Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan əleyhinə yeni siyasi partiyanın anonsu həbsxanadan gəldi

Image


“Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında qarşıdurma yenidən özünün gərgin mərhələsinə daxil olmaqdadır. Belə görünür ki, “Qarabağ klanı” hakimiyyətin inzibati resurslar vasitəsilə onu sıradan çıxarmasına qarşı daha aktiv müqavimət göstərməyi planlaşdırır. Bunun ilkin anonsları artıq  Ermənistanın eks-prezidenti Robert Köçəryan tərəfindən verilib.

Hakimiyyətə qarşı hərəkata rəhbərlik etdiyini bildirən Köçəryan qeyd edir: “Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Qarabağ hərəkatı başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”. Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Köçəryan “ölkənin azad olunması”nda vacib rol oynayacağını deyib.

Köçəryan tərəfdarlarının onun azad edilməsi uğrunda mübarizəni siyasi hərəkata çevirə biləcəklərini istisna etməyib:"Şübhəsiz ki, bu mümkündür". Onun sözlərinə görə, tarixdə həbsxanadan ilham alan siyasi mübarizənin bir çox uğurlu nümunələri var. Köçəryan həmçinin bildirib ki, Ermənistanda 2020-ci ildə siyasi landşaftın formalaşması başa çatacaq, bu da fəal vətəndaşları birləşdirəcək yeni siyasi gündəmin formalaşdırılmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi proseslərin intensivliyindən, vətəndaşların iştirak səviyyəsindən, parlamentdəki hakim fraksiyanın sabitliyindən və hakimiyyətin səhvlərindən asılı olacaq. Xatırladaq ki, Köçəryan 2008-ci ilin mart hadisəsində konstitusiya quruluşunu devirməkdə ittiham edildikdən sonra 2018-ci ilin iyulunda həbs edilib.

Bu arada Ermənistanın sabiq prezidenti Serj Sarkisyan haqqında da cinayət işi məhkəməyə göndərilib. Xatırladaq ki, Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb. Ötən il dekabrın ortalarında Sarkisyanın əmlakı üzərinə həbs qoyulub. İstintaqın versiyasına görə, sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarına əsasən, Sarkisyan tabeliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” kompaniyasını seçməyi tapşırıb. Halbuki, digər şirkət – “Masxur” kompaniyası daha ucuz qiymət təklif etmişdi. Müstəntiqlər hesab edirlər ki, sabiq prezident tamah məqsədilə sövdələşmədən özü üçün maksimum mənfəət götürmək niyyəti güdüb. Belə vəziyyətdə Sarksiyanın da həbsi qaçılmaz sayılır. Amma yuxarıda qeyd olunduğu kimi, “Qarabağ klanı” yaranmış durumda daha aktik müqavimətə hazırlaşır.  Ermənistanın “168” nəşri yazır ki, klan ölkədə yaranan ağır sosial-iqtisadi durumdan istfiadə edərək insanları yenidən küçələrə çıxarmaq istəyir:“Əslində hökumətin hərəkətləri məhz bu cür hərəkatlar doğurur. Bir vaxtlar Paşinyan hökumətin atdığı addımlardan danışarkən bunun real gündəmdən, Qarabağ məsələsindən diqqəti yayındırmaq cəhdi olduğu deyilsə də, artıq bu reallıqdan uzaqdır. Paşinyan hökuməti gənclər üçün doğum evləri, kəndlilər üçün kəsmə yerləri, sürücülər və xüsusilə taksi sürücüləri üçün bal sistemləri olmaqla ən sadiq qrupları hədəf alaraq qəsdən populyar olmayan, məntiqi qərarlar qəbul edən kimi görünür. Sanki Paşinyanın “exit-strategy” həyata keçirdiyi təəssüratı var. Paşinyanın 1 milyon dollarlıq təmirli yeni evindən, yarım milyonluq yeni “Mercedes”lərdən və həyatın digər zövqlərindən imtina etməməsi ona kəskin antipatiya yaradır. Bu vəziyyətdən Paşinyanın rəqibləri artıq istfiadə etməyi düşünür. İndiki mərhələdə digər səbəblər barədə yalnız fərziyyə edə bilərik - bu, Qarabağ münaqişəsindəki fəlakət perspektivi qorxusu, bir ölkəni idarə edə bilməyəcəyinin açıq şəkildə ortaya çıxması, komandasından məyus olması və ya başqa bir problem ola bilər, ancaq Paşinyanın son vaxtlarda açıq şəkildə antixalq və münaqişə yaradan bir siyasət yürütdüyü aşkardır”. O da qeyd olunur ki, Paşinyanın hakimiyyətə gəlməsində əsas arqument və vasitə olan erməni xalqı siyasətdən kənarlaşdırılıb: 
“Eyni zamanda, Paşinyan hökumətinin ölkədə antihökumət hərəkatlarını qızışdırmağa çalışdığı kimi bir təəssürat yaradılır. Bu yaxınlarda Paşinyanın qəzetində hakimiyyət dəyişikliyinin bir neçə ssenarisini əks etdirən analiz dərc olunub. Bunlar təsadüfi deyil və Paşinyan özü də ona qarşı ölkədə yeni hərəkata rəvac verilə biləcəyini görür”.

İndiki halda belə əqüvvə qismində “Qarabağ klanı”nın ön plana çıxması da xüsusi vurğulanır və bu durumda klanla Paşinyan arasında ziddiyyətin daha da kəskinləşəcəyi proqnozlaşdırılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ