Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan qazı Bolqarıstan üçün də həyat mənbəyinə çevrildi

Image


Real vəziyyətin təhlili göstərir ki, bu gün bir sıra Avropa ölkələri enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana daha çox bel bağlamağa başlayıb. Belələrindən biri Bolqarıstandır. İstifadə olunan qazın, demək olar, hamısını Rusiyadan idxal edən Bolqarıstan ilin sonuna qədər bu həcmin yarısını digər mənbələrdən almaq niyyətindədir.

Bu ölkənin energetika naziri Temenujka Petkovanın ABŞ-a işgüzar səfəri çərçivəsində də qeyd olunan məsələ xüsusi diqqət mərkəzində olub. Bura nazir bildirib ki, Bolqarıstan ölkəyə təbii qaz idxalı üzrə mənbələrini və marşrutlarını şaxələndirməyə davam edəcək: “Bolqarıstan və ABŞ arasında mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində geniş əməkdaşlıq var. İlin sonuna qədər təbii qaz istehlakının 50%-i şaxələndiriləcək. Ölkədəki ümumi təbii qaz istehlakının - 3 milyard kubmetr - yarısı Azərbaycandan qaz tədarükü (TAP qaz kəməri ilə) və LNG tədarükü yolu ilə şaxələndiriləcək”. Qeyd edək ki, ötən ilin iyun ayında Bolqarıstan ABŞ-dan ilk LNG partiyasını alıb. 2019-cu ilin sonunda ümumi tədarük həcmi, təxminən, 0,5 milyard kubmetr maye qaz təşkil edib. Onu da xatırladaq ki, Azərbaycan qazı, o cümlədən “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsindən hasil edilən qaz Bolqarıstanda TAP-a qoşulacaq və bu boru vasitəsilə “Şahdəniz” yatağının ikinci mərhələsindən qazı Avropa bazarlarına çatdıracaq boru kəməri vasitəsilə tədarük olunacaq. Birinci mərhələdə qaz boru kəmərinin buraxılış gücü 3 milyard kubmetr təşkil edəcək ki, bunun 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, əlavə kompressor stansiyası sayəsində boru kəmərinin həcmi 5,3 milyard kubmetr qaza qədər artırıla bilər. 4,5 milyard kubmetr qaz uzunmüddətli bazarlara, 0,5 milyard kubmetr qaz isə qısamüddətli bazarlara yönəldiləcək.

Xatırladaq ki, söhbət burada Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan qaz interkonnektorundan gedir. Ötən il bu kəmərin təməli qoyulub. Xatırladaq ki, Yunanıstanın Komotini şəhərindən Bolqarıstanın Stara Zagora şəhərinədək uzanacaq Yunanıstan-Bolqarıstan qaz interkonnektoru 182 kilometr ümumi uzunluğa malikdir. Bu ildən etibarən Azərbaycandan həmin kəmər vasitəsilə illik 1 milyard kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu da Bolqarıstanın təbii qaza olan tələbatının 30%-ni təşkil edəcək. Amma Azərbaycan qazı təkcə Bolqarıstan üçün əhəmiyyət kəsb etmir. Reallaşdırılan “Cənub Qaz Dəhlizi” bütün Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət daşıyır. Ümumiyyətlə, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi böyük töhfə və nailiyyət sayılır. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin hissələri “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələridir. 

Indilikdə isə Rusiyanın “Şimal axını-2” layihəsi ilə gözlənilməz dəyişikliklər fonunda Şərqi Avropa ölkələri məhz “Cənub Qaz Dəhlizi”nə getdikcə daha çox maraq göstərir. Burada hesab olunur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq, çünki təkcə tədarükçü kimi yox, həm də Qazaxıstan və Türkmənistan qazının tranzit ölkəsi kimi çıxış edəcək. Azərbaycanın bu fonda  artan rolunu etiraf edən ölkələrdən biri də Sloveniyadır. Sloveniyanın sabiq prezidenti Danilo Türk bu xüsusda bildirir: “TAP-TANAP və bütövlükdə “Cənub Qaz Dəhlizi”nə gəlincə, Sloveniya Avropaya qazın çatdırılması üzrə bu layihəyə marşrut cənub istiqamətindən keçdiyi üçün qoşulmayıb. Layihədə Türkiyə, Yunanıstan, Albaniya və Cənubi İtaliya iştirak edir. Sloveniya isə İtaliyanın şimal hissəsinə daha yaxındır. Amma kim bilir, bəlkə gələcəkdə bu boru kəmərinin əhəmiyyəti artacaq. İndi onlar Sloveniyanın cənubundakı ölkələrdən keçir, lakin gələcəkdə bizim də onlara maraq göstərəcəyimiz istisna deyil. Biz Sloveniyanın şimalından və cənubundan hansı qaz kəmərlərinin keçdiyinə biganə deyilik. Hazırda biz qazı Avstriyadan tranzit keçməklə Rusiyadan, eləcə də İtaliya vasitəsilə Əlcəzairdən alırıq. İndi isə cənub istiqamətindən Avropaya Azərbaycan qazı gələcək. Təbii ki, bu, Avropada qaz bazarının ümumi mənzərəsinə təsir edən yeni bir amil olacaq. Sloveniyanın iki təbii qaz mənbəyi var – Rusiya və Əlcəzair. Rusiya qazı Ukrayna, Macarıstan və Avstriyadan keçir. Başqa bir qaz boru kəməri İtaliya vasitəsilə Sloveniyaya Əlcəzairdən gedir. Lakin biz qaz tədarükünün şaxələndirilməsində maraqlıyıq və bu strateji kontekstdə “Cənub Qaz Dəhlizi”nin tətbiqi Sloveniya üçün vacibdir”. Bir məqamı da qeyd edək ki, Çexiya, Macarıstan, Slovakiya, Balkan ölkələri, Yunanıstan kimi ölkələrin illik qaz ehtiyacları elə də yüksək deyil və 3-4 milyard kubmetr təşkil edir. Bu fonda TANAP və TAP vasitəsilə bütün Cənubi Avropanı, üstəgəl İtaliyanın bir hissəsini qazla tam təchiz etmək mümkündür. Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri dəfələrlə bəyan edib ki, Azərbaycan etibarlı və uzunmüddətli qaz təchizatçısıdır. İndidən dəfələrlə bəyan edilir ki, TANAP-TAP kəmərləri qazın tədarükü sahəsində diversifikasiya mexanizmidir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ