Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlət başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.
Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.