21/02/2020 21:03
728 x 90

80 saylı dairədən deputatlığa namizəd Vüqar Alkərəmov seçicilərlə görüşlərini davam etdirir - FOTO

img

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd Alkərəmov Vüqar Oruc oğlunun seçicilərlə görüşləri davam edir.

Yanvar ayının 23-də Beyləqan rayonunun Qaradağlı, Xalac, Bünyadlı, Gödəklər və Aşağı Çəmənli kənd sakinləri ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ölkədə bütün sahələrin inkişafına çox ciddi diqqət və qayğı ilə yanaşdığı, hər bir sahənin inkişaf etdirilməsi çərçivəsində uğurlu siyasət apardığı bildirilib. Ulu öndər Heydər Əliyevin qoyduğu irsin, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə Azərbaycanın dinamik inkişafına mühüm töhvələr verdiyi vurğulanıb. Seçicilər ölkə rəhbərliyi tərəfindən aparılan siyasəti dəstəklədiklərini qeyd ediblər.

Həmçinin, görüşlər zamanı yerli əhalinin üzləşdiyi əsas problemlər və gələcək dövrlərdə müvafiq məsələlərin həll olunması istiqamətində görüləcək işlər müzakirə edilib.

Son xəbərlər