bu ili də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xoş sözlərə görə təşəkkür edərək deyib:”Əslində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik".

Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında növbəti dəfə görüş keçirilib.

Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbi rəhbərlərin strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi apardıqlarını açıqlayıb.

Görüşdə, həmçinin, tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımlar müzakirə edilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ