Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağ məsələsinə ikili standartlarla yanaşmalar dünya üçün ciddi təhdid mənbəyinə çevrilir

Image


Mövcud vəziyyətin təhlili göstərir ki, bu gün dünya miqyasında bir çox münaqişələrin həllinin uzanmasına ikili standartların tətbiqi birbaşa təsir edir. Dağlıq Qarabağ münaqişənin indiyə qədər öz həllini tapa bilməməsinin əsas səbəblərindən biri məhz bu problemin BMT və ATƏT kimi beynəlxalq təşkilatların, regionda təsir gücünə malik ölkələrin ikili standartlar siyasətindən əl çəkməməsidir.

Qeyd edək ki, Avropa Şurası da ərazi bütövlüyü məsələsində birmənalı şəkildə Azərbaycanın yanında olmalı olmasına baxmayaraq, bu səpkidə indiyə qədər Ermənistana qarşı təsirli addımlar atmayıb. Halbuki, qurumun belə məsələlərdə bütün üzv ölkələr, o cümlədən də Azərbaycan qarşısında öhdəliyi var. Lakin ötən zaman kəsiyi bu öhdəliyə Avropa Şurası tərəfindən heç də əməl olunmadığını göstərir.

Sözügedən məsələ bu günlərdə Vaşinqtonda “Demokratiyanı Müdafiə Fondu” Analitik Mərkəzinin keçirdiyi müzakirələrdə də xüsusu diqqət mərkəzində yer alıb. Burada diqqət ilk növbədə ona yönəlib ki, uzun sürən münaqişələrə cəlb edilmiş ərazilər barəsində siyasətin işlənib hazırlanması hökumətlərin, şirkətlərin və qeyri-hökumət təşkilatlarının daimi problemidir. Dünyada xeyli mübahisəli ərazi və işğal zonası olduğuna görə hər hansı bir münaqişə barəsində siyasətin işlənib hazırlanması zamanı belə bir sual ortaya çıxır: başqa münaqişələrə də analoji siyasət tətbiq edilə bilərmi? Müxtəlif növ siyasətlərin yeridildiyi yerdə sual yaranır: bu fərqlər hansı prinsip üzərində qurulur, yaxud hansı məqsədləri güdür?

Ekspertlər bildirib ki, ərazi münaqişələri bütün tarix boyu olub. Lakin əsas prinsipləri sərhədlərin toxunulmazlığı və onların dəyişdirilməsi üçün güc tətbiqinin yolverilməzliyi olan Birləşmiş Millətlər Təşkilatının yaradılması uzun sürən münaqişələrin çoxalmasına gətirib çıxarıb. Əvvəllər işğal edilmiş ərazi üzərində uzunmüddətli nəzarət bu ərazi üzərində üstünlüyü olan dövlətin iddialarının qəbul olunmasını mümkün edirdi. Hazırda BMT belə iddiaların qəbul edilməsinə mane olur, amma əvvəlki kimi status-kvoya əhəmiyyətli dərəcədə təsir göstərə bilmədiyinə görə belə əraziləri uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlayır. Problem təkcə bunda deyil ki, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı, özəl korporasiyalar və QHT-lər son dərəcə məntiqsiz hərəkət edirlər. Məsələ burasındadır ki, onların siyasəti selektivdir və çox vaxt qərəzli münasibəti üzə çıxarır. Bu da beynəlxalq münasibətlər sistemində daha dərin problemlərin olduğunu göstərir.

Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun eksperti Svante Kornel hesab edir ki, hazırda bəzi işğalçı dövlətlər işğal edilmiş ərazilərə nəzarət etdiklərini həmin ərazilərdə oyuncaq rejimlər yaratmaq vasitəsilə pərdələməyə çalışırlar: “Rəsmi İrəvanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qurduğu oyuncaq rejim bunun bariz nümunəsidir. Bu oyuncaq rejimlər beynəlxalq birlik tərəfindən tanınmasa da, onların muxtariyyətinin imitasiyası işğalçı dövlətə fayda gətirir. Bundan fərqli olaraq, ərazi mübahisəsində öz bilavasitə rolunu etiraf edən ölkələr, bir qayda olaraq, işğal edilmiş ərazilərə oyuncaq rejim yaratmaq vasitəsilə nəzarət edən dövlətlərdən daha çox xarici təzyiqlə üzləşirlər. Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının işğalına gəldikdə isə, bütün azərbaycanlı əhali həmin ərazilərdən qovulub”.  Digər amerikalı ekspert Brenda Şaffer də bildirir ki, 700 mindən çox etnik azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən öz doğma yurd-yuvasından didərgin salınıb, onların əmlakı isə bu günədək istifadə olunur: “Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları, hələ Sumqayıt hadisələrindən əvvəl azərbaycanlıların Ermənistandan qovulmasının birinci fazası ilə başlayıb. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkün azərbaycanlıların doğma torpaqlara qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. BMT Baş Assambleyası 2008-ci ilin martında 62/243 nömrəli qətnamə qəbul edərək, beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarla qətnamə qəbul edilib. Amma bu qətnamələrə əməl edilmir. Burada Ermənistana qarşı konkret təzyiq mexanizmlərinin olmaması, ikili standartların tətbiqi də öz sşzünü deyir”. Ekspertlərə görə, Dağlıq Qarabağ münaqişəsinin indiyədək ədalətli şəkildə öz həllini tapmamasında dünyada söz sahibi olan, dünya siyasətinə təsir edən, beynəlxalq hüququn həyata keçirilməsinin təminatçısı olan bütün dünya ictimaiyyəti birbaşa məsuliyyət daşıyır. Ən maraqlısı da odur ki, ATƏT-in Minsk Qrupunun hər üç həmsədri olan  Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Qarabağ qətnamələrinə səs verib. Lakin əməldə öz iradələrini ortaya qoyub işğalçıya qarşı real təzyiqləri işə salmırlar. Yaranmış vəziyyətdə münaqişənin dinc şəkildə nizamlanması da müşkülə çevrilir. Bu müharibə riskini artırır. Qarabağda başlanacaq yeni savaş isə dünya nizamı üçün də ciddi təhdid sayılır.

Digər tərəfdən, münaqişənin həllinin uzanması başqa rakurslardan da təhlükə mənbəyidir. Məsələn, dünya dövlətlərinə də sirr deyil ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Bu da erməni tərəfinə həmin ərazilərdən öz cinayət məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaradır. Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə ermənilər uzun müddətdir ki, narkotik maddələrin daşınmasını həyata keçirir. Ərazilərə nəzarət edilməməsi və beynəlxalq qurumların da bu istiqamətdə müvafiq addımlar atmaması isə problemi daha da dərinləşdirir, ermənilərin qeyd olunan səpkidə fəaliyyətinin genişlənməsinə rəvac verir. Digər tərəfdən bu, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə edilən ərazilərin əslində dünya üçün də təhdid mənbəyi olduğunu göstərir. Çünki buradan daşınan narkotik maddələr Avropa, hətta ABŞ-a qədər gedib çıxır. Eyni zamanda Qarabağdan daşınan narkotik maddələr Rusiyada geniş həcmdə realizə olunur. O da məlumdur ki, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik laboratoriyalar fəaliyyət göstərir və burada daha təhlükəli narkotik maddələr də hazırlanır. Bu mənada, məsələyə beynəlxalq miqyasda reaksiya verilməsi də olduqca zəruridir. Amma bu reaksiya müşahidə olunmur və dünya üçün Qarabağ təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Daha bir təhlükəli məqam isə narkotik maddələrin dövriyyəsindən əldə olunan gəlirlərin harada istifadə olunmasıdır. Araşdırmalar göstərir ki, həmin o qanunsuz dövriyyədən əldə olunan gəlirlər separatizmin, terrorizmin daha da geniş miqyasda yayılmasına xidmət göstərir. Bu səbəbdən də, tək Azərbaycan deyil, qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti narahatlığını ifadə edərək bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirməlidir. İndilikdə isə fakt budur ki, məhz ermənilərin sayəsində işğal altındakı ərazilər terrorçular üçün çox cəlbedici məkanlardan birinə çevrilib. Məsələn, sirr deyil ki, ermənilərin sayəsində PKK terror təşkilatının təmsilçiləri vaxtaşırı Qarabağa gəlir. Ən əsas amillərdən biri odur ki, əraziyə gələn terrorçular burada həm reabilitasiya keçir, həm də hazırlıqlarını artırırlar. Bununla onlar daha böyük təhlükə mənbəyinə çevrilirlər. Amma ən böyük təhlükə terrorçuların burada fəaliyyətinə şərait yaradan Ermənistan və onun hələ də davam etdirdiyi işğal siyasətidir. Göründüyü kimi, bu siyasət təkcə Azərbaycan yox, bütün region, Qərb, MDB ölkələri üçün də böyük təhlükəyə çevrilib. Bu mənada, yaranmış təhdidlərin miqyası vaxtaşırı olaraq Azərbaycan tərəfindən dünya ictimaiyyətinin, müvafiq beynəlxalq təşkilatların, dövlətlərin diqqətinə çatdırılır. İndi dünya ictimaiyyəti də buna qarşı qətiyyətli tədbirlər görməlidir. Bunlar dünyanın öz təhlükəsizliyi üçün olduqca mühümdür.

Indilkdə isə Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Bu fonda Qarabağ münaqişəsi, ədalətli həllini tapmaqla yanaşı, dünya üçün də təhdid mənbəyi olmaz. Həmin təhdidin aradan qaldırılması üçün ikili standartlar siyasətinin də sonu çatmalıdır. Yalnız bundan sonra Cənubi Qafqaz, eləcə də MDB, Qərb dünyası böyük bir təhlükə mənbəyini özləri üçün də aradan qaldırmış olar. Əks təqdirdə konflikt onlar üçün də daim təhdid yaradacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ