Cümə axşamı günü, 05 noyabr 2026
     

AŞPA-nın Azərbaycan “tükünü tirə” çevirməsi – halbuki, son iki ildə Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qaldı

Image


Jurnalistlər dünyanın istənilən nöqtəsində öz peşə vəzifələrini həyata keçirmək hüququna malik olsalar da, bir sıra hallarda onlara qarşı müxtəlif növ zorakılıq halları baş verir. Bu neqativ hallar son illər özünü “demokratiya” deyib bağıran bəzi Avropa ölkələrində daha çox göstərir.  

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat azadlığı və Avropada jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş hesabat qəbul edib və həmin hesabatda bəzi Avropa ölkələrində jurnalistlərə qarşı həyata keçirilən zorakılıq halları rəqəmlərlə ifadə olunub.

"Report"un Fransa bürosu xəbər verir ki, hesabatda Avropa Şurasına üzv ölkələrdə jurnalistlərin öz peşə vəzifələrini həyata keçirdikləri zaman fiziki və verbal zorakılıq, polislər tərəfindən müdaxilə, akkreditələrinin əllərindən alınması kimi halların artdığı bildirilir.

Hesabata əsasən, Fransada 17 noyabr 2018-ci ildə "sarı jiletlilər"in etiraz aksiyaları başlayandan etibarən jurnalistlərə qarşı təhqir və təhdidlərin sayı artıb. Həmin tarixdən etibarən aksiyaları işıqlandıran 90 jurnalist polis zorakılığına məruz qalıb.

Almaniyada 2018-ci ildə 26 jurnalistə qarşı fərdi şəxslər tərəfindən zorakılıq olub. 7-8 iyul 2017-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən G-20 toplantısı zamanı ən azı 32 jurnalistin əlindən akkreditə hüquqları alınıb. 2018-ci ilin avqust ayında Almaniyanın ZDF kanalının jurnalist heyəti polislər tərəfindən saxlanıb. Niderlandda 24 oktyabr 2019-cu ildə NOS TV-nin jurnalisti suallara cavab verməkdən imtina etdiyi üçün həbs olunub. Dövlət orqanları, polislər və mülki şəxslərin jurnalistlərə qarşı zorakılıq tətbiq etdikləri ölkələr arasında Malta, Avstriya, Bolqarıstan, İtaliya və digər ölkələr də var. AŞPA üzv dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Bütün bu halların yüzdə biri Azərbaycanda baş versəydi, AŞPA dayanmadan bəyanatlar verər, bunu bütün hesabatlara salardı, amma Avropada baş verdiyi üçün ona 2 ildən sonra münasibət bildirir.

  • Azər Həsrət: “Fransa, Almaniya kimi ölkələrdə jurnalistlərə qarşı kütləvi xarakter alan zorakılıq hallarına AŞPA kimi beynəlxalq qurumların gec reaksiya verməsi səbəbsiz deyil”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, bu həmin beynəlxalq qurumun və digər o cür təsisatların bu kimi məsələlərə ikili standartlarla yanaşmasından irəli gəlir. Onların jurnalistlərə qarşı Avropa ölkələrində baş verən zorakılıq hadisələrinə gec reaksiya vermələrinin də bundan doğduğunu deyən A.Həsrətin sözlərinə görə, Azərbaycan həmişə jurnalistlərə qarşı istənilən zorakılıq hallarını pisləyir: “Dünyanın istənilən yerində jurnalistlərə qarşı, xarakterindən asılı olmayaraq, bütün zorakılıq hallarını pisləyirik. İstənilən ölkədə hansısa jurnalistə qarşı bu cür zorakılıqlar olanda biz buna öz etirazımızı bildiririk və bu halı qınayırıq. Amma çox təəssüf ki, beynəlxalq insan haqları təşkilatları və beynəlxalq jurnalist qurumları bu kimi məsələlərdə bütün dövlətlərə eyni gözlə baxmırlar, fərqli yanaşırlar. Məsələn, Azərbaycanda kiçik bir problem baş verərsə, bütün beynəlxalq insan haqları təşkilatları və jurnalist qurumları ayağa qalxır və ölkəmizi müxtəlif məsələlərdə ittiham edirlər. Bu qurumlar əsassız olaraq “Azərbaycanda insan haqları pozulur, jurnalistlərə təzyiq edilir, mətbuat azadlığı tapdalanır və s.” deyə bağıraraq az qala bütün dünyanı ayağa qaldırırlar. Fransa, Almaniya, yaxud buna bənzər digər Avropa ölkələrində bir sıra hallarda onlarla jurnalist peşə vəzifəsini yerinə yetirərkən zorakılıq hallarına məruz qalır, amma həmin təşkilatlar tərəfindən isə heç bir bəyanat verilmir, hətta kiçik bir münasibət belə bildirilmir. AŞPA kimi qurumlar Avropa ölkələrində öz peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qalan jurnalistlərin yaşantılarını susqunluqla müşahidə edirlər. Bu da, istər-istəməz, bizdə təəccüb və qəzəb doğurur. Dəfələrlə beynəlxalq tribunalardan həmin qurumların təmsilçilərinə sual vermişəm ki, necə olur Avropanın göbəyində jurnalistlərə qarşı zorakılıqlar baş verir, amma buna reaksiya vermirsiniz, susursunuz, amma Azərbaycanda təsadüfən bir hadisə baş verdikdə isə ittihamlar irəli sürürsünüz. Onlar bir qayda olaraq deyirlər ki, başqa ölkələr “demokratik” ölkələrdir, amma Azərbaycan demokratik deyil. Deyirəm ki, o ölkələr necə demokratik ola bilər ki? Bir ölkədə ki, jurnalistlər kütləvi olaraq zorakılığa məruz qalırsa, onda hansı demokratiyadan danışmaq olar?

Bu suala isə cavab vermirlər. Yəni Avropa ölkələrində baş verənlərə göz yuman beynəlxalq təşkilatlar bizim ölkəyə ikili standartlarla yanaşır, ayrıseçkilik edirlər. Fransa, Almaniya kimi ölkələrdə jurnalistlərə qarşı kütləvi xarakter alan zorakılıq hallarına AŞPA kimi beynəlxalq qurumların gec reaksiya verməsi səbəbsiz deyil”

Fransa kimi ölkələrdə yüzlərlə jurnalist və vətəndaşın döyülməsinə, zorakılığa məruz qalmasına göz yuman həmin qurumların bu münasibətinin ölkələr arasında ayrıseçkiliyə yol verilməsinin təzahürü olduğunu deyən A.Həsrət hesab edir ki, bunun qarşısının alınması üçün həmin beynəlxalq təşkilatlarla işləməyi bacaran insanlara meydan vermək lazımdır. Bu təşkilatlarla işləmək təcrübəsinə malik olduğunu deyən A.Həsrətin sözlərinə görə, o qurumlarla işləmək lazımdır, nəinki meydanı boş buraxmaq. O deyir ki, meydanı boş görənlər Azərbaycan əleyhinə müxtəlif yanlış, qərəzli qərarların qəbul edilməsinə nail olurlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ