Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ səfirliyi Paşinyanın reytinqini öyrənməyə başladı, baş nazirin varisi də hazırdır

Image


Bölgənin araqarışdıran dövləti kimi tanınan Ermənistanda son günlərdə daxili vəziyyət sürətlə pisləşir. Xüsusən də baş nazir Nikol Paşinyan komandasında vəziyyət kifayət qədər gərgindir. Hətta erməni mediası yazır ki, yaranmış vəziyyətdə Paşinyan yeni inqilabdan qorxur.

Hazırda proseslər göstərir ki, Ermənistanın hazırkı rəhbərliyinə etimad azalmaqda davam edir. Paşinyanın “məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi baş nazirə inamın azalmasına gətirib çıxarıb. O, 2019-cu ili iqtisadi inqilab ili elan etsə də, bu dönüşü təmin edə bilmədi. Ölkədə işsizlik, miqrasiya problemlərinin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ona görə də Ermənistanda növbəti gözlənilməz etirazların baş qaldıracağı istisna olunmur. Ermənistan mətbuatının yazdığına görə, Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsinin təşkilatçısı olan ABŞ onun reytinqinin aşağı düşməsindən narahatlıq keçirir. Hətta ABŞ-ın İrəvandakı səfirliyi Paşinyanın reytinqini öyrənmək üçün hesabatlar hazırlayır. Çünki növbəti etiraz dalğası ABŞ üçün arzuolunmaz bir şəxsin Ermənistanda hakimiyyət başına gəlməsi ilə nəticələnə bilər. Rəsmi Vaşinqton Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün Paşinyana alternativ siyasi varis də hazırlayıb. Bu, baş nazirin müavini Tiqran Avinyandır. Xüsusilə erməni mətbuatında Avinyanın baş nazirin digər müavini Mher Qriqoryandan daha fəal olmasına dair xəbərlərin yayılması Paşinyanın narahatlığına səbəb olub. Qeyd edək ki, Avinyan həm də “Soros Fondu”nun Ermənistandakı əsas koordinatorlarından biri sayılır. Nikol Paşinyanın konstitusiya islahatı keçirmək qərarına gəlməsi də baş nazirin zəifləmiş hakimiyyətini möhkəmləndirmək niyyəti ilə izah edilir.

Ermənistanın “alternativ.am” nəşrində dərc olunan məqalədə də qeyd olunur ki, Avinyan məqsədinə çatmaq üçün Paşinyana təsir edə və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın istefasına nail ola bilib: “Paşinyanın hakimiyyəti daxilində formalaşmış bütün komandalar onu çaşdırmağa qadirdir. Komandalararası bu mübarizədə ən təsirli əməliyyatı Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın komandası həyata keçirib. Onlar yaxşı hazırlanmış proqram vasitəsilə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanı hakim elitadan uzaqlaşdırıblar”. Xəbərlərə görə, Avinyanın komandası bu məqsədlə xüsusi qərargah formalaşdırıb. Ermənistan baş naziri müavininin administrasiyasının rəhbəri Varaq Siseryan, “Məlumatlı Vətəndaşlar” ictimai təşkilatının sədri Daniel İoannisyan və İctimai TV-nin jurnalisti Mkrtiç Karapetyan bu qərargahın tərkibindədir. Başqa üzvlər də olub, lakin əsas şəxslər onlar olub: “Avinyanın anti-Vanetsyan qərargahı Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisinə qarşı KİV-ə də məlumatlar verib. Uzunmüddətli iş sayəsində nəhayət Avinyan Paşinyana təsir edə və Vanetsyanın istefasına nail ola bilib. Vanetsyanın istefası sübut edib ki, Paşinyana təsir edən Avinyan qərargahının sxemi işləyir və yaxın gələcəkdə başqa istiqamətdə işə başlayacağı istisna edilmir”.

Ermənistanın “politik.am” nəşri yaranmış durumda baş nazirin vəziyyətinin çətin olduğunu vurğulayır: “Paşinyan çətin vəziyyətlə üz-üzədir, demək olar, yarım ildir ki, MTX direktoru və polis rəisi təyin edə bilmir. Əlbəttə ki, bu sistemlərdə kadr problemləri yoxdur və baş nazir istəsə, problemi çox tez həll edə bilər, amma bu vəzifələr uğrunda qızğın bir siyasi mübarizə olduğu üçün qərar vermək çətindir”. Müəllif qeyd edir ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın əhvalatı Paşinyan üçün yaxşı bir dərs olub. O, xüsusilə bu vəzifəyə heç bir nüfuzu olmayan və siyasətlə məşğul olmaq niyyəti olmayan bir şəxsi təyin etməli olduğunu yaxşı başa düşür. Paşinyan bu tələblərə əməl etməyi prioritet hesab edir. Amma əslində daha vacib bir məsələ var ki, Paşinyan fərqinə varmadıqda yenidən fakt qarşısında qala və bu dəfə hakimiyyəti itirə bilər. Problem ondadır ki, Paşinyan komandasındakı bir neçə nüfuzlu qrup baş nazirin məhz onların irəli sürdüyü namizədi MTX rəhbəri təyin etməsi üçün əllərindən gələni edir. Bu təkliflər, əlbəttə, “xoş arzularla” doludur, amma reallıq tamamilə fərqlidir. Paşinyanın komandası yaxşı bilir ki, artıq o, əvvəlki reytinqə sahib deyil. Vanetsyanın nümunəsinə yenidən qayıdaraq, MTX direktoru vəzifəsinin onlara sonsuz dərəcədə məlumat verəcəyini yaxşı bilirlər. Bu fürsət mütləq birmənalı şəkildə onların mövqelərini möhkəmləndirəcək. MTX-nin çoxlu qovluqları bu qruplara komanda daxilində onlara sadiq olacaqlarına vəd verən insanları toplamağı təmin edəcək. Bu fürsətlə, MTX direktoru vəzifəsini “ələ keçirən” komanda hakimiyyət içərisində çox tez bir zamanda diktə edə biləcək hala gələcək və vaxt gəldikdə, onlar tez bir zamanda sükanı ələ keçirə biləcəklər. Beləliklə, MTX rəisinin təyin edilməsi Paşinyanın siyasi gələcəyi üçün həlledici ola bilər. İndi Paşinyan hakimiyyətinin, media qalmaqalından başqa əllərində heç bir vasitə olmayan sələflərindən daha çox, öz komandası tərəfindən daha böyük təhlükə altında olduğu aydınlaşır. Bu prosesdə məhz Tiqran Avinyanın komandası xüsusilə seçilir. Belə vəziyyətdə qarşıdakı günlər ərzində Ermənistanda vəziyyətin daha da qarışması tamamilə gözlənilən sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ