Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyan vasitəçilərin 26 ildə ərsəyə gətirdiyi Qarabağ həll planından rəsmən imtina etdi - vasitəçilərin yolverilməz susqunluğu ifşa olunur…

Image


Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiy mətbuat konfransında maraqlı açıqlamalar verib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə toxunub.

Paşinyan Serj Sarkisyan hakimiyyəti dövründə danışıqlar masasında olan sülh sazişinin detallarını bölüşüb: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəd Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Amma Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunu müəyyən etməli idi. Həmin referendumun nəticəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxalq prinsiplərə riayət etməli idi”.

Nikol Paşinyan Qarabağ ətrafındakı rayonlardan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz ev-eşiklərinə qayıtmalı olduğunu xatırladıb: “Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir. İndi bizi ittiham edirlər ki, biz bu irsi itirmişik” .

O, Ermənistanın həmin sənəd əsasında danışıqlara başlamağa hazır olacağı halda, dünya birliyinin buna mane olmayacağını əlavə edib: “İndi qoy, Qarabağda “prezidentliyə” namizəd olanlar mətnin onlar üçün məqbul olub-olmamasını desinlər. Qoy, Qarabağ xalqı, Ermənistan xalqı bu mətnin onlara məqbul olub-olmadığını desinlər. Əgər Qarabağ xalqı bu sənədlərin danışıqlar üçün əsas olduğunu düşünürsə, əmin edirəm ki, anındaca danışıqlar masasında olacaq”.

Paşinyan beynəlxalq vasitəçilərin səyi ilə uzun illər ərzində ərsəyə gələn bu planı Sarkisyan hakimiyyətinin alver etməsi kimi qiymətləndirib və deyib ki, o, hakimiyyətə gələndən sonra buna son qoyulub. Bununla Paşinyan, faktiki olaraq, beynəlxalq vasitəçilərin səyi ilə ərsəyə gələn plandan imtina etdiyini  bildirib. Maraqlıdır ki, beynəlxalq vasitəçilər, prosesdə yaxından iştirak edən həmsədr ölkələr bu bəyanata hələ də etirazlarını bildirməyiblər. Bu susqunluğun səbəbi nə ilə bağlıdır?

Qeyd edək ki, Paşinyanın bu açıqlamasından sonra Dağlıq Qarabağdan olan bir sıra siyasilər onun dediklərinə reaksiya veriblər. Erməni KİV-i onların açıqlamalarının mətnini geniş şəkildə tirajlayıb. Qondarma qurumun keçmiş “rəsmiləri” və indiki “prezidentliyə namizədlər”  Paşinyanı yalan danışmaqda ittiham ediblər. Onların bəzilərinin açıqlaması daha sərt olub. Bildiriblər ki, bir qarış belə torpağın qaytarılması müzakirə mövzusu ola bilməz. Əslində, bu fikirlərin Ermənistanın daxili auditoriyasında müzakirəyə çıxarılması həm də klanlar arasında gedən müharibənin açıq müstəviyə sirayət etməsidir. Paşinyan bununla xalqın həssas damarına toxunur və bildirir ki, şərti adı “Qarabağ klanı” olan qruplaşma işğal edilmiş torpaqları qaytarmağa hazır olub. Özünü qəhrəman kimi qələmə verən Paşinyan bu plandan imtina etdiyini deyir. Paşinyana cavabı verənlər danışıqlar prosesinə məsul olmayıblar. Yəni gördüklərini yox, eşitdiklərini danışırlar. Yaxşı olardı ki, onun ittihamlarına elə Serj Sarkisyanın özü cavab verəydi. İstənilən halda, prosesi izləyənlər bilirlər ki, Paşinyanın hakimiyyətə gəlməsi ərəfəsində münaqişənin həlli istiqamətində diplomatik səylər bir qədər güclənmişdi. Bir neçə rayonun qaytarılması ilə bağlı müzakirələr hətta Rusiya mətbuatında da gedirdi. Azərbaycanın mövzu ilə bağlı mövqeyi korrektdir. Bunu dəfələrlə Prezident İlham Əliyev də bəyan edib. Bizim ərazi bütövlüyümüzü tam təmin etməyən hər hansı razılaşma bizim üçün məqbul sayılmır. Buna baxmayaraq, Paşinyanın beynəlxalq hüquqa, ən əsası da beynəlxalq vasitəçilik səylərinə meydan oxuması faktı ortadadır. Açıq şəkildə bəyan edir ki, o, hər hansı kompromisə imkan verməyib və gələcəkdə də bu barədə düşünmür. Onun etdiyi son etiraf isə həmsədrləri və onların səylərini ümumiyyətlə saymadığına bir işarədir. Yaxşı olardı ki, Paşinyanın açıqlamasına ilk reaksiyanı elə həmsədrlər verəydi. Təəssüflər olsun ki, biz həməsdrlərdən daim ütülü bəyanatlar və məsuliyyəti hər iki tərəfin üzərinə qoyma kimi mövqenin ifadəsindən başqa nəsə görməmişik. Bu məsələdə onların bildiricəyi fikir konkret olmalıdır. Bir ölkənin başçısı əldə olunan ən xırda kompromisi belə rədd etməyi ilə fəxr edirsə, deməli, həmsədrlər onunla sülh danışıqlarının heç bir perspektivinin olmadığını açıq bəyan etməlidirlər. Biz hələlik belə prinsipial mövqenin şahidi olmuruq. Deməli, Paşinyan ondan hər hansı konstruktivliyin gözlənilməsinin yersiz olduğunu bəyan edir. Həmsədrlər isə buna susursa, deməli, danışıqlar imitasiyadan başqa nəyəsə aparmır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ