27/09/2020 02:09
728 x 90

Sabirabad seçiciləri növbəti çağırış parlamentdə də Əhliman Əmiraslanovun onları təmsil etməsi arzusunda olduqlarını açıqladılar - FOTO

Akademikin seçicilərlə silsilə görüşləri davam edir

img

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir.

Növbəti belə görüş Sabirabad rayonunun Qasımbəyli kənd orta məktəbində Qasımbəyli, Əsgərbəyli, Yuxarı-Axtaçı və Muradbəyli kəndlərinin seçiciləri ilə baş tutub. Kənd camaatı tərəfindən xoş və mehribanlıqla qarşılanan Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Sabirabad rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə məlumat verib: «Hər birimiz Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək “Daha güclü Azərbaycan naminə” yeni hədəflərə doğru addımlamalıyıq. Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq. İnanıram ki, uğur daim bizimlə olacaq ”.

Sonra çıxış edən seçicilər Ə.Əmiraslanovun deputat olduğu ötən illər ərzində seçicilərinin sosial-rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlərdən, hər hansı bir xəstəliklə bağlı deputata müraciət etdikdə dərhal lazımi tibbi xidmətlə təmin olunduqlarından danışaraq, növbəti çağırış parlamentdə də millət vəkili kimi məhz Ə.Əmiraslanovun onları təmsil etməsi arzusunda olduqlarını açıqlayıblar.

Son xəbərlər