65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Bu dəfə Ə.Əmiraslanov deputatlığa namizəd olduğu 65 saylı seçki dairəsinə aid olan Saatlı rayonunun Hacıqasımlı kəndində seçiciləri ilə görüşüb. Görüşdə çıxış edən akademik Əhliman Əmiraslanov Azərbaycanda son illər bütün sahələrdə müşahidə olunan inkişafdan söz açaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, respublikamızın bütün bölgələrində olduğu kimi, Saatlı rayonunda da sosial layihələrin həyata keçirildiyini, əhalinin sosial rifahının getdikcə yaxşılaşdığını bildirib.
Görüşdə Hacıqasımlı kənd sakinləri ilə yanaşı, qonşu Kamallı, Naharlı və Məzrəli kəndlərindən olan seçicilər də iştirak edib. Seçicilər Ə.Əmiraslanovun deputat olduğu ötən illər ərzində sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən, hər hansı bir problemləri ilə bağlı deputata müraciət etdikdə dərhal lazımi köməklik göstərilməsindən danışaraq, növbəti çağırış parlamentdə də millət vəkili kimi məhz Ə.Əmiraslanovun onları təmsil etməsi arzusunda olduqlarını bildiriblər.