Cümə axşamı günü, 05 noyabr 2026
     

NATO Gürcüstan – Rusiya münasibətlərində yeni mərhələ hazırlayır – Rusiyanın 200 kilometrlik əraziləri Alyans dronlarının müşahidəsi altında…

Image


Rusiya və NATO arasında gərginləşən münasibət yenidən Qafqazda növbəti gərginliyə yol aça bilər. Hər halda, hadisələrin inkişaf axarı məhz bu istiqamətdə gedir. Məsələ bundadır ki, NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir. Hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək "Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənir.

Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək. Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanması məqsədi daşıyır. Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbçi göndərəcək. Bu, ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə "Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənir.

Bundan başqa, NATO Gürcüstan kimi Rusiyaya yaxın ölkələr vasitəsilə Rusiyaya nəzarəti də gücləndirməyə çalışır. NATO baş katibi Yens Stoltenberq bildirir ki, bu məqsədlə NATO-nun ilk pilotsuz hava kəşfiyyatı sistemi Rusiyanın daxili ərazilərinə nəzər yetirməyə imkan verəcək. O bu dronların Rusiyanın 200 kilometrliyinə qədər daxil olmaq imkanına sahib olduğunu bildirib. Stoltenberq bu sistemlərin NATO-ya qonşu ölkələrdə baş verənləri görməyə imkan verəcəyini açıqlayıb. Yens Stoltenberq onu da vurğulayır ki, NATO ilin sonuna qədər Rusiyanın “İsgəndər” komplekslərini yerləşdirməsinə cavab verəcək: “İsgəndər”lərə gəlincə, biz hava hücumundan müdafiə və raket əleyhinə sistemlər, ənənəvi silahlar, döyüş hazırlığı vəziyyətinin yüksəldilməsi üzərində çalışırıq. NATO müdafiə nazirləri artıq belə işlərin şərtləri barədə razılaşıblar”. Rusiyanın Xarici Əlaqələr Şurasının eksperti Dmitri Stefanoviç Yens Stoltenberqin Rusiyanın “İsgəndər” raketləri ilə bağlı açıqlamasını şərh edərkən deyib ki, NATO “adi silahlar” adı altında Avropada yeni qanadlı və ballistik raketlər yerləşdirə bilər. O bildirib ki, belə silahlara misal olaraq ATAMKS kompleksini əvəz edəcək “Presişn Strayk Misl” sistemini göstərmək olar. Ekspert bu raketlərin mənzilinin 500 kilometrə çatacağını istisna etməyib: “Vaşinqton aktiv şəkildə bu tip silahın modernləşdirilməsi ilə məşğuldur”. Ekspert NATO qüvvələrinin, xüsusən tez-tez Gürcüstanda peyda olmasının da Rusiyanı qıcıqlandırdığını bildirir. Vaşinqtonda qeyd edirlər ki, təhlükəsizlik sahəsində Gürcüstanla münasibətlər ABŞ-ın Cənubi Qafqaz siyasətində ən mürəkkəb elementidir. Vaşinqton, həmçinin, ölkənin NATO-ya üzv olmasına dəstək olacağını bəyan edib. ABŞ Gürcüstanın NATO üzvlüyündə qətiyyətlə israr edir və dəfələrlə Alyans Gürcüstanı inandırmağa çalışıb ki, təşkilatın qapıları onun üzünə həmişə açıqdır. Amma keçmiş SSRİ respublikalarının NATO-ya qoşulmasının qarşını almaq məqsədilə Rusiyanın müharibəyə başlamağa hazır olduğunu nümayiş etdirməsi məsələni qəlizləşdirir. Hər halda, 2008-ci ildə Gürcüstanla, 2014-cü ildə Ukrayna ilə baş verən savaşlar bunun real təsdiqidir. Rus hərbi ekspert Aleksandr Xrolenko da qeyd edir ki, bu fonda yeni təlimlər gürcü tərəfinə baha başa gələ bilər: “Şimali Atlantika Alyansının Gürcüstanda keçirməyə hazırlaşdığı təlimlər növbəti dəfə ABŞ-ın Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə itələdiyini nümayiş etdirir. Təlimlərin bəyan edilmiş məqsədi  üzv ölkələr arasında birlikdə işləyə bilmək qabiliyyətini artırmaq, əməliyyatların planlaşdırılması və icrasında əməliyyat qabiliyyətlərinin gücləndirilməsidir.  Belə təlimlər ümumilikdə çiçəklənən dinc bölgədə sabitliyin pozulmasına xidmət edir. Təlimlərdə regional sabitliyin ciddi qarantı olan ölkələrin iştirak etməməsi təsadüfi deyil. ABŞ və Gürcüstanın da Qafqaz regionunda yeganə düşməni Rusiya və onun müttəfiqləridir. Bu fonda NATO-nun Gürcüstan təlimləri son dərəcə qeyri-müəyyən görünür və hərbi oyunların bütün iştirakçıları üçün fəsadlarla nəticələnə bilər. Əslində isə Tiflisə "əzələ nümayişi" praktiki olaraq mövcud deyil: respublikanın qərbindən şərqinədək olan məsafə 400 kilometrə qədərdir, şimalından cənubuna qədər olan məsafə isə 200 kilometrə qədər. Poliqonlarının imkanları isə yalnız hərbi-polis əməliyyatlarını həyata keçirməyə imkan verə bilər.
Tiflisdə revanşist siyasət tərəfdarları reallıqdan kənara çıxa bilməzlər. "Üsyançı" gürcü qonşularının təhlükəsizliyi Rusiya Federasiyasının, başda nüvə silahları olmaqla, bütün iqtisadi və hərbi gücünə bağlıdır. Gücrücstanda təlimlərin iştirakçıları bu faktı nəzərə alırmı? Lazım gəldiyi təqdirdə Rusiya Federasiyası öz ərazisindən yüzlərlə kilometr uzaq məsafədə, məsələn, Suriyada terrorçularla mübarizədə gücünü effektiv şəkildə yönləndirməyi bacarır. Bir gün alyansın "əzələləri" Gürcüstanda Rusiya sərhədləri yaxınlığında keyfiyyət dəyişikliyinə uğrasa, gürcülər yalnız möcüzəvi xilasa ümid edə bilərlər. Rusiya dəfələrlə Gürcüstanın NATO-ya üzvlüyü ilə onunla yaxşı münasibətlərin bərpasının bir araya sığmadığını bəyan edib. Qərblə hərbi manevrlər Gürcüstan dövlətinin uçuruma qədərki addımlarıdır. Bir daha xatırladıram ki, 2008-ci ilin avqustunda Gürcüstana Birləşmiş Ştatlar kömək eləmədi". Bütün bunlar Qafqazda gərgin vəziyyətin hökm sürəcəyini istisna etmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ