Cümə axşamı günü, 05 noyabr 2026
     

Düşmən ordusunda artan xaos - Qarabağ münaqişəsinin həllini tezləşdirəcək tutarlı amil…

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqları istənilən nəticəni verməyəcəyi təqdirdə məsələnin hərbi həll ehtimalı yüksək olaraq qalır. Amma bu vəziyyətdə Ermənistanı böyük problemlər gözləməsi düşmən ölkənin özündə də açıq qeyd olunur. Ən azı o baxımdan ki, Ermənistan ordusunda davam edən xaos bu ölkənin Azərbaycan qarşısında duruş gətirməsini mümkünsüz edir. Bunu erməni politoloq Suren Surenyants da xüsusi olaraq vurğulayır.

Ekspert bildirir ki, ordunun maddi-texniki təminatı, şəxsi heyətlə komplektləşdirilməsində böyük problem yaşandığı bir vaxtda qanunsuz davranışların da miqyası genişlənir:

“Orduda baş verən islahatlar barədə rəsmi dairələr genış danışır. Amma reallıqda problemlər kifayət qədər böyükdür. Ermənistan silahlı qüvvələrində yenə də kriminal davranışlar saxlanılır, buna görə də biz dinc şəraitdə qətl və ya intiharlar nəticəsində əsgərlər itiririk”. O qeyd edib ki, bəzi yüksək dərəcəli ordu rəsmilərinin vəzifələrdən, rütbələrdən məhrum olunmasının zamanıdır: “Bu, orduda baş verən bütün islahatları sıfıra bərabərləşdirən özünüməhvetmə rejimidir, real fəlakətdir. Əks təqdirdə bəzilərinin ölkə hakimiyyətinə, baş nazirə qarşı təxribat həyata keçirməsi təəssüratı yaranır”. Digər erməni ekspert Aram Sarkisyan da orduda xaosun böyüdüyünü bildirir: “Orduda 18-19 yaşlı gənclərin mübahisəsi intihar və ya qətllə başa çatırsa, günahkar ilk növbədə hərbi hissənin zabitləridir. Ermənistanda təqsirsizlik prezumpsiyası var, yoxsa yoxdur? Ümumiyyətlə, ordu yaxşı və pisə qatışdırılmış təzahürlərlə cəmiyyətin güzgüsüdür”.

Qeyd edək ki, erməni cəmiyyətində ordu məsəsləsinin yenidən müzakirə predmetinə çevrilməsinin əsas səbəbi bu günlərdə işğal altında olan Qarabağda ölmüş sıravi erməni əsgər Vahram Avaqyanın ölüm işi üzrə bağlıdır. Bu fonda açılmış cinayət işi çərçivəsində onun xidmət yoldaşları Davit Arakel Movsisyan, Xaçik Armen Qasparyan, Spartak Artur Avetisyan həbs olunub. Xatırladaq ki, 2020-ci il yanvarın 30-da Qarabağdakı hərbi hissələrdən birinin məcburi müddətli hərbi qulluqçusu, sıravi əsgər Vahram Avaqyan ona təhkim olunmuş AKM tipli avtomatdan öz sinə nahiyəsinə atəş açıb və güllə yarası almış vəziyyətdə hərbi hospitala yerləşdirilib, az sonra da ölüm qeydə alınıb. Erməni mediası yazır ki, baş verənlər cari il ərzində də ordunun itkilərinin sayının yüksək olacağını göstərir.

Diqqət həm də ona çəkilir ki, ötən il ərzində də ordunun itkiləri yüksək olub. Erməni mediasının  məlumata görə, orduda 2019-cu il ərzində 14 nəfər müddətli xidmət hərbi qulluqçusu olmaqla, ümumilikdə 49 ölüm faktı qeydə alınıb. Qeyd edilən dövr ərzində Ermənistan müdafiə qurumları və İstintaq Komitəsi tərəfindən 19 hərbi qulluqçunun ölüm faktı barədə məlumat verilib. Qeydə alınmış 39 hadisə barədə ilk növbədə mətbuatdan məlumat əldə edilib. Bunlardan 9 hal barədə mətbuatdan, 21 hal barədə isə “Razm.info” saytının Ermənistan prokurorluğuna göndərdiyi sorğuların cavabı əsasında məlumat toplandığı qeyd edilir. Bildirilir ki, Ermənistan dövlət qurumları orduda baş verən ölüm hadisələrini “xidmətlə əlaqəli olan” və “xidmətlə əlaqəli olmayan” olaraq 2 qrupa ayırır. Xidmətlə əlaqəli olmadığı iddia edilən ölüm hadisələri barədə müdafiə qurumları məlumat yaymır. Ancaq prokurorluqdan daxil olan məlumatda qeyd edilir ki, 2019-cu il ərzində müdafiə qurumları tərəfindən “xidmətlə əlaqəli olan” kimi qeydə alınan 3 ölüm hadisəsi barədə məlumat verilməyib. Edqar Qriqoryan, Artsvik Qaribyan və Arayik Tsatryan adlı hərbi qulluqçuların ölüm hadisəsi “xidmətlə əlaqəli olan” ölüm faktı kimi qeydə alınıb, lakin açıqlanmayıb. Bunlar müdafiə qurumları tərəfindən ölüm hadisələrinin hələ də gizlədildiyini göstərir. Eyni zamanda, baş verənlər düşmən ordusunda xousun davam etdiyini də aydın nümayiş etdirir. Elə bundan irəli gəlir ki, Ermənistan ordusunun ağır durumda olmasını erməni ekspertlər, həmçinin ordu ilə əlaqəsi olanlar da açıq etiraf edir.

Baş verənlərlə bağlı Ermənistanın “1in.am” saytı da diqqəti ona yönəldir ki, Nikol Paşinyanın ölkəyə rəhbərlik etdiyi dövrdə də hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur. Özü də əvvəlki kimi, bu ölkənin silahlı qüvvələrində baş verən ölüm halları xalqdan gizli saxlanılır. Ekspert Eduard Melikyan isə bildirir ki, əsası Serj Sarkisyan tərəfindən qoyulan bu ənənə, yəni əsgərlərin alçaldılması, zabitlər tərəfindən döyülməsi, təhqir edilməsi bu gün də davam etdirilir. Bu da orduda intihar və özünəqəsd hallarının getdikcə çoxalmasına rəvac verir. Ekspert bildirir ki,  orduda əsgərlərin bir-birini odlu silahla öldürməsi halları tez-tez baş verir:“Təəssüf ki, bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə məlumat verilmir.
Son vaxtlar əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi bütün bunların, əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyini iddia edir. Əslində, ölüm faktları silahlı qüvvələrdəki intizamsızlığın və özbaşınalığın nəticəsidir. Bir əsgər öz canına qıyırsa, deməli, bunun arxasında kifayət qədər müəmmalı, şübhəli hallar var. Bu müəmmalar heç vaxt araşdırılmayıb və baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda, bunun kökündə əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verdiyi, əsgərlərin yüksək rütbəli zabitlərin bağ evlərində qul kimi işlədilmələri dayanır. Ona görə də gənclər kütləvi surətdə hərbi xidmətdən yayınmağa çalışır. Korrupsiya ilə mübarizə silahlı qüvvələrə keçməlidir. Bu təkcə qeyri-qanuni münasibətlərin kökünü kəsməyəcək, həm də gənclərin ölümünün qarşısını alacaq. Əks təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss edəcəyik”. Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, qeyri-döyüş şəraitində əsgər ölümü ilə bağlı qaldırılan cinayət işlərinin hamısında bir səbəb göstərilir: xidməti vəzifəsini yerinə yetirərkən silahla düzgün davranma qaydalarını pozub. Bunlar hamısı Müdafiə Nazirliyinin əsgər ölümlərini ört-basdır etmək üçün uydurmalarıdır.
J.Aleksanyan bildirib ki, Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra orduda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşir. Onun dediyinə görə, gənc əsgərlərin özünəqəsd hallarının əksəriyyəti Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra baş verib. Hüquq müdafiəçisi vurğulayır ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir. Bu səbəblərə görə də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Digər tərəfdən faktdır ki, hərbi xidmətə aparılan gənclərin sağlamlığı yetərincə yoxlanılmır. Gənc əsgərlər arasında psixi problemi, qıcolma və digər xəstəliyi olanlar xeyli saydadır. Lakin həmin xəstələri hərbi xidmətə göndərənlər cəzalandırılmır. Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə yeni etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirir ki, Paşinyan orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalı olsa da bunu etmir. Belə vəziyyətdə ermənilər açıq etiraf edir ki, Qarabağ münaqişəsinin hərbi həll halında Azərbaycan onlara böyük zərbə endirəcək. Elə rus hərbi ekspert Andrey Frolov da məsələyə bu prizmadan yanaşır:"Azərbaycan son 10 ildə hərbi potensial baxımından Ermənistanla öz arasında xeyli fərq yaradıb". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan ordusunun inkişafına kifayət qədər ciddi vəsait ayırmağa sövq edir:"Silahlı Qüvvələrinin yeniləmə tempi baxımından Azərbaycan son illərdə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan həm Rusiyadan, həm də başqa ölkələrdən bahalı, ciddi, yaxşı xarakteristikalara malik silah sistemləri alır". Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanın texnoloji inkişafına təkbaşına cavab vermək imkanı yoxdur: "Ermənistanın son satınalmalarının hamısı Rusiyanın verdiyi kredit hesabına başa gəlib. Rusiya isə, öz növbəsində, tərəflər arasında bərabərlik yaratmağa, müəyyən balans formalaşdırmağa çalışır. Say, texnoloji və əlbəttə ki, inteqral baxımından Azərbaycan ordusu Ermənistan ordusundan üstündür".

Həqiqətən də bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bunu düşmən ölkənin hərbçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf edib. Onlar bildirirlər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür. Ermənilər bu fonda anlamalıdırlar ki, torpaqlarımızın işğalına son qoyulanadək onların başı üzərində daim müharibə təhlükəsi olacaq. Bu müharibə isə onlar üçün kifayət qədər dağıdıcı nəticələrə gətirib çıxaracaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ