Cümə axşamı günü, 05 noyabr 2026
     

MQ həmsədrlərinin Cenevrə bəyanatında iki düşündürücü məqam – tənzimləmədə məxfilik və xalqları sülhə hazırlamaq birlikdə mümkündürmü...

Image


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə keçirilən görüşündən sonra  ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatda bildirilir ki, 28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ayrı-ayrılıqda və birgə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib: "Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər; nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri.

Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin iştirakı ilə görüşməyə razılaşıblar".

Bəyanatda vacib məqam ondan ibarətdir ki, həmsədrlər bir tərəfdən əhalinin sülhə hazırlanmasından danışır, digər tərəfdən isə bu proseslərdə məxfiliyin qorunmasının vacibliyinə işarə edirlər. Əhalini sülhə hazırlamaq kimi mürəkkəb prosesdə məxfilik niyə nəzərdə tutulmalıdır?

  • Yeganə Hacıyeva: “Cəmiyyətlərin sülhə hazırlanmasının uğuru və ən əsası, ictimai legitimliyi məhz bu proseslərin şəffaf aparılmasından keçir”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məhz bizim qəzetdə  Dağlıq Qarabağ münaqişəsinin təkcə Cənubi Qafqaz üşün deyil, ümumi Avropa təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsində həssas bir konflikt olması və bu konfliktin həllinin AB-nin təhlükəsizlik sahəsində prioritet mövzularından biri olması haqqında onun özünün iştirakı ilə çoxlu müzakirə aparılıb: “Burada onu qeyd edim ki, Ermənistan Baş nazirinin konfliktin həlli prosesinin ziyanına verilən məsuliyyətsiz və populist çıxışları Azərbaycan üçün müharibəni qaçılmaz edir. Qısamüddətli gərginliyi Ermənistan üçün daxili problemlərin, ölkədaxili siyasi-ictimai təlatümlərin həllində bir vasitə kimi görməsi və Ermənistan Baş nazirinin çıxışlarının gərginliyin yaranmasına hesablanması Azərbaycan və nizamlayıcı tərəflər üçün aydındır.

Buna misal kimi son iki il biz daha çox nizamlayıcı missiyanın tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olması haqqında rəylərini eşidirik.

Burada bir haşiyəyə çıxım ki, son illərin dəyişən siyasi reallıqları Dağlıq Qarabağ konfliktinin həllini Avropa Birliyi üçün Şərqə genişlənmə siyasətində həll edilməsi həyati vacib məsələyə çevirib. O üzdən, istər açıq, istərsə də örtülü mesajlarda AB-nin ATƏT-in Minsk Qrupunun konfliktin həlli istiqamətində tövsiyə və səylərinin genişləndirilməsi təkliflərini daha israrlı etməsi müşahidə olunur.

Keçən il Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin təmaslarında razılaşdırılan 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşün təşkili, görüşlərin intensivləşdirilməsi təşəbbüsündə də bu özünü göstərir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikində iştirak etdiyi Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş oldu. Azərbaycan XİN-in bildirdiyi tərəflər və həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparılması və keçən il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların həyata keçirilməsinin intensivləşdirilməsi qərara alınıb. 

Bu məsələlərə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi aiddir.

Burada xüsusi diqqət yetiriləsi bir məqam var: iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi. Razılaşmada ilkin olaraq bu humanitar mübadilələrin ictimaiyyətə məxfi və qapalı keçirilməsi qərara alınıb”.

Ekspertin sözlərinə görə, bu humanitar proseslər çərçivəsində biz keçən il jurnalistlərin Dağlıq Qarabağ və Bakıya məxfi səfərlərinin şahidi olduq: “Məsələ ondadır ki, xalq diplomatiyası adlandırdığımız, əhalinin sülhə hazırlanması prosesləri bir neçə təməl baza üzərində qurulur. Bu bu təməl bazalar hüquqdan başqa, həm də psixoloji faktorlar, cəmiyyətlərin spesifik məqamlarının, bu mövzuda cəmiyyət üçün vacib məqamların, cəmiyyətin, ümumilikdə, sülhə hazırlıq imkan və potensialının əsasında formalaşır. Sadaladığım bu təməl prinsiplərin əsasını həm də cəmiyyətlərin nizamlayıcı və iştirakçı tərəflərə və ümumilikdə, bu prosesə güvən indeksi dayanır.

Təəssüf ki, konfliktin davam etdiyi ilk günlərdən yaşanan proseslər Azərbaycan cəmiyyətində əsaslı olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinə fəaliyyətin və sülhə hazılanma prosesinin nəticəsinə və ümumilikdə, bu prosesə şübhə və güvənsizlik yaradıb.

Məxfi və qapalı aparılan istənilən proses bu şübhə və güvənsizlik atmosferini daha da dərinləşdirir və istənilən xoşməramlı addımları artıq cəmiyyətlərin gözündə maraqsız və hətta qeyri-legitim edir. Cəmiyyətlərin sülhə hazırlanmasının uğuru və ən əsası, ictimai legitimliyi məhz bu proseslərin şəffaf aparılmasından keçir. Bu, cəmiyyətlərin  prosesə maraq və  güvənlə yanaşması üçün əsas təməl bazası olacaq. Bu xüsusda nazirlərin razılaşdığı yaxın zamanda keçiriləcək yeni görüşlərdə bu məqam nəzərə alınmalıdır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ