Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın hərbi gücünü Ermənistanla müqayisə edən yeni beynəlxalq hesabat…

Image


Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli halında Azərbaycanın işğalçı Ermənistana kifayət qədər sarsıdıcı zərbələr vuracağına dair beynəlxalq müstəvidə də artıq dəfələrlə xəbərdarlıq edilib. Növbəti buna bənzər xəbərdarlıq, artıq məlum olduğu kimi, nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatı tərəfindən gəlib.

Xatırladaq ki, “Global Firepower“ 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayıb.  Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyub saxlayıb və cədvəldə 138 ölkənin ordusu arasında 64-cü olub. Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Beləliklə, ordumuz düşmən silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb. Azərbaycan ordusu təkcə Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur. "2020: hərbi güc reytinqi" adlı sənəd ümumilikdə, qeyd olunduğu kimi, 138 ölkənin Silahlı Qüvvələrini əhatə edib. Reytinq hazırlanan zaman ordu ilə bağlı 6 göstərici əsas götürülüb. Bunlar illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilərdir. "Global Firepower" şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Siyahıda Gürcüstan 89-cu, Ermənistan isə 111-ci sırada qərarlaşıb. Araşdırmaya görə, Azərbaycanın hərbi büdcəsi 2 milyard 805 milyon  dollardır. Ümumi hərbçi sayı 426 min nəfərdir. Onlardan 126 mini aktiv şəxsi heyətdir və hazırda hərbi xidmətdədir, 300 min nəfər isə ehtiyatdadır. Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarə, 88 helikopter və 17 qırıcı helikopter mövcuddur. Ölkənin quru qoşunlarında 570 tank var. Azərbaycan Hərbi Donanması 4 sualtı qayığa, 13 patrul, 7 minaaxtaran gəmiyə, 1 freqat daxil olmaqla 31 gəmiyə malikdir.

Siyahıdan məlum olur ki, işğalçı Ermənistan hərbi güc baxımından, demək olar, bütün göstəricilər üzrə Azərbaycandan geridə qalır. Araşdırmaya görə, Ermənistanın hərbi büdcəsi 1 milyard 385 milyon dollardır. Ümumi hərbçi sayı 245 min nəfərdir. Aktiv personal 45 min, ehtiyatda olanların sayı isə 200 mindir. Ermənistan Hərbi Hava Qüvvələrinin aktivində 13 hərbi təlim təyyarəsi, 9 qırıcı təyyarə, 37 helikopter və 20 qırıcı helikopter var. Quru qoşunları 110 tanka malikdir. Ermənistanda hərbi donanma mövcud deyil. Bütün bunlar Azərbaycanın hərbi cəhətdən kifayət qədər  üstün mövqedə olduğunu göstərir. Digər tərəfdən, orduda nizam-intizam, döyüş qabiliyyəti baxımından da Azərbaycan kifayət qədər üstün mövqedədir. Bunu döyüş və qeyri-döyüş itkiləri də aydın təsdiq edir. Məlumat üçün bildirək ki, cari  ilin yanvarında Ermənistan ordusunda dörd ölüm hadisəsi qeydə alınıb. Onlardan ikisi intihar edib, biri səhhətindəki problemlərlə əlaqədar, biri isə qəza nəticəsində ölüb. Ay ərzində səkkiz hərbçi xəsarət alıb. Xəsarət hallarının üçü avtomobil qəzası, ikisi cinayətə cəhd, biri intihara cəhd, qalanları isə digər hadisələr zamanı qeydə alınıb. Ölüm hadisələrindən ikisi, xəsarət hallarından isə üçü döyüş şəraitində olmayan odlu silahın tətbiqi nəticəsində baş verib.

Helsinki Vətəndaş Assambleyası İrəvan Ofisinin Vanadzor bölməsi hadisələrdən narahatlığını ifadə edərək bildirib ki, silahlı qüvvələrdəki hərbçilər üçün geyim və yeməyin keyfiyyəti, döyüş vəzifəsində həyat dəstəyi və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması üçün vacib tədbirlərlə yanaşı, silahlı qüvvələrdə hərbi nizam-intizama səmərəli nəzarətin təmin edilməsi, qanuni münasibətləri qorumaq, zabitlərin, sıravi və müqaviləli hərbçilərin mənəvi və psixoloji vəziyyətlərini yaxşılaşdırmaq üçün təhsil nailiyyətlərini təşviq etmək lazımdır. Ofisin Vanadzor bölməsinin illərdir bu problemləri gündəmə gətirməsinə baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi bu istiqamətdə real addım atmaq istəmir. Buna görə də hərbçilər üçün təhlükəsiz və ləyaqətli xidmətlərin təmin edilməməsinə görə birbaşa məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır. Burada onu bildirək ki, qeyd edilən məlumatlar rəsmi mənbələrdən, sosial şəbəkə istifadəçilərinin paylaşımlarından əldə edilib və yalnız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən qanunsuz “hərbi birləşmə”də baş verən hadisələrin xülasəsini əhatə edir. Zabitlərin özbaşınalığı, vəzifə səlahiyyətindən sui-istifadə, qeyri-döyüş şəraitində xəsarət alma, özünəqəsd, qəsdən adamöldürmə, oğurluq, hərbi xidmətdən yayıma, nizamnamədənkənar münasibətlər və digər qanunsuzluqlar səbəbindən baş verən cinayətlərin sayına görə işğal edilmiş ərazilərimizdə yerləşdirilən qanunsuz “hərbi birləşmə” rekord göstəricilərə malikdir. Belə ki, təkcə 2019-cu il ərzində qanunsuz “hərbi birləşmə” tərəfindən tabelikdə olan hərbi hissələrdə neqativ halların və cinayət hadisələrinin qarşısının alınması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmayıb. Hadisələrin sayında azalma qeydə alınmayıb, əksinə, cinayətlər il ərzində yüksələn templə artıb. Hərbi hissələrdə baş verən cinayətlərin payına ən çox nizamnamə qaydalarının pozulması, təhqiretmə, döymə və işgəncə halları düşür. Bu tip cinayət və hadisələr, “ordu.az” portalının məlumatına əsasən, xüsusilə işğalçı ordunun 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarında və 9-cu motoatıcı alayında daha qabarıq şəkildə özünü büruzə verib. Hərbi hissəni özbaşına tərketmə və hərbi xidmətdən yayınma halları isə qanunsuz “hərbi birləşmə”nin tabeliyində olan hərbi hissələrdə 75 dəfə qeydə alınıb. Eyni zamanda, hərbi hissələrdə il ərzində Ermənistandan olan ermənilərlə Qarabağ erməniləri arasında yerlibazlıq zəminində 12 dəfə kütləvi dava qeydə alınıb. Bu səbəbdən onlarla hərbi qulluqçunun xəsarət aldığı, həmçinin cinayət məsuliyyətinə cəlb edildiyi də məlum olub. Baş vermiş hadisələrin, neqativ halların çoxluğu səbəbindən qanunsuz “hərbi birləşmə” hərbi hissələrin komandirlərini və digər şəxsləri tutduqları vəzifələrdən çıxarmaqla vəziyyəti dəyişməyə çalışıb. Lakin xidmət şəraitinin dözülməzliyi, hərbçilərə qarşı haqsızlıq, təminatın, xüsusilə tibbi təminatın həddən artıq zəif olması və digər səbəblərdən baş verən cinayətlərin ümumi fonunda əsaslı dönüş baş verməyib və müsbət nəticə əldə olunmayıb. Bütün bu neqativ halların nəticəsi olaraq daxili xidmət və döyüş növbətçiliyinin təşkili və aparılması qaydaları 21 dəfə pozulub, zabit və əsgərlər tərəfindən xidmət zamanı 7 dəfə spirtli içki, narkotik və toksiki maddələrin qəbul edilməsi halları qeydə alınıb. Hərbi qulluqçular tərəfindən 119 dəfə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, sağlamlığa zərər yetirmə kimi cinayət hadisəsi törədilib. Hərbi intizamın aşağı olması səbəbindən qanunsuz “hərbi birləşmə” komandanlığı seksual xarakterli hərəkətlərə məcbur etmə, cinsi istismar, əxlaqsızlıq və zorlama, eləcə də yerli əhaliyə qarşı nalayiq hərəkət etmə kimi halların qarşısını almaqda da acizdir. Ötən il qanunsuz “hərbi birləşmə”nin tabeliyində olan hərbi hissələrdə rüşvət alma və vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halları 29 dəfə baş verib. 2019-cu ildə hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin pozulması zəminində özünəqəsd, özünü öldürmək həddinə çatdırma və özünü öldürməyə cəhd halları da 12 dəfə olmaqla çoxluq təşkil edən cinayət hadisələrinin sırasındandır.
İşğal edilmiş ərazilərimizdə yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrində ehtiyatsızlıq nəticəsində silahdan açılan atəş, o cümlədən qumbara, mina və digər partlayıcı maddələrin partlaması nəticəsində 100-dən çox hadisə zamanı çoxlu sayda itki olub. Bundan  əlavə, yanğın hadisələri və avtomobil qəzalarının çoxluğu da erməni hərbi qulluqçularının qeyri-peşəkar və məsuliyyətsiz davranışlarının göstəricisidir. Qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrində baş verən bütün bu hadisələrin və özbaşınalığın nəticəsində əsgər valideynləri bir neçə dəfə dövlət qurumlarına şikayət ünvanlayıblar. Məhz baş verən bu cinayət hadisələri səbəbindən və mövcud olan dözülməz vəziyyətə etiraz edən valideynlər öz övladlarını hərbi xidmətə, əsasən də işğal edilmiş ərazilərimizə qulluğa göndərməkdən imtina edirlər. Bəzi mənbələrin yazdığına görə, müxtəlif yollarla hərbi xidmətdən yayınanların sayı 10 min nəfərə yaxındır. Mütəmadi baş verən intizam pozuntusu hallarını, cinayət və hadisələri ört-basdır etmək və bütün hadisələrin tam nəzarətdə olmasını göstərmək məqsədilə qanunsuz “hərbi birləşmə” media nümayəndələrini özlərinin seçdiyi və bəzək-düzək verdiyi hərbi hissələrə dəvət edir. Aparılan saxta çəkilişlərin köməyilə komandanlıq ictimaiyyətin diqqətini yayındırmağa, vəziyyətin guya yaxşı olduğunu göstərməyə, neqativ halların və cinayətlərin kütləvi olmadığını sübut etməyə çalışır. Lakin vəziyyətin qısa təhlili göstərir ki, Ermənistan hərbi rəhbərliyi dəridən-qabıqdan çıxsa da, baş verən neqativ halların qarşısını almağa, cinayət və hadisələrin sayının azalmasına nail ola bilmir. Bu da ondan irəli gəlir ki, düşmən ordusunun özü və rəhbərliyi rüşvət, korrupsiya, hərbi büdcəni talama və saxtakarlıq bataqlığına qərq olub. Bütün bunlar isə gələcəkdə də işğalçı orduda cinayətlərin yüksələn templə davam edəcəyindən xəbər verir. Cinayətkar hərbi-siyasi rejim hər vəchlə hadisələrin çoxunu erməni ictimaiyyətindən gizlətməyə çalışsa da, hərbi qulluqçuların ailə üzvləri öz dərdlərini sosial şəbəkələrdə bölüşməklə müdafiə naziri David Tonoyanın dağıdıcı fəaliyyətini ifşa edirlər. Bütün bunlar isə düşmən ordusunun durumunu aydın nümayiş etdirir. Təbii ki, belə vəziyyətdə Qarabağ münaqişəsinin hərbi həlli Ermənistan ordusunun qısa zaman kəsiyində darmadağın olması ilə nəticələnəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ