21/09/2020 23:13
728 x 90

Almaniya polisi erməni mafiyasına qarşı yeni əməliyyat keçirdi

img

Almaniyanın Erfurt şəhərində ölkə ərazisinə saxta sənədlərlə daxil olmuş iki nəfərlə əlaqədar polis reydi keçirilib. Trend-in məlumatına görə, onlar erməni mafiyasına mənsub olmaqda şübhəli bilinirlər.

Qeyd olunur ki, həmin iki nəfər Almaniyaya 20 il əvvəl saxta sənədlərlə və saxta ad altında daxil olub.

Onların 2017-ci ildə rəqib erməni qruplaşmaları arasında atışmada iştirak etdiyi də ehtimal olunur.

Polisin məlumatına əsasən, Almaniyada fəaliyyət göstərən erməni mafiyası 1990-cı illərin əvvəllərində əsasən Azərbaycandan Almaniyaya getmiş ermənilərdən ibarətdir.

Son xəbərlər