Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd Alkərəmov Vüqar Oruc oğlunun Beyləqan rayonunun 5 kəndində seçicilərlə görüşləri olub.
Görüşlər Beyləqan rayonunun Sarısu, Şərq, Qaralılar, Türklər və İmamverdili kənd sakinləri ilə baş tutub.