Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin dəvətilə parlament seçkilərinə hazırlıq prosesini izləməyə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, missiyaya Təşkilatın Baş katibinin müavini Şerali Conon rəhbərlik edir.
Missiyanın tərkibinə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qanunverici, icraedici və seçki orqanlarının nümayəndələri, həmçinin Təşkilatın Katibliyinin rəhbər şəxsləri daxildir.
Missiyanın işi seçki məntəqələrinin seçkiyə hazırlıq səviyyəsi, səsvermənin gedişi, səslərin sayılması prosesini müşahidə etmək, eyni zamanda səs vermiş seçicilər və namizədlər arasında sorğu keçirməkdən ibarətdir.
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıda və Abşeron yarımadasının digər yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində və ətraf ərazilərdə fəaliyyət göstərəcək.
Missiya fevralın 3-dən 10-dək fəaliyyətini davam etdirəcək.