19/02/2020 13:59
728 x 90

Yeni tərkibdə Azərbaycan Parlamentindən Ermənistanın narahatlıq məqamları...

img

Ermənistan KİV-indəki təbliğatdan görünür ki, onlar Azərbaycanda aparılan islahatlardan dərin narahatlıq keçirirlər. Xüsusilə də növbədənkənar parlament seçkiləri ilə bağlı özlərindən müəyyən fərziyyələr uydururlar.

İddialar var ki, guya Azərbaycan seçkilərin vaxtını dəyişməklə müəyyən məqsədlər güdüb. Xüsusilə də 2018-ci ildə baş tutan prezident seçkilərini Ermənistanı qabaqlamaq cəhdi kimi qiymətləndirirlər. Qeyd edirlər ki, beynəlxalq təşkilatlar Azərbaycandakı seçkiləri izləməyə maraq göstərmir. Təbii ki, bunların hamısı əsası olmayan şayiədən başqa nəsə deyil. Ancaq aydın hiss olunur ki, Ermənistan Azərbaycanda formalaşacaq yeni parlamentdən narahatlıq keçirir və bunu tam büruzə verir. Yeni tərkibli Azərbaycan Parlamentindən Ermənistan niyə bu şəkildə narahat olur?

  • Hatəm Cabbarlı: “Ermənistan KİV-i prosesi qaralayır ki, Azərbaycanın aktivinə haqq etdiyi müsbət dividendlər yazılmasın”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda baş verən bütün dəyişikliklər qonşu ölkələr, xüsusilə də düşmən Ermənistan tərəfindən maraqla izlənir: “Ermənistan KİV-ində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar xüsusilə müzakirə mövzusudur. Bu xüsusda növbədənkənar parlament seçkiləri ilə bağlı təhlillərə xüsusi üstünlük verilir. Ancaq həmin yanaşmalarda obyektivlik deyil, qərəzli mövqe ortaya qoyulur. Burda bir məsələyə diqqət edək ki, bizdə baş verən bütün müsbət məqamlar Ermənistan mətbuatında tənqidə məruz qalır. Buna da təbii yanaşmalıyıq. Çünki düşmən olan bir ölkədən bundan başqa mövqe gözləmək olmaz. Ermənistanı burada narahat edən vacib məqamlar var. Bildiyimiz kimi, budəfəki parlament seçkiləri daha demokratik şəraitdə keçirilir. Bu da yeni parlamentin daha sağlam qüvvələrdən formalaşacağına şübhə yeri qoymur. Belə olan təqdirdə ölkənin beynəlxalq imici də artır. Bu səbəbdən də Ermənistan KİV-i prosesi qaralayır ki, Azərbaycanın aktivinə haqq etdiyi müsbət dividendlər yazılmasın. Bundan həm də o nəticəni çıxarmaq olar ki, ölkəmizdə ciddi dəyişikliklərin baş verməsi kənardan da aydın sezilir. Belə olmasaydı, Ermənistan KİV-i ölkədə gedən islahatlara hətta böhtan belə atan yazılar dərc etməzdi. Ölkəmizin daha da demokratikləşməsi onun güclənəcəyi anlamına gəlir. Güclü Azərbaycanı isə öz qarşısında ilk görmək istəməyən Ermənistandır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər