Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın təcavüzkar Ermənistanı təcrid siyasətinin yeni nəticələri özünü göstərir…

Image


Dağlıq Qarabağ münaqişəsinin Ermənistana vurduğu ən böyük zərbələrdən biri düşmən ölkənin təcrid vəziyyətinə düşməsi, sosial-iqtisadi problemlər məngənəsində çabalamasıdır. İndi Ermənistanın özündə də çox yaxşı dərk edirlər ki, münaqişə həllini tapmadan Azərbaycan həyata keçirdiyi transmilli layihələrlə Ermənistanın təcridini daha da dərinləşdirəcək. Özü də bu layihələr Ermənistanın ümumiyyətlə, regionda hansısa addım atmasının qarşısını alır.

Elə prezident İlham Əliyev də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu xüsusda maraqlı məqamlara toxunub: “Bakı-Tiflis-Qars dəmir yolu tikildi. Bu bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki, bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. “Şərq-Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik”.

Xatırladaq ki, bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, eləcə də "Cənub Qaz Dəhlizi", TANAP və TAP kimi layihələrdən özünü məhrum edən Ermənistan Bakı-Tiflis-Qars kimi mühüm beynəlxalq dəhlizdən də yararlana bilmir. Ermənistan nə qədər Azərbaycan torpaqlarının işğalını davam etdirəcək, regionda bütün beynəlxalq layihələrdən kənarda qalacaq. Buna regionda bütün iri layihələrin müəllifi və təşəbbüskarı olan Azərbaycan icazə verməyəcək və heç bir ölkə də Azərbaycandan icazəsiz Ermənistanı bu irimiqyaslı layihələrə qoşa bilməz. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan işğala son qoyarsa, regionda həyata keçirilən qlobal layihələrə, dəhlizlərə yolu açılacaq. Deməli, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxması onun özündən, işğal siyasətinə son qoymasından asılıdır.

O da məlum həqiqətdir ki, bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzidir. “Şərq-Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizlərinin sürətli inkişafı da bunu aydın nümayiş etdirir. Ölkəmizin həyata keçirdiyi siyasət, qurduğu nəqliyyat-kommunikasiya, enerji layihələri, iqtisadi ticarət əlaqələri və digərləri onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkəsi statusundadır. Bu fonda Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Bütün bunlar Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin həllində öncül mövqeyinin qorunmasına gətirib çıxarır. Təbii ki, bu durumda Azərbaycan Ermənistanı daha çox təzyiq altına salmaq imkanları qazanır. Erməni ekspert Ruben Yegiazaryan da bunu etiraf edir və bildirir ki, Ermənistanın bütün problemlərinin səbəbi onun izolyasiyası və müttəfiqlərinin olmamasıdır:"Ölkədə heç kim əsas problemi gündəmə gətirmir ki, Ermənistanın bütün bəlalarının səbəbi onun təcrid vəziyyətində yaşamasıdır. Bu izolyasiya aradan qalxmayana qədər hansı proqrami irəli sürürsən sür, o, boşboğazlığa çevrilir". Xatırladaq ki, Ermənistan İrandan savayı bütün qonşularına ərazi iddiaları irəli sürüb. Vəziyyətdən çıxış yolu var və o çox sadədir. Azərbaycana, Gürcüstana və Türkiyəyə qarşı ərazi idialarından əl çəkmək. Hələlik isə Ermənistanda elə siyasətçi tapılmır ki, problemlərin əsl səbəbinin başqasının torpağına göz dikmək olduğunu desin. Sadəcə, ən cəsarətlilər ölkənin izolyasiyaya düşməsindən danışırlar. Bu izolyasiyanın da ölkənin çöküşünü sürətləndirdiyini etiraf edənlərin sayı artır. Yaranmış durumda aydın görünür ki, Ermənistanın işğalçılıq siyasəti Dağlıq Qarabağ məsələsində kompromissiz mövqeyi nəticəsində getdikcə daha güclü təcridlə müşaiyət olunur. Ermənilər üçün vəziyyətin acınacaqlı tərəfi həm də ondadır ki, onlar Rusiyanın iqtisadi-siyasi planlarından da kənara çıxa bilmir. Belə ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması Rusiyaya imkan verir ki, Gürcüstan vasitəsilə Ermənistanın Avropa Birliyi ilə azad ticarət zonası yaratmasını əngəlləsin. Bundan əlavə, Ermənistan İranla da azad iqtisadi əlaqələr həyata keçirə bilmir. Buna Rusiya imkan vermir. Artıq uzun illərdir Ermənistan dəmir yolları Rusiyanın əlindədir. Dəmir yollarının idarəçiliyə verilməsi niyyətilə hələ 2007-ci ildə tender elan edildi və həmin tenderdə hind “Rail India Technical and Economic Services”  şirkəti ilə “Rusiya Dəmir Yolları”  iştirak edirdi. Lakin hind şirkəti 2007-ci ilin dekabr ayının sonunda gözlənilmədən tenderdən çıxdığını elan etdi. Və 2008-ci ilin yanvarında məlum oldu ki, “Rusiya Dəmir Yolları” tenderi udub. Müqavilə 13 fevral 2008-ci ildə imzalanıb. Rusiya Ermənistan dəmir yollarına sahib olmaqla bu ölkənin digər dövlətlərlə qeyd olunan xüsusda hansısa razılaşma imzalamasına imkan vermir. Ermənistan-İran dəmir yolunun çəkilişi barədə olan layihə də nəticəsizdir. Erməni mediası yazır ki, Nikol Paşinyanın hakimiyyəti dövründə də Ermənistan ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalıb, problemlər isə nəinki azalmayıb, hətta günbəgün artır. "Qolos Armenii” qəzeti yazır ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan faktiki olaraq beynəlxalq izolyasiya vəziyyətinə salınıb. Nəşr xatırladır ki, bu durum getdikcə pisləşir və Ermənistanın təcridi dərinləşir. Ekspertlər də vurğulayır ki, Ermənistan belə vəziyyətdə güclü iqtisadiyyat qurub xaricə çıxara biləcək keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar istehsal eləmək iqtidarında deyil. Bundan ötrü bütün qonşularla normal iqtisadi münasibətlərə malik olmaq, xarici sərmayələr üçün əlverişli, cəlbedici mühit yaratmaq lazımdır. Bu isə işğal siyasətinin davam etdiyi müddətdə qeyri-realdır. Bundan əlavə, Ermənistanın təcavüzkar siyasəti və müharibə vəziyyətində olması xarici sərmayədarları bu ölkədən uzaq salır. Ermənistan iqtisadiyyatının Rusiyanın nəzarətində olması isə Qərb inverstorları üçün başqa bir aşılmaz əngəldir. Bütün bunlar təcavüzkar ölkənin normal inkişafı yolunda ciddi maneələrdir.

Yaranmış vəziyyət göstərir ki, Azərbaycanın, eləcə də  qardaş Türkiyənin Ermənistana yönəlik iqtisadi blokada siyasəti nəticələrini verir. Bu blokadanın mahiyyətində işğalçı Ermənistan rejimini sülhə məcbur etmək, hərbi əməliyyatlara əl atmadan münaqişəni danışıqlar yolu ilə nizamlamaq prinsipi dayanır. O da məlumdur ki, Ermənistanın onsuz da zəif olan iqtisadiyyatı xarici təsirlərə və təhdidlərə həssasdır. Belə vəziyyətdə iqtisadi təcridin dərinləşməsi xarici təsirlərin Ermənistan iqtisadiyyatına nüfuzunun daha da kəskin xarakter almasına rəvac verir. Həlli mümkünsüz olan iqtisadi çətinliklər isə əhali arasında təbəqələşməni, yoxsulluğun səviyyəsini artırır, total sosial narazılığa yol açır. Erməni ekspert Vaqe Davtyan hadisələrin bu səpkidə inkiaşfının ölkəsi üçün müsbət heç nə vəd etmədyini vurğulayır. Davtyanın sözlərinə görə, Bakı özünün enerji diplomatiyasından effektiv vasitə formalaşdıra bilib və bundan məharətlə istifadə edir. "Təəssüf ki, bizim belə diplomatik alətimiz yoxdur. Şimali Avropa ilə Hind okeanını birləşdirmək üçün nəzərdə tutulmuş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi öz logistikasına Cənubi Qafqaz komponentini də daxil edir. Amma Bakının gedişləri bizi bundan kənarda qoyur. 2008-ci ildə Moskva İran-Ermənistan dəmir yolu layihəsini planlaşdırmışdı. Onun reallaşması üçün Rusiyanın Fars körfəzinə çıxışını təmin etməklə Rusiya, Abxaziya, Gürcüstan və Ermənistanı birləşdirən dəmir yolu istismara verilməli idi. O zaman Moskva Abxaziya dəmir yolunun idarəolunmasını öz üzərinə götürmüşdü və eyni zamanda Gürcüstan dəmir yolunun idarə edilməsilə bağlı Tiflislə qapalı danışıqlara başlamışdı. Amma Azərbaycanın reallaşdırdığı "Şimal-Cənub" nəqliyyat dəhlizi İrəvanın istəklərinin üzərindən xətt çəkdi. Hazırda Azərbaycan və Türkiyə izolyasiya proqramını və Ermənistanın blokadasını həyata keçirir ki, bu da müxtəlif layihələrdə özünü göstərir".

Digər erməni ekspertlər də ölkənin izolyasiyasının ağır nəticələri barədə həyəcan təbili çalır. Naira Ayrumyan qeyd edir ki, Ermənistan regionda artıq çoxsaylı qlobal kommunikasiya layihələrindən kənarda qalıb: “Bu, Azərbaycan və Türkiyə tərəfdən blokada və bir də Rusiyanın son dövrlərdə Ermənistana münasibətdə izolyasiya siyasəti nəticəsində baş verir. Qlobal meyllər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirib. Ermənistan bu gün özünün çox ağır vəziyyətini yaşayır və bu vəziyyətin tezliklə düzəlməsinə də ümid yoxdur". Yaranmış durumda Ermənistanın işğal edilmiş torpaqları nəzarətində saxlamaq niyyətini davam etdirməsi onun vəziyyətini daha da ağırlaşdırır. Bu isə həm cəmiyyətdə gərginliyin artmasına, eyni zamanda Paşinyan iqtidarının da tezliklə hakimiyyətdən getməsinə rəvac verən amillərdən sayılır. Hər halda, proseslər sürətlə İrəvanın əleyhinə işləyir və bu da Azərbaycanın təcrid siyasətinin nəticələrini verdiyini aydın göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ