Cümə axşamı günü, 05 noyabr 2026
     

Cenevrə danışıqları Ermənistanın bütün kartlarını sonadək yandırdı…

Image


Məlum olduğu kimi, yanvarın 28-30-da Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub. Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. 

Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, ikinci, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar. Digər tərəfdən o da məlumdur ki, danışıqlar çərçivəsində konkret təkliflər var. Bu təkliflər yenilənmiş “Madrid prinsipləri”ndən irəli gəlir. Prinsiplərin fəlsəfəsi mərhələli şəkildə münaqişəni həll etməkdən ibarətdir. Bu fonda Rusiyanın “Kommersant” nəşri də Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı  görüşlə bağlı maraqlı fikirlərər toxunub: “Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikigünlük danışıqlar başa çatdı. Nəticədə kifayət qədər adi bir bəyanat açıqlandı ki, bu da, əsas məsələlərin həll olunmamasına baxmayaraq, tərəflərin 2019-cu ildə başlayan “kiçik addımları” davam etdirmək niyyətində olduqlarını göstərir. Əvvəla, hər iki tərəfdən jurnalistlərin və ictimai xadimlərin səfərlərindən bəhs edirik.
Eyni zamanda, Bakı və İrəvan xarici işlər nazirlərinin beş dəfə görüşdüyü ötən ilin tempini qoruyub saxlamaq istəyirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2020-ci ildə ilk görüşü qeyri-adi olaraq uzun sürüb. Yanvarın 29-da 7 saat, yanvarın 30-da 4 saat davam edib. Ancaq bu hələ tam deyil, çünki nazirlərin hər biri əsas danışıqlar ərəfəsindən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirib. Görüşün müddəti rekord sayıla bilməz. Qarabağ münaqişəsinin tarixində daha uzun danışıqlar müddəti də olub. Lakin Bakı danışıqları “son illərdə baş tutan ən intensiv görüş” kimi xarakterizə edib. Eyni zamanda, nazirlərin arasında baş tutan danışıqlardan heç bir məlumat sızması olmadı. Bu görüşün hər hansı bir şəkildə fərqli olacağına dair bir işarə olub. Amma on saatlıq marafondan sonra açıqlanan rəsmi bəyanat həddindən artıq çox cüzi görünür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər “2019-cu ildə irəli sürülən təklifləri, xüsusən də iki xalqın sülhə hazırlığına, humanitar mübadilə”, eləcə də “nizamlanmanın əsasını təşkil edən prinsip və elementləri” nəzərdən keçiriblər. “Bakı Helsinki Yekun Aktına - sərhədlərin toxunulmazlığını özündə əks etdirən 1975-ci il sənədinə xüsusi diqqət yetirib. Keçən il isə, uzun illər ərzində ilk dəfə olaraq, erməni jurnalistlərin Azərbaycana və əks tərəfin də səfərləri həyata keçirilib. Bundan sonra mübadilə prosesinə yalnız jurnalistləri deyil, ictimai və mədəniyyət xadimlərini də cəlb etməklə davam etmək qərarı verilib. Ermənistan Xarici İşlər Nazirliyinin açıqladığı bəyanat praktik olaraq eyni idi. Bu açıqlamada da 2019-cu il təklifləri və nizamlama prinsipləri haqqında danışılır və yaxın gələcəkdə yenidən görüşmək istəyi təsdiqlənirdi. Amma burada Qarabağın icmaları ilə bağlı ziddiyyət var. İrəvan erməni icmasını müstəqil formada göstərmək istəyir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da öz növbəsində “Kommersant”a Bakının bu məsələdəki mövqeyini təqdim edib. “Dağlıq Qarabağın seçilmiş hakimiyyəti” deyəndə soruşmaq istəyirəm, bəs kim tərəfindən seçilib? Orada etnik təmizlənmə baş verib və azərbaycanlılar ərazilərindən qovulub. Hansı seçkilərdən danışa bilərik?”, - deyə mətbuat katibi bildirib. İrəvan reallıqda ictimai təşkilat şəklində mövcud olan Dağlıq Qarabağın Azərbaycanlı İcmasını tanımaqdan imtina edir. Amma bunu etmək onun üçün daha da çətinləşir. Bu fonda yanvarın 29-da İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı baş tutub. Xatırladaq ki, Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk Qrupu həmsədrlərindən biridir. “Azərbaycan prezidenti Fransa prezidentinə bir daha Bakının münaqişəyə baxışını təqdim edib”, - deyə mətbuat xidməti telefon danışığının Parisin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb. Telefon danışığının özü də çox şeydən xəbər verir. Həmsədr ölkələrin prezidentləri nadir hallarda danışıqlarla bağlı aktivlik nümayiş etdirirlər. Bu durumda Ermənistanda Cenevrə danışıqları ilə bağlı ciddi narahatlıq qeydə alınır. Erməni ekspertləri Azərbaycanın istədiyinə yaxınlaşdığını bildirir”. Rusiya nəşrinin yazdığını “168jam” qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da təsdiq edir. O bildirir ki, Cenevrədə Mnatsakanyan və Məmmədyarov arasında Qarabağ konfliktinin siyasi həlli ətrafında əsaslı danışıqlar aparılıb: “Əsas məsələlərdən biri Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasıdır. İlk növbədə Şuşa məsələsi, eləcə də əsaslı danışıqların intensivləşdirilməsi müzakirə edilir. Məhz bu kontekstdə Cenevrə danışıqları ilə paralel olaraq ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”. “Vahid Ermənistan” Partiyasının həmtəsisçisi Vladimir Martirosyan  isə bildirir: “Əgər bu günlərin danışıqları zamanı həqiqətən də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə məskunlaşması zonalarının yaradılması məsələsi müzakirə olunubsa, Şahnazaryanın qeyd etdiyi kimi, onda bu, Qarabağın Azərbaycanlı İcması anlayışının artıq status aldığı demək olacaq”. Onun sözlərinə görə, icma, həmçinin amil statusunu da alır, bu amillə nə qədər hesaba oturacaqlarını və təyinedici olacaqlarını hələlik bilmək olmur: “Bu prosesin artıq bizim üçün idarəolunmaz olacağı vəziyyətə düşməyimizi istəməzdim”.

Ermənistanda “Vətəndaş platforması” təşkilatının rəhbəri, ekspert Aqvan Poqosyan da Azərbaycanın manevrlərinin İrəvanı daha çətin vəziyyətə saldığını vurğulayır: “Nikol Paşinyan Dağlıq Qarabağın Azərbaycanlı Icmasının danışıqlar prosesinə daxil olmasına imkan yaradır”. Erməni ekspert Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə diqqət çəkərək bildirir: “Nazirlər Cenevrədə 7 saatlıq danışıqlar aparanda ABŞ-ın Azərbaycandakı səfiri icmanın rəhbəri Tural Gəncəliyevlə Bakıda görüşdü. Paşinyanın addımları Azərbaycan icmasının masaya gələcəyini göstərir”. Qeyd edək ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının danışıqlarda iştirakı Ermənistanın “Qarabağdakı separatçı rejimi” tərəf kimi göstərmək niyyətini alt-üst edərək Azərbaycanın mövqeyini gücləndirir. Eyni mövqeni rusiyalı analitik Stanislav Tarasov da bölüşür. O bildirir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə baş tutmuş görüşü danışıqlarda hanısısa prosesin getdyini nümayiş etdirir. Tarasov qeyd edib ki, yanvarın 29-da 7 saat, yanvarın 30-da isə 4 saatdan artıq davam edən görüş bunu sübut edir. Onun sözlərinə görə, hazırda danışıqlar “Madrid prinsipləri” ətrafında gedir və bu sənəd hələ də masadadır: “Ermənistan baş naziri bir şey bildirir, xarici işlər naziri Mnatsakanyan görüşlərdə başqa şey edir. O, konkret sənəd ətrafında danışıqlar aparır və bu, “Madrid prinsipləri”dir. Onun etdiyi və Paşinyanın dedikləri bir-birinə uyğun gəlmir”. Tarasov hesab edir ki, Paşinyan öz bəyanatları ilə reallığı gizlədir. Ekspertin  sözlərinə görə, uzunmüddətli danışıqlarda yalnız humanitar məsələlərin müzakirə edilməsi mümkün deyil: “Mnatsakanyan danışıqlarda fərqli şeyi müzakirə edir, Paşinyan isə açıq şəkildə başqa şey barədə danışır. Bu, həmsədrlərdə çaşqınlıq yaradır. Ermənistan hakimiyyəti öz xalqına açıq şəkildə bildirməlidir ki, əslində nəyin ətrafında danışıqlar aparılır”.

Digər tərəfdən o da faktdır ki, Ermənistanın Qarabağ yanaşmasını artıq vasitəçilər də qəbul etmir. Nikol Paşinyanın Cenevrə görüşü ərəfəsində Qafanda keçirdiyi mətbuat konfransında danışıqların bəzi detallarını açıqlamasıan həmsədrlərin münasibəti əd bunu təsdiq edir. Paşinyanın belə bir açıqlama ilə çıxış etməsi, özü də bunu məhz vacib görüş ərəfəsində etməsi danışıqlara vasitəçilik edən həmsədrləri də ciddi narahat edib. Vasitəçilərin görüşün yekunlarına dair bəyanatlarında münaqişənin sülh yolu ilə həlli və nizamlama prosesində məxfilik prinsipinə əməl etməyin vacibliyini tərəflərə xatırlatmaları belə deməyə əsas verir. Nikol Paşinyanın bu addımının həmsədrlərin ciddi narahatlığına səbəb olduğu barədə erməni mətbuatında da xəbərlər dərc olunur. Mətbuatın yazdığına görə, həmsədrlər Minsk Qrupunun strategiyası ilə ziddiyyət təşkil edən fikirləri Paşinyanın növbəti özfəaliyyət cəhdi kimi qəbul ediblər. Erməni mətbuatı da bu fonda yazır ki, həmsədrlər Paşinyanın Qarabağla bağlı dediklərinə görə Cenevrədə Zöhrab Mnatsakanyanla kifayət qədər sərt danışıblar. Həmsədrlərin bu xatırlatmasının məhz Ermənistan tərəfinə, konkret Paşinyana ünvanlandığı şübhəsizdir. Çünki Azərbaycan rəsmiləri tərəfindən bu məzmunda heç bir açıqlama olmayıb. Bütün bunlar Ermənistanın hərəkətlərinin artıq beynəlxalq miqyasda da qəbul olunmadığını aydın nümayiş etdirir və İrəvanı daha zəif mövqe sahibinə çevririr.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ