Cümə axşamı günü, 05 noyabr 2026
     

Gürcüstanın Azərbaycandan “qaz asılılığı” ətrafında erməni intriqaları başladı – hədəf seçki ərəfəsində ictimai rəyi Rusiya qazına tərəf döndərməkdir...

Image


Aparılan hesablmalar göstərir ki, ötən il Gürcüstan Azərbaycandan 1 milyard 723 milyon kubmetr həcmində təbii qaz idxal edib. Azərbaycandan qonşu ölkəyə ixrac olunan təbii qazın ümumi dəyəri 286 milyon dollara bərabər olub. Qonşu ölkənin təbii qaz idxalının 87,12%-i Azərbaycanın payına düşüb. 

Təbii qaza olan tələbatını əsasən idxal hesabına təmin edən Gürcüstan 2020-ci ildə Azərbaycandan 2 milyard 385,2 milyon kubmetr qaz əldə etməyi ümid edir. Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2020-ci il üçün təsdiq etdiyi təbii qaz balansına əsasən, Azərbaycan Gürcüstana mavi yanacağın əsas tədarükçüsü olaraq qalır. Belə ki,  2020-ci ildə “Şahdəniz” layihəsi çərçivəsində Gürcüstana 873,8 milyon kubmetr, SOCAR şirkəti tərəfindən 1 milyard 511,4 nilyon kubmetr qaz tədarük olunacaq. Bütün bunlar Gürcüstanın qaza tələbinin ödənilməsində Azərbaycanın mühüm rol oynadığını aydın göstərir. Belə vəziyyət son günlərdə erməni mediasının diqqətini çəkməyə başlayıb. Belə ki, Ermənistan mediasında gözlənilmədən Gürcüstanın Azərbaycandan enerji asılılığının müzakirə edildiyi paylaşımlar meydana çıxdı. Məsələn, “armtoday”in iddiasına görə, hazırda qaz sektorunda Tiflis, demək olar ki, tamamilə Azərbaycandan olan tədarüklərdən asılıdır. Başqa sözlə, Azərbaycan birbaşa olaraq Gürcüstanın enerji təhlükəsizliyini təmin edir. Bəs niyə Gürcüstanın enerji təhlükəsizliyi Ermənistan mediasını bu qədər narahat edir?

Ekspertlər bildirir ki, burada erməni mediasının əsas niyyəti yenə Azərbaycan və Gürcüstan arasında konfliktli vəziyyət yaratmaqdır. Elə gürcü iqtisadçı-ekspert, Yeni İqtisadiyyat Məktəbinin prezidenti Paata Şeşelidze də belə düşünür: “Həqiqətən də, Gürcüstan enerji təhlükəsizliyi məsələsində Azərbaycandan asılıdır. Texniki nöqteyi-nəzərdən hər şey məhz belədir. Lakin mən bunda təhdid görmürəm, çünki bu, Rusiyadan qaz tədarükündən imtina etdiyimiz zaman Tiflisin şüurlu seçimi olub. İndi biz Azərbaycandan tədarükdən asılıyıq. Bakı burada - Gürcüstanda imtiyazlar alır. Azərbaycanın faktiki olaraq Gürcüstanda rəqibi yoxdur. Ümumilikdə, Tiflislə Bakı arasındakı əməkdaşlıq qarşılıqlı faydalıdır. Bir daha təkrarlayıram, biz Rusiya qazından asılı olmaq istəmədik və Azərbaycanı seçdik. Gürcüstanın enerji təhlükəsizliyini təmin etmək üçün başqa yolu yoxdur”.

Ekspert “media” portalına açıqlamasında Gürcüstanın Qara dənizin Gürcüstan sektorunda neft və qaz potensialını araşdırmağa başlamasına da toxunur və istənilən halda ölkəsinin Azərbaycana ehtiyacının olacağını vurğulayır: “Qeyd etmək istəyirəm ki, Gürcüstan bu işləri çoxdan aparır. Lakin hələlik nəticə yoxdur. Bəli, Gürcüstanın şərq hissəsində müəyyən həcmdə qaz istehsal olunur, lakin bu kifayət deyil. Qara dənizdəki qaza gəldikdə, yəqin siz bilirsiniz, bura xüsusi su hövzəsidir. Dənizin dərinliklərində faktiki olaraq həyat yoxdur, lakin qaz var. Onu çıxarmaq və istifadə etmək olarmı? Bu mövzu çoxdan müzakirə olunur. Tədqiqatlarla ABŞ şirkəti məşğul olur. Ermənistan KİV-də məhz indi Gürcüstanın Azərbaycandan enerji asılılığı barədə danışılan yazıların meydana çıxmasına gəlincə, dəqiq deyə bilmərəm, lakin ehtimal etmək olar ki, hər şey Gürcüstanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Ermənistanda qəbul etdikləri impuls Rusiya Federasiyasından gəlir. Bizdə qazın Rusiyadan alınması lehinə çıxış edən qruplar var. Bu yolla ictimai rəy hazırlığı aparılır”. Ekspert bildirir ki, ölkəsi üçün ən etibarlı mənbə məhz Azərbaycandır. Gürcüstan baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili isə diqqəti həm də “Cənub Qaz Dəhlizi”nə yönəldir:“Gürcüstan üçün “Cənub Qaz Dəhlizi” layihəsində iştirak böyük məsuliyyətdir. Gürcüstan bu layihədə iqtisadi və siyasi körpü rolunu oynayır. Gürcüstanın bu layihədə iştirakı yalnız coğrafi və infrastruktur baxımından məhdudlaşmır. Ölkəmiz bu layihədə, həmçinin, iqtisadi və siyasi körpü rolunu da oynayır. “Cənub Qaz Dəhlizi” layihəsi Gürcüstanın strateji tərəfdaşları olan Avropa İttifaqı və ABŞ-ın da maraqlarına uyğundur. Layihə Avropa İttifaqının enerji bazarının təhlükəsizliyinin artırılmasına yönəlib. Amma Azərbaycandan gələn bu layihə Gürcüstanın enerji təhlükəsizliyi üçün də müstəsna önəm kəsb edir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ