Cümə axşamı günü, 05 noyabr 2026
     

“Azərbaycan Ermənistanın çox güvəndiyi Su-30 qırıcılarını sərçə kimi qıracaq” – keçmiş erməni nazir xəbərdarlıq etdi

Image


 Hərb müstəvisində Azərbaycanın düşmən Ermənistanla müqayisədə gedərək artan üstünlüyü qarşı tərəfdə daha böyük ajiotaja səbəb olmaqdadır. Elə bu fonda ötən ilin sonunda Rusiya Su-30SM çoxfunksiyalı qırıcılarını Ermənistan ordusuna təqdim etsə də, bu hal düşmən ölkədə heç də böyük sevinclə qarşılanmır.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirir ki, Rusiyadan alınan Su-30SM təyyarələri ilə Azərbaycan üzərində qələbə qazanmaq mümkün deyil: “Biz perspektiv müharibədə hücum edə və məhv edə bilərikmi? Azərbaycan ordusunun gücü bizim imkanlarımızı minimum 2-3 dəfə üstələyir. Biz 450 tank, 2000 PDM və ZTR, 700 artilleriya sistemi, eləcə də 120 təyyarə və 150 helikopteri olan böyük güclə hesablaşmalıyıq”. Baqratyan Azərbaycanın güclü hava hücumundan müdafiə sistemləri olduğunu və onların Su-30SM-ləri sərçə kimi vura biləcəyini söyləyib.

Cənubi Qafqazın geosiyasəti üzrə erməni mütəxəssis Anjela Əlibəyova da eyni mövqedən çıxış edir. Erməni ekspert vurğulayır ki, Ermənistan Rusiyadan Su-30 qırıcıları əldə etdiyinə görə sevinməyə bilər, belə ki, 2020-ci ilin birinci yarısında Azərbaycan Hərbi Hava Qüvvələri də bu qırıcıları əldə edərək öz arsenalını zənginləşdirəcək. Onun sözlərinə əsasən, etibarlı mənbələrin məlumatına görə, Ermənistanın Su-30 çoxfunksiyalı təyyarələrini əldə etməsindən sonra Azərbaycan da Rusiya istehsalı olan bu qırıcıları alacaq:“Böyük ehtimalla, Azərbaycan tərəfi istədiyini əldə edəcək. Biz buna hazır olmalı və Rusiyanın yeni nəsil qırıcılarını Azərbaycana satmasına təəccüblənməməliyik. Azərbaycan münaqişəni hərbi yolla həll etməyə çalışır. Hazırda Azərbaycan, aprel döyüşlərindən sonra olduğu kimi, diplomatik alibi təmin etmək məqsədilə Minsk Qrupu həmsədrləri ilə fəal danışıqlar aparır. O zaman Azərbaycan genişmiqyaslı hücum təşkil etdi və heç bir beynəlxalq təşkilat rəsmi Bakıya qarşı çıxış etmədi”.

“Alpari” informasiya-təhlil mərkəzinin rəhbəri Aleksandr Razuvayev İrəvanın diqqətli olmasının vacibliyini bildirir. Ekspertin sözlərinə görə, enerji gəlirləri Bakıya dünya silah bazarında özünü inamlı alıcı kimi hiss etməyə imkan verir: “Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb”. Şərhçinin sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür: “Bakı Su-57-ləri alacaq ki, bu da Ermənistanın daha 8 qırıcını almaq şərti ilə 4 ədəd Su-30 SM qırıcısını əldə etməsinə cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür. Maraqlıdır ki, Bakının əsas müttəfiqi olan Türkiyə də Su-57-lərə maraq göstərir”. Rusiya hərbi sənaye kompleksindəki mənbə də bildirib ki, Azərbaycan Rusiyanın Su-57 tipli ən modern beşinci nəsil qırıcı təyyarələrini almağa maraq göstərir. Bundan başqa, Azərbaycanın hava hücumundan müdafiə sisteminin də kifayət qədər böyük gücə malik olduğu vurğulanır. Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına, raket qoşunlarına malik Azərbaycan ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir. Ölkəmizin hava hücumundan müdafiə sistemində həm sovet istehsalı, həm də Qərb sistemi olan zenit-raket kompleksləri, radar sistemləri yer alır. Bu gün Azərbaycan postsovet ölkələri arasında hava hücumundan müdafiə sisteminə görə Rusiyadan sonra ən yüksək səviyyədədir. Hərbi Hava Qüvvələrinin silahlanmasına uzaqmənzilli S-300 PMU-2 "Favorit”, "Buk-MB”, orta mənzilli S-125 "Peçora TM-2”, "Osa-AKM”, "Spider”, qısa mənzilli "Kruq”, "Strela” və digər komplekslər daxildir. Azərbaycan İsraildən bir divizion "Barak-8” kompleksi də  əldə edib. Ölkəmizdəki belə sistemlər ballistik və aerodinamik hədəfləri məhv etmək imkanına malikdir. S-300 PMU2 uzaq mənzilli zenit-raket divizionları, paytaxt Bakı və Xəzər dənizi akvatoriyasındakı strateji idarəetmə obyektləri ilə yanaşı, Azərbaycanın əsas və ehtiyat aviabazalarının, sursat anbarlarının və hərbi dəniz bazalarının hava hücumundan və taktiki raket zərbələrindən müdafiəsini təşkil edir. Hadisələrin gedişi isə, ümumiyyətlə, Azərbaycanın da S-400-lərə malik ola biləcəyini istisna etmir.  Bu isə ölkənin hava hücumundan müdafiə qabiliyyətini daha da artıracaq. Aydındır ki, belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli Ermənistanın qısa zaman kəsiyndə məğlubiyyəti deməkdir.

Digər tərəfdən o da faktdır ki, Rusiyadan Ermənistana verilən hərbi texnika çox vaxt ya istismardan çıxarılmış olur, ya da günün tələbləriən cavab vermir.  Eyni şey Su-30SM qırıcılarına da aiddir. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov bu xüsusda “report”a maraqlı faktlar açıqlayıb:“Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq fakt məlumdur”. Onun sözlərinə görə, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından başqa onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir:“Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dünyada baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30-ların istismarı da çox baha başa gəlir. Belə ki, qırıcının bir saat uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin mart ayından “Hindustan Aeronautics” şirkəti tərəfindən bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar verməsinə səbəb olub. Daha bir fakt isə Malayziya HHQ-nin də silahlanmasında 28 ədəd Su-30-dan yalnız 4-nün döyüş qabiliyyətli olmasıdır. Digərləri isə bərpa olunması məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanır”. Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha onu göstərir ki, heç də Ermənistanın ağızdolusu danışdığı Su-30 qırıcı təyyarələri şişirdiləcək qədər döyüş imkanlarına malik deyil:"Bu səbəbdən, Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir”.

Qeyd edək ki, yanvarın 27-də Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi vilayətində Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsinin naməlum səbəbdən qəzaya uğraması xəbəri bu tip aviasiya vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri növbəti dəfə gündəmə gətirib. Yayılan məlumata görə, qırıcıda olan hər iki pilot katapult edə bilməyərək həlak olub. Bu fonda Ermənistan üçün daha bir problem odur ki, bu ölkəyə də müasir tələblərdən uzaq təyyarələr verilib. Eyni zamanda bu təyyarələri Ermənistanda yenə təlbələrə uyğun şəkildə idarə edən pilot da yoxdur. Amma Azərbaycanda vəziyyət tamam fərqlidir.

Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli hərbi gücüdür. Ən mühümü odur ki, ölkəmiz işğalçı Ermənistan qarşısında əzici üstünlüyə malikdir. Bunu ötən illərdə baş vermiş bir sıra hadisələr də təsdiqləyir. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edilsin və istənilən tədbir görülsün. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir və bir sıra orduların arsenalında yer alır. Məhz bu durumda Azərbaycan düşmənlə müqayisədə daha böyük üstünlüyə malikdir və belə vəziyyət Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşmür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ