Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər özlərinə saxta tarix yazdıqları vaxtda Akademiyanın Tarix İnstitutunda Deportasiya şöbəsini kim və niyə ləğv etdi...

Image


Azərbaycan xalqının yaşadığı deportasiya və soyqırım aktları tariximizdən qanlı xətlə keçir. XX əsrdə erməni daşnakları tərəfindən başımıza gətirilən soyqırım və deportasiya aktları unudulmamalı, xalqımıza qarşı olan bu qanlı terror xüsusi mərkəzlər, elmi qurumlar tərəfindən dərindən araşdırılmalı, tədqiq edilməli, kitablar şəklində hazırlanıb müxtəlif dillərdə elektron resurslarda yerləşdirilməlidir.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və deportasiya tarixinin araşdırılması ən ümdə məsələlərdən biridir. Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli tədqiqatçı, tarix elmləri namizədi İsrafil Məmmədovun rəhbərliyi ilə Deportasiya və Soyqırım şöbəsi fəaliyyət göstərirdi, indi sözügedən institutda bu adda şöbə yoxdur. Heç bir şəraiti olmayan buz kimi otaqda fəaliyyət göstərən şöbənin açılmasında məqsəd ermənilərin XX əsrdə xalqımıza qarşı etdiyi mənfur əməllərin qaynağının, nəticələrinin araşdırılması idi.

  • Şöbənin sabiq əməkdaşı: “İqrar Əliyev rəhmətə getdikdən sonra akademik Yaqub Mahmudov Tarix İnstitutuna direktor oldu və həmin dövrdə institutda bəzi şöbələrin bağlanması...”

Ləğv edilmiş Deportasiya və Soyqırım şöbəsinin adının çəkilməsini istəməyən keçmiş əməkdaşlarından biri bizimlə söhbətində bildirdi ki, mərhum professor Vaqif Arzumanlının rəhbərlik etdiyi Beynəlxalq Münasibətlər İnstitutu ləğv edildikdən sonra onun əməkdaşları akademiyanın müxtəlif institutlarında yerləşdirilib, onların bir qismi isə həmin dövrdə akademik İqrar Əliyevin rəhbərlik etdiyi Tarix İnstitutunun müvafiq şöbələrində işlə təmin edilib. Həmin dövrdə isə Deportasiya və Soyqırım şöbəsi yaradılır və İsrafil Məmmədov bu şöbəyə müdir təyin edilir. Buna səbəb kimi İ.Məmmədovun erməni dilini yaxşı bilməsi və Ermənstanda müxtəlif vəzifələrdə işləməsi, bu yöndə tədqiqat işləri aparması göstərilir. Yəni o, mütəxəssis olduğu üçün bu şöbəyə rəhbərlik ona tapşırılıb. Hətta İ.Məmmədov AMEA-nın Rəyasət Heyətində çıxış edərək tədqiqat işlərinin daha da genişləndirilməsinin, soyqırım və deportasiya tarixi ilə bağlı ayrıca muzey yaradılmasının və abidə qoyulmasının vacibliyini qeyd edirdi. Amma bu reallaşmayıb. “İqrar Əliyev rəhmətə getdikdən sonra akademik Yaqub Mahmudov Tarix İnstitutuna direktor oldu və həmin dövrdə  institutda bəzi şöbələrin bağlanması barədə qərar qəbul edildi və nəticədə Deportasiya və Soyqırım şöbəsi bağlandı. İqrar Əliyevin rəhbərliyi dövründə yaradılan Deportasiya və Soyqırım şöbəsinin Yaqub Mahmudovun rəhbərliyi dövründə bağlanması bu gün də tarixçilər arasında suallarla qarşılanır” - deyə bildirən keçmiş şöbənin keçmiş əməkdaşı qeyd etdi  ki, Deportasiya və Soyqırım şöbəsininin müəmmalı şəkildə bağlanması, yaxud şöbənin heç onunla əlaqəsi olmayan şöbə ilə birləşdirilməsi ciddi narazılıq yaratsa da, buna qarşı açıq etiraz edənlər az olub.

Ermənilərin özlərinə saxta tarix yaratdıqları bir dövrdə, o saxta tarixləri haqqında cild-cild saxta araşdırmalar aparılması, kitablar yazılması üçün böyük elmi mərkəzlər, institutlar yaratdıqları bir vaxtda AMEA-nın Tarix İnstitutunda Deportasiya və Soyqırım şöbəsinin müstəqil şöbə kimi ləğv edilərək başqa bir şöbəyə birləşdirilməsinə nə ad vermək olar? Əslində, deportasiyaya və soyqırıma məruz qalan bir xalq olaraq deportasiya, soyqırım tarixini araşdıran şöbələr, xüsusi mərkəz və institutlara sahib olmalıyıq. 2003-cü ildən sonra qapadılan bu şöbə bir də müstəqil şöbə kimi “Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi” adı altında bir də 2015-ci ildə açılıb. Təxminən 12 il bu şöbə fəaliyyət göstərməyib. Tarixçinin verdiyi məlumata görə, ölkə üçün çox böyük strateji əhəməyyəti olan bir şöbənin vaxtilə ləğv edilməsi deportasiya və soyqırımlar tarixinin daha mükəmməl, məzmunlu şəkildə yazılmasına əngəl oldu. Bu mövzularda kitabların yazıldığını, tədqiqatların aparıldığını deyən müsahibimiz qeyd etdi ki, amma uzun müddət bu iş pərakəndə şəkildə görüldü.

  • Natiq Məmmədzadə: “Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi, əslində, sırf texniki məsələlər idi”

Akademiyanın Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadənin sözlərinə görə isə Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi sırf texniki məsələ idi: “Deportasiya və Soyqırım şöbəsinin ləğv edilməsi, əslində, sırf texniki məsələlər idi. Əslində, bu şöbə bağlanmamışdı, Demoqrafiya və əhali tarixi şöbəsinin tərkibində soyqırım tarixləri üzrə qrup fəaliyyət göstərirdi. Sonra isə 2015-ci ildə şöbə yeni adla bərpa olundu. Əvvəl soyqırımlar və deportasiya tarixləri üzrə qrup adlandırılırdı, 2015-ci ildə isə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi adlandırıldı. Bu şöbəyə hər şey daxil oldu. Deportasiyalar da soyqırım siyasətinin tərkib hissəsi olduğundan, artıq deportasiya sözünü vurğulamağa ehtiyac olmadı. Azərbaycan xalqına qarşı soyqırım və deportasiyanın bütün təzahürləri, tarixi hadisələr, qətliamlar, deportasiya aktları və s. bütün bu qəbildən olan məsələlər bu şöbədə araşdırılır”.

Ləğv edilən Deportasiya və Soyqırım şöbəsinin əvvəlcə qrup şəklində, sonra isə müstəqil şöbə kmi fəaliyyət göstərdiyini deyən müsahibimizn sözlərinə görə, bu şöbə 1998-ci ildə Heydər Əliyevin qərarından sonra yaranmışdı. Bu şöbənin Y.Mahmudov tərəfindən bağlanmasına dair məlumatlara gəlincə, N.Məmmədzadə bunu təkzb etdi. O bildirdi ki, şöbəni Y.Mahmudov bağlamayıb: “Bu şöbənin Yaqub Mahmudov tərəfindən bağlanması tamamilə yanlış məlumatdır.  Söhbət konkret şəxsiyyətlərdən getmir, obyektiv münasibətdən, yanaşmadan gedir. Əksinə, o, 1918-ci ildə baş verən hadisələrin soyqırım kimi qiymətləndirilməsində böyük rol oynayıb.  Bir də elə məsələlər var ki, onlar AMEA-nın Rəyasət Heyəti tərəfindən gəlir”.

O, həmçinin, vurğuladı ki, istənlən elmi-tədqiqat institutunda hansısa bir şöbənin yaradılması, yaxud bağlanması haqqında qərarı institut rəhbərləri yox, AMEA-nın Rəyasət Heyəti verir.

N.Məmmədzadə vurğuladı ki, şöbədə soyqırımlar və deportasiyalar tarixinin öyrənilməsi istiqamətində böyük işlər görülür, kitablar nəşr edilir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ