Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkilərində mübarizə aparacaq namizədlərin sayı açıqlanıb. Baki-xeber.com Secki-2020.az saytına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
MSK sədri qeyd edib ki, seçkilərdə 1345 namizəd mübarizə aparacaq. O, həmçinin qeyd edib ki, 292 namizəd mübarizəni dayandırıb.
M.Pənahov deyib ki, parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.
MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq. Proses başa çatdıqdan sonra ictimaiyyətə ümumi məlumat veriləcək.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı sabah başa çatacaq.