Cümə axşamı günü, 05 noyabr 2026
     

KİVDF və Gömrük Komitəsinin birgə müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Image


Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Dövlət Gömrük Komitəsinin birgə elan etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Fondun icraçı direktoru Vüqar Səfərli, komitənin rəhbər vəzifəli şəxsləri, habelə müsabiqənin qalibi olmuş jurnalistlər iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev media nümayəndələrini salamlayaraq bildirib ki, son zamanlar Dövlət Gömrük Komitəsinin rəhbərliyi və KİV nümayəndələri arasında intensiv görüşlər keçirilir. Səfər Mehdiyev 2019-cu ilin bu baxımdan Azərbaycan gömrüyü üçün daha əlamətdar olduğunu vurğulayıb : "Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq daşıyıcısı Prezident İlham Əliyev daim mediaya qarşı həssaslıq göstərib, kütləvi informasiya vasitələrinin inkişafı üçün xüsusi proqram və layihələr həyata keçirib, jurnalistlərin ən yaxın dostu olublar. Bugünkü həyatımızı medianın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə baş verən hadisələrin, xüsusilə neqativ halların araşdırılaraq ictimaiyyətə çatdırılması, əsaslı və haqlı tənqid cəmiyyətin formalaşması və inkişafında mühüm rol oynayır".

Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi fəaliyyətində ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetirir və iş prinsipini media ilə açıq və şəffaf əməkdaşlıq üzərində qurur. Komitə sədri, həmçinin vurğulayıb ki, bu məqsədlə son iki ildə gömrük sahəsində ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarının artırılması üçün xüsusi seminar və təlimlər keçirilib, gömrük işinin təşkilinin daha aydın mənimsənilməsi üçün müxtəlif gömrük idarələrinə və gömrük postlarına jurnalistlərin səfərləri təşkil olunub: "Qeyd etməliyəm ki, media-gömrük münasibətlərinin inkişafı istiqamətində görülən tədbirlərin nəticəsidir ki, son illərdə kütləvi informasiya vasitələri və jurnalistlər gömrük sisteminə daha həssaslıqla yanaşır, bu sahəyə həsr olunan reportaj və məlumatlar daha da peşəkarlıqla hazırlanır".

Gömrük orqanlarının ötənilki fəaliyyətindən danışan Səfər Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına 2019-cu ildə də uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçot sisteminin düzgün qurulması, şəffaflığın təmin olunması hesabına 706 milyon manatdan artıq vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Ötən il 4 milyondan artıq elektron xidmət həyata keçirilib və sərhədkeçmə prosesləri zamanı 17 milyon insana xidmət göstərilib".

Səfər Mehdiyev bildirib ki, gömrük orqanlarının fəaliyyətinin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması baxımından Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil olunmuş müsabiqə mühüm əhəmiyyətə malikdir: "Bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəyik. Müsabiqə 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramına həsr olunub. Müsabiqəyə təqdim olunan yazı və videoreportajlardan da aydın görmək olar ki, gömrük-media münasibətlərində səmərəli əməkdaşlıq öz nəticəsini verir. Ötən ilki müsabiqə ilə müqayisə apardıqda, aşkar görünür ki, təqdim olunan yazılar daha peşəkarlıqla hazırlanıb. Jurnalistlərimizin gömrük sahəsində daha çox məlumatlı olduğu müşahidə edilir".

Komitə sədri Səfər Mehdiyev sonda bütün müsabiqə iştirakçılarına təşəkkürünü bildirib və onlara yaradıcılıq uğurları arzulayıb: "İnanıram ki, peşəkar fəaliyyətinizlə gömrük orqanları və media arasında qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz".

Sonra Səfər Mehdiyev müsabiqənin nəticələri barədə danışmaq üçün sözü Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq birgə tədbirin gömrük işçilərinin peşə bayramı ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Bu münasibətlə komitənin rəhbərliyini və çoxsaylı kollektivini təbrik edən icraçı direktor onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.

Son illər Dövlət Gömrük Komitəsində vətəndaş məmnunluğuna xidmət edən əsaslı islahatların aparıldığını bildirən Vüqar Səfərli uğurlu nəticələrin ölkə rəhbərliyi səviyyəsində də təqdir edildiyini xüsusi vurğulayıb. İcraçı direktor gömrük orqanlarının fəaliyyətində tətbiq olunan çevik, müasir və şəffaf idarəçilik metodlarının sahibkarlar və sadə vətəndaşlar tərəfindən də razılıqla qarşılandığını bildirib.

Vüqar Səfərli, həmçinin bildirib ki, Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməkdir. O qeyd edib ki, bu məqsədlə müxtəlif dövlət qurumları ilə mütəmadi olaraq konfranslar keçirilir, fərdi jurnalist yazıları təşkil olunur. İcraçı direktor Fondla Komitənin birgə təşkil etdiyi "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda yazı və telesüjet müsabiqəsinin gömrük sistemində aparılan islahatların mahiyyətinin ictimaiyyətə obyektiv və dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

İcraçı direktor birgə müsabiqənin 2019-cu il noyabrın 22-dən 2020-ci il yanvarın 17-dək davam etdiyini vurğulayıb. Vüqar Səfərli bildirib ki, müsabiqədə qəzet, agentlik və saytlarla yanaşı, televiziyalarda çalışan jurnalistlər də iştirak ediblər. O əlavə edib ki, müsabiqədə məqsəd gömrük orqanlarının fəaliyyətində şəffaf idarəçilik metodlarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır: "Müsabiqəyə 27 KİV-dən 38 yazı, o cümlədən 3 televiziyadan 4 süjet təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, qəzet, agentlik və onlayn mediada çalışan jurnalistlər üçün 6 əsas, 10 həvəsləndirici, eləcə də televiziyalarda çalışan jurnalistlər üçün 3 əsas, 3 həvəsləndirici mükafat nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 1500, II yerlərin qaliblərinə 1000, III yerlərin qaliblərinə 600 manat veriləcək. Bundan əlavə, həvəsləndirici yerlərə layiq görülənlərin hər biri üçün 200 manat mükafat nəzərə tutulur".

Vüqar Səfərli, həmçinin Komitə rəhbərliyinin media ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olmasını təqdir edərək bunun bəzi nöqsanların operativ şəkildə aşkarlanması və aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çəkib. İcraçı direktor, həmçinin diqqətə çatdırıb ki, Fond media ilə mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin xüsusi diplomla təltif olunmasına qərar verib. İcraçı direktor Fondun diplomunu komitə sədri Səfər Mehdiyevə təqdim edib.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Tədbiri yekunlaşdıran komitə sədri,  gömrük xidməti general-leytenantı Səfər Mehdiyev KİV-lərlə əməkdaşlığın genişləndirilməsində xidmətlərinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirərək, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ