21/09/2020 22:12
728 x 90

Azərbaycanın regional təşkilatlarda praqmatik prinsiplərə söykənən iştirakı Davosda bir daha müzakirəyə çıxarıldı...

Məhəmməd Əsədullazadə: “Məhz aparılan praqmatik siyasət nəticəsində bu kimi geniş imkanlar əldə edilib”

img

Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlarda iştirakı praqmatizmə əsaslanır. Bunu Prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanın əsas ideologiyası müstəqillik, özünü təmin etməkdir: “Mən Prezident kimi, Azərbaycanı özünü təmin edən, heç kəsdən asılı olmayan dövlətə çevirməyi qarşıma məqsəd qoydum. Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqilliyin təməlidir”.

Prezident konfransda onu da bildirib ki, müxtəlif ölkələrin məqsədləri və iqtisadi sistemlərin zəifliyi fərqlidir: “Çox əlverişli və cəlbedici coğrafi mövqeyimiz, enerji təhlükəsizliyini təmin edən təbii ehtiyatlarımız var. Qonşu və tərəfdaşlarla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır – biz heç kəsdən asılı deyilik. Beynəlxalq təşkilatlarda iştirakımız praqmatizmlə əlaqədardır. Əgər bu, bizə biznes üçün böyük imkanlar verirsə, sabitlik, təhlükəsizliyi artırırsa, o zaman bunu vacib hesab edirik. Bir sıra beynəlxalq assosiasiyaların üzvüyük, misal üçün, Qoşulmama Hərəkatının”.

Praqmatizmə söykənən siyasətin yeridilməsi həm də Azərbaycanın milli maraqlarına uyğundur. Bu, ölkənin milli maraqlarına nə qədər ciddi önəm verildiyinin göstəricisidir. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

  • “Bu illər ərzində aparılan iqtisadi siyasət və tərəfdaşların düzgün seçilməsi müstəqilliyimizin güclənməsinə töhfə verib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, praqmatizmə söykənən siyasətin yeridilməsi Azərbaycanın maraqlarına tam uyğundur: “Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin çıxışında tezislər ölkəmizin iqtisadi müstəqilliyinin Avropa və regionumuz üçün nə qədər vacib olduğunun göstəricisi idi. Həqiqətən də bu illər ərzində aparılan iqtisadi siyasət və tərəfdaşların düzgün seçilməsi müstəqilliyimizin güclənməsinə töhfə verib. Davos kimi beynəlxalq bir tədbirdə Azərbaycanın iqtisadi imkanlarını faktlarla nümayiş etdirmək ölkəmizə yeni investisiyaların cəlb olunmasına gətirə bilər. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu istiqamətdə çıxışı xarici şirkətlərin ölkəmizə sərmayə yatırmasına gətirəcək. Bu da dünyada reytinq göstəricilərində Azərbaycanın irəli getməsi deməkdir. Məhz ölkə daxilində aparılan işlər ölkədə makroiqtisadiyyatın inkişafına şərait yaradıb. Sözügedən göstəricilər sayəsində iqtisadi müstəqillik qorunub saxlanılır. Əgər Azərbaycan buna nail ola bilməsəydi, təbii ki, Davos Forumunda bu kimi məsələlər qabardılmazdı. Məhz aparılan praqmatik siyasət nəticəsində bu kimi geniş imkanlar əldə edilib. Bütün bunlar dünyada Azərbaycanın mövqeyini daha da gücləndirir. Ona görə də hesab edirəm ki, praqmatizmə söykənən siyasət bizim maraqlarımıza uyğundur”.

Vidadi ORDAHALLI

Son xəbərlər