23/09/2020 21:41
728 x 90

Saatlı seçiciləri – “Əhliman Əmiraslanova səs verəcəyik” - FOTO

Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı

img

9 fevralda keçiriləcək Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi akademik Əhliman Əmiraslanov seçicilərlə görüşlərini davam etdirir.

Əhliman Əmiraslanovun seçicilərlə növbəti görüşü Saatlı rayonunun Mustafabəyli kəndində baş tutub. Mustafabəyli kəndi ilə yanaşı, qonşu Qıraqlı, Bəylik və Yeni Novruzlu kəndlərinin sakinlərinin də iştirak etdiyi görüşdə seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı.

Görüşə gələn seçicilərə təşəkkür edən Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi Saatlı rayonunda da sosial layihələrin həyata keçirilməsi davam etdirilir: “Sizlərin partiyamızın sədri, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən əsaslı və genişmiqyaslı islahatların seçicilər tərəfindən diqqətlə izləndiyini və dəstəkləndiyini deməyiniz YAP tərəfindən irəli sürülmüş deputatlığa namizədlərin seçki kampaniyasının, eləcə də seçkinin nəticələrinin daha uğurlu olacağına bizdə əminlik yaradır”.

Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək, hər bir problemlərinin həllində onların yanında olan Yeni Azərbaycan Partiyasının namizədi akademik Əhliman Əmiraslanova səs verəcəklərini bildiriblər.

Son xəbərlər