Cümə axşamı günü, 05 noyabr 2026
     

Trampın Fələstinə dair “Əsrin sülh planı” - ABŞ-ın Qarabağ vasitəçiliyinin gələcəyindən narahatlıqlar baş qaldırıb...

Image


ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında irəli sürdüyü Yaxın Şərq sülh planında əks olunan gələcək Fələstin dövlətinin xəritəsini paylaşıb.

ABŞ Prezidenti qeyd edib ki, həmişə İsrail dövləti və yəhudi xalqının yanında olacaq: “Onların təhlükəsizliyini və tarixi torpaqları daxilində yaşamaq hüquqlarını qəti şəkildə dəstəkləyirəm. Artıq sülhün vaxtıdır!”.

Donald Tramp onu da bildirib ki, "Əsrin sazişi" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək. Onun sözlərinə görə, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. “Praktik olaraq hamı istəyir ki, bu olsun", - o vurğulayıb.

Trampın fikrincə, "Əsrin sazişi" İsrail və Fələstinin qonşularının böyük dəstəyini alacaq.

O, həmçinin, əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".

Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib və bildirib ki, İsrail bu planı təcəssüm edərək fələstinlilərlə sülhə doğru böyük addım atır. Onun sözlərinə görə, fələstinlilər ən yaxşı həyata layiqdirlər, amma terror fəallığının tələsinə düşüblər.

ABŞ Prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə nizamasalma planı 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir.

Tramp onu da bildirib ki, bu plana əsasən, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq: "Bu plana əsasən, Qüds bölünməz paytaxt qalacaq, bu çox əhəmiyyətlidir".

ABŞ dövlət başçısı, həmçinin, əlavə edib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq: "Bu xəritə Şərqi Qüdsdə fələstinlilərin paytaxtı ilə Fələstin ərazisini ikiqat artıracaq, harada ki ABŞ qürurla özünün səfirliyini açacaq".

Qeyd edək ki, Fələstin dövlət başçısı Mahmud Abbas dünyanın hər hansı yerindən hər hansı razılaşmanı qəbul etməyəcəklərini bildirərək, ikidövlətli həll yoluna sadiq olduqlarını bir daha dilə gətirib. 

Abbas İngiltərənin xarici işlər naziri Dominik Raab ilə keçirdiyi telefon danışığında beynəlxalq qərarlar istiqamətində sülhün yaranmasına və bu çərçivədə müzakirələr keçirilməsinə hazır olduqlarını bildirib.

Tramp rəhbərliyinin açıq şəkildə İsrail tərəfgirliyi etdiyinə diqqət çəkən Abbas “ABŞ-ın təkbaşına siyasi həll yolunda rol oynamasını qəbul etməyəcəyik” ifadəsini işlədib.

Fələstin Dövlət Rəhbərliyinin sözçüsü Nəbil Ebu Rudeyne də Ərəb və İslam ölkələri səfirlərinə Fələstin xalqının hüquqlarını qəsbetmə və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasına mane olmağı məqsəd götürən Trampın sözdə sülh planının açıqlanacağı mərasimdə iştirak etməməyə çağırıb.

Fələstin Xarici İşlər Nazirliyi də Ərəb Dövlətləri Liqasına sözdə sülh planını müzakirə etmək üzrə xarici işlər nazirləri səviyyəsində fövqəladə yığıncağa çağırıb.

Göründüyü kimi, Trampın Fələstinlə bağlı mövqeyi nəinki fələstində, eləcə də bütün Ərəb dünyasında etirazla qarşılanıb. Qeyd edək ki, Trampın təklif etdiyi layihə BMT-nin 1948-ci ildə Fələstinlə bağlı qəbul etdiyi qətnamələrlə tam ziddiyyət təşkil edir. Bir sözlə, Tramp bu mövqeyi ilə bütün dünyaya və BMT-yə meydan oxumuş olur. Bəs belə mövqe ABŞ-ın digər münaqişələrdəki vasitəçilik missiyasına necə təsir edəcək? Onun neytral və obyektiv ölkə olmaq imicini dağıtmış olacaqmı?

  • Yeganə Hacıyeva: “...ABŞ-a bir tərəfdaş dövlət olaraq güvənin azalmasına gətirib çıxarır”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın "Əsrin sövdələşməsi" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşması ciddi rezonans doğurub: “Öncə onu qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Orta Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planındakı təklifi beynəlxalq hüququn tələblərinə cavab vermir. 80 səhifəlik plan bütünlükdə mediaya təqdim olunmasa da, açıqlanmış müddəalardan Trampın bu təşəbbüsünün münaqişənin həlli üçün BMT Baş Assambleyasının və hətta BMT Təhlükəsizlik Şurasının tələblərinə cavab verməməsi aydın olur. BMT-nin Təhlükəsizlik Şurası da daxil olmaqla, BMT və bütün institutları İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həll olunması üçün mövqeyi ikidövlətli həll prinsipinin vacibliyini vurğulayır.

Məsələ ondadır ki, beynəlxalq hüquq və müasir dünyada sülhün və təhlükəsizliyin qarant institutu kimi BMT-nin Yaxın Şərqdə sülhün davamlı və ədalətli olması üçün həm İsrailin, həm də Fələstinin ehtiyaclarının nəzərə alınması mövqeyini bölüşsə də, sərhədlər və mərkəz anlamında beynəlxalq hüququn bəlli prioritetlərini dəstəkləyir.

BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası Fələstin xalqının öz müqəddəratını həll etmə, milli müstəqillik və suverenlik hüquqlarını tanıyır və bütün dövlətlərə və beynəlxalq təşkilatlara Fələstin xalqına onun təbii hüquqlarını bərpa etməsi üçün tam dəstəyini ifadə edir.

Daha öncə qeyd etdiyim kimi, BMT-nin hər iki qurumu münaqişədə ikidövlətli həllin tək çarə olduğunu irəli sürür. Ancaq onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının İsrailin beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını pozduğuna dair bir neçə qətnaməsi mövcuddur.

Bu mövzuda narahatedici məqam BMT-nin üzvü olan ABŞ-ın BMT Baş Assambleyasının və  TŞ-nin qərarlarını birtərəfli qaydada vecinə almamasıdır.

Məsələ ondadır ki, ABŞ-ın bir neçə platformada dünyanın bir çox regionunda konflikt nizamlayıcı missiyalarda həmsədr, vasitəçi, təşəbbüsçü və sair statuslarda fəaliyyəti mövcuddur.

ABŞ-ın beynəlxalq hüququn müddəaları və BMT-nin Baş Assambleyası, Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması onun digər sülh nizamlayıcı missiyalarında fəaliyyətinin obyektivliyi və tərəfsizliyini şübhə altına atır. Bu məqamla, həmçinin, ABŞ-ın beynəlxalq səviyyədə qərəzsiz və ya tərəfsiz əməkdaşlığı şübhə altına alınır ki, bu da özlüyündə ABŞ-a bir tərəfdaş dövlət olaraq güvənin azalmasına gətirib çıxarır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ