Cümə axşamı günü, 05 noyabr 2026
     

İrəvanın mərkəzində azərbaycanlılarla bağlı son tarix yadigarlarını da məhv edirlər - ermənilərin “açıq muzey” oyunu...

Image


İrəvan şəhərinin tarixini saxtalaşdıraraq onu “Erabuni” kimi təqdim edən ermənilər dünyanın diqqətini cəlb etmək üçün yeni bir qondarma işə əl atıblar. Dünyaya “Erabuninin 2800 yaşı var” deyə car çəkən ermənilər bununla kifayətlənməyərək İrəvanda açıq səma altında muzey yaradırlar. Artıq 6 mərtəbədən ibarət olacaq muzeyin maketi də hazırlanıb, həmin maketin fotoşəkilləri erməni mediasında yayılıb.

İrəvanın tarixi mərkəzində, İrəvan xanlarına aid məkanda ermənilərin belə bir muzey layihəsi təqdim etməsi təəccüb doğurmasa da, onların bizim tarixi şəhərimizdə, buradakı abidələrə qarşı həyata keçirdikləri kütləvi saxtakarlıq əməlləri bizi qıcıqlandırmaya bilmir. Ermənistanın Baş naziri Nikol Paşinyanın göstərişi ilə hazırlanan “muzey” layihəsində saxta Erabuni şəhərinin mənzərəsi “canlandırılıb”. Türk əsilli İrəvan xanlarına aid olan tkililərin xarabalıqları üzərində qurulması nəzərdə tutulan bu “muzey”in yaradılmasında məqsəd heç kəsə gizlin deyil, onlar bununla İrəvanın tarixini saxtalaşdırmaq, onun İrəvan deyil “Erabuni” olduğunu dünyaya təqdim etmək, bu yalana turistləri inandırmaq istəyirlər.

  • “Paşinyanın göstərişi ilə artıq bu saxtakarlıq işlərinə başlanıb”

Qeyd edək ki, ermənilərin bu mənfur planını Azərbaycanda ifşa edən və onların yaratmaqda olduqları muzeyin tamamilə saxtakarlıq nümunəsi olduğunu sosial şəbəkələr vasitəsilə ermənilərin özlərinə çatdıran BDU-nun Erməni Araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər kütləvi olaraq İrəvanın tarixini saxtalaşdırmaqla, buradakı türk abidələrini dağıdıblar, dağıtmadıqlarını isə “fars mədəniyyəti” adı ilə təqdim etməkdə davam edirlər. “İrəvan saxtakarlığı sevmir, amma ermənilər isə saxta tarixsiz yaşaya bilmirlər. Ermənilər “Erabuni”nin tarixini “qədimlər”ə aparmaq üçün dəridən-qabıqdan çıxırlar. İrəvanın mərkəzi meydanında ermənilərin açıq səma altında “muzey” layihəsinin hazır olduğunu bu ölkənin mətbuatı yazmışdı. Ermənilərin İrəvanın mərkəzi meydanında İrəvan xanlarına aid olan 1650-1670-ci illərdə tikilmiş Zal xan məscidi, Zal xan hamamı və Zal xanın bir sıra başqa məkanları üzərində “açıq səma altında muzey” yaratmaq planlarına səssiz qalmamalıyıq. Həmin dövrdə İrəvan xanı oıan Abbas xanın kürəkəni Zal xan İrəvan hakimi olub. İrəvanın mərkəzi meydanında olan yeraltı və yerüstü tikililər ona məxsusdur. Orada üçmərtəbəli məscid olub və o məscid İrəvanın ən hündür, görkəmli məscidi olub. Hətta 1946-cı ilə qədər ermənilər həmin məscidin binasından sərgi salonu kimi istifadə ediblər. Məscidin gümbəzini uçurdublar və təmir edərək burada sərgi salonu açmışdılar. Sonra isə bu binanı yerlə yeksan ediblər. Zal xana aid olan tikililərin bəzilərinin xarabalıqları qalıb. Ermənilər qərara gəliblər ki, indi İrəvanın mərkəzi meydanında həmin muzeyi yaratsınlar və o saxta maketi də ora qoysunlar. Paşinyanın göstərişi ilə artıq bu saxtakarlıq işlərinə başlanıb. Onu da deyim ki, “muzeyin” yaradılacağı mərkəzdəki tikililərin qalıqlarının qədim erməni abidələri adı ilə bərpa olunaraq xarici turistlərə sırınması da nəzərdə tutulur. Onlar bu “muzeyi” ona görə yaradırlar ki, İrəvanın 2800 yaşlı bir şəhər olduğunu dünyaya sübut etsinlər. Daha doğrusu, saxta, tarixdə olmayan Erabuni şəhərinin tarixini “qədimləşdrməyə” çalışırlar. Amma bunun üçün 100 yaşı olan bir obyekt belə tapa bilmirlər, bu da onları qıcıqlandırır. Tarixi bilənlər bilir ki, İrəvanın əsası Şah İsmayıl Xətainin tapşırığı ilə Rəvanqulu xan tərəfindən 1510-cu ildə qoyulub. Ermənilərin “təpədən tapdıqları Erabuni”nin müəllifi isə Akopyan soyadlı bir erməni alimidir.  O bu “qədim daşı” 1948-ci ildə “tapıb”. Orada basdırılan saxta daşın üzəri mixi əlifbası ilə yazılmışdı, həmin Akopyan adlı professor gedib Misirdə mixi əlifbasını öyrənib. Mənbələrin birində qeyd edilir ki, həmin daşı Gədəbəydən gətirib orada basdırıblar, digər mənbənin məlumatına görə isə Qarsdakı Axtamar kilsəsindən gətiriblər. Hətta bu daşı gətirənlərin içində Akopyanla yanaşı, Amerkadan gələn erməni alimi də olub. Hətta bu saxtakarlıq haqqında erməni alimlərinin özləri də yazıblar. Daşı basdırdıqdan on il sonra bu daşı çıxarıb üstündə işləyiblər. Məndə olan dəqiq məlumata görə, ermənilər o vaxt görüblər ki, gürcülər Tiflisin 1500 illiyni qeyd edir, onlar da həmin vaxt İrəvanın tarixini saxtalaşdırmaq işinə başlayırlar və onlar “elə edək ki, İrəvanın tarixi Tiflisin tarixindən qədim olsun” deyib, o daşı üzə çıxarırlar”.

Ermənilərin məqsədinin yeni yaranmış UNESCO-da qədim “Erabuni” şəhərini qəbul etdirmək olduğunu deyən İ.Tanrıverdinin sözlərinə görə, qurumun ekspertləri bura gəlir, lakin onlar “Erabuni”ni UNESCO-ya qəbul etmirlər. “Ermənilər “qədim daşı” UNESCO-ya, eləcə də digər təşkilatlara göstərirlər, lakin heç bir qurum onu qəbul etməyib. Həmin daşın baş hissəsində erməni professor mixi əlifbası yazıb ki, burada Argiştnin oğlu Erabunu olub. Bu da sonradan yazılma olduğu üçün ekspertlər onu qəbul etməyiblər. Ermənilər “Erabuni”nin tarixini Romanın  tarixindən 30 il əvvələ, Moskvanın tarixindən isə on dəfə qədimə yazırlar. Bu saxta tarixi ermənilər uydursalar da, bu saxta şəhəri UNESCO-ya daxil edə bilmirlər”.

İ.Tanrıverdi vurğuladı ki, ermənilər Mikoyan vasitəsilə keçmiş SSRİ Mərkəzi Komitəsinin birinci katibi Xruşşovdan Erabuninin yubileyinin keçirilməsinə icazə verməsin xahiş edirlər. Xruşşov da buna razılıq verir və 1968-ci ildə onlar “İrəvanın 2750 illiyini” bütün SSRİ miqyasında keçirirlər. “Ermənilər İrəvanın mərkəzində yaratmağı planlaşdırdıqları açıq səma altındakı muzeydə təqdim ediləcək eksponatların heç biri onlara məxsus deyil, onlar qədim alban mədəniyyəti örnəkləridir. Onlar bu muzeyə xaçqarları, eləcə də digər nümunələri qoyacaqlar. Ermənilər İrəvanın mərkəzi meydanında yaratmağı planlaşdırdıqları muzey erməni saxtakarlığının növbəti bir təsdiqidir. İrəvanın mərkəzi meydanında Rəvan xanlarına aid tikillərin hər birinin fotoşəkli bizdə var və biz o fotoları çap etmişik. Mən o şəkilləri ermənilərə də təqdim edirəm ki, bu tikililər bizim xanlara aiddir və onların da hərəsinin 300 yaşı var, bu halda onları necə 2800 yaşlı tikili kimi təqdim edirsiniz. Ermənilər burada saxta abidələr düzəldib, saxta eksponatlar yaradıb onların “2800 yaşlı abidələr” olduğunu göstərəcəklər. Bu muzeydə saxtakarlıqla yaradılan nümunələr təqdim ediləcək” - deyə İ.Tanrıverdi qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ