Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd Alkərəmov Vüqar Oruc oğlunun seçicilərlə görüşləri davam etməkdədir.
Vüqar Alkərəmov yanvar ayının 24-də Beyləqan rayonunun Dünyamalılar, Qaragüvənlikli, Bəhrəmtəpə və Sərxanlı kənd sakinləri ilə görüşlər keçirib.