24/09/2020 08:07
728 x 90

İsrail səfiri ölkəsinin Azərbaycanın nasizmlə mübarizədə töhfələrinə dəyər verdiyini dedi

img

İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

O bildirib ki, İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək: “Biz münaqişənin nə olduğunu bilirik və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəkləyirik. İsrail ölkələr arasında əldə olunan istənilən sazişi dəstəkləyəcək”.

“Azərbaycan həqiqətən də İsrailə dost ölkədir. Ölkələr arasındakı dostluq münasibətləri İsraildə hər kəs tərəfindən alqışlanır. Bu il martn 2-də İsraildə parlament seçkiləri keçiriləcək və mən əminəm ki, nəticələrdən asılı olmayaraq münasibətlər çiçəklənməkdə davam edəcək, çünki bu strateji xarakter daşıyır- o deyib.

Səfir xatırladıb ki, 2019-cu il dekabrın 25-də öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib: “Həmin gün mən İsrailə dost olan ölkədə vəzifələrimin icrasına başladım. Azərbaycan müxtəlif millət və dinlərin sülh və təhlükəsizlik şəraitində yaşadığı ölkədir. Bu dövlətin əsasında tolerantlıq və qarşılıqlı hörmət dayanır. Qeyri-sabit regionda Azərbaycan və İsrail sülh, sabitlik və təhlükəsizliyin dayağıdır”.

Səfir əlavə edib ki, İsrail Azərbaycanın nasizmlə mübarizəyə töhfəsini yüksək qiymətləndirir.

Azərbaycanla İsrail arasında birbaşa aviareyslərin sayının artacağını deyən Corc Dik bildirib ki, turizm sahəsində ikitərəfli əməkdaşlıq artan xətt üzrə davam edir: “2016-cı ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 10 min nəfər təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 60 min nəfərə çatıb. Ölkələr arasında birbaşa aviareyslərin həftədə beş dəfə həyata keçirilməsi barədə saziş var. Biz bunu yeddi dəfəyədək artırmaq niyyətindəyik”.

Əməkdaşlığın digər sahələri barədə danışan səfir deyib ki, İsrail neftin böyük hissəsini Azərbaycandan idxal edir: “Ölkələr arasında təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində münasibətlər inkişaf edir”.

Son xəbərlər