Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan gəncliyi ilə bağlı bulanıq niyyətin anonsu? - Prezidentin Davosda neytrallaşdırıcı əks gedişi...

Image


Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. Dövlət başçısı panelin moderatorunun suallarını cavablandırıb.

Ölkə başçısına ünvanlanan sualların əksəriyyəti gəncliyin cəmiyyətdəki rolu ilə bağlı olub. Bu xüsusda Prezident ölkəmizdə gənclərlə bağlı yürüdülən siyasətdən danışıb: “Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.

Bunun ardınca İlham Əliyevə maraqlı bir sual ünvanlanıb. “Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi?”

Ölkə başçısı bu suala tutarlı cavab verib. Ancaq diqqəti çəkən sualın quruluşudur. Aydın hiss olunur ki, Azərbaycan gəncliyi ilə bağlı hansısa layihə həyata keçirməkdə maraqlı olan güclər var. Hətta ölkəmizin gəncliyini hansısa təşkilata qatıb, onun suverenliyini belə əlindən almaq kimi planların olduğunu vurğulayırlar. Təsadüfi deyil ki, ölkə başçısı Qərbin müəyyən dairələrinin Azərbaycan gəncliyini özlərinə sərf edən istiqamətdə işlətmək, beyinlərini yumaq kimi planlarının olduğunu BDU-nun 100 illiyi ilə bağlı keçirilən tədbirdə söyləmişdi. Davosda verilən məlum sual həmin niyyətlərdən qaynaqlana bilərmi?

  • Yeganə Hacıyeva: “Həmin sual ölkədə bu sahədə vəziyyətin test olunması, gəncliyin istək və məqsədlərində millilik, dövlətçilik ideologiyasına sadiqliyi səviyyəsinin yoxlanılması üçün idi”

Avropadakı gənclər hərəkatı ilə yaxından tanış olan beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, moderator Avropa və Asiyanın kəsişməsində yerləşən ölkənin rəhbəri kimi Azərbaycan Prezidentinə daxili və xarici faktorları dəyərləndirməsi hesabı ilə strateji hədəflərin müəyyən edilməsinə yönəlik çoxsaylı sual verdi: “Bunlardan biri də məhz Azərbaycan gəncliyi, onun regional formatda fəaliyyəti, belə fəaliyyətin perspektivləri və  gözləntiləri haqqında idi. Daha konkret desək, Azərbaycan gənclərinin regional təşkilatın bir hissəsi olmaq və regional təşkilatların mövcud coğrafiyada inkşafı və möhkəmlənməsi məqsədi bir sıra siyasi təşəbbüslərin ora həvalə edilməsi ideyasının, ümumiyyətlə, mövcudluğu haqqında məlumat almağa yönəlik sual idi. Azərbaycanda belə ideyaların yerli səviyyədə dəstəklənməsi və sair.

Azərbaycanın və bizim gəncliyin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənmək olmasını qeyd edən Prezident ölkə rəhbəri və xalqın lideri olaraq əsas  hədəflərdən birinin Azərbaycanı özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevrilməsi olduğunu qeyd etdi. Bu günə qədər yürüdülən siyasətin prioriteti kimi iqtisadi müstəqilliyin əldə olunması da bu faktorun məhz siyasi müstəqillik üçün bünövrə kimi olmasıdır.

Prezident, həmçinin, qeyd etdi ki, Azərbaycanda beynəlxalq – regional qurumlarda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşma mövcuddur”.

Ekspert bildirdi ki, sırf bu mövzuda Azərbaycan gənclərinin regional təşkilatlarda təmsilçiliyi, bunun müsbət tərəfləri və narahatlıqları haqqında danışmaq istərdi: “Zamanında bir çox nüfuzlu regional gənclər təşkilatında, onların idarə heyətində təmsilçiliyi olan biri kimi onu qeyd edim ki,  Azərbaycanda çoxlu sayda gəncin istər dövlət xətti, istərsə də müstəqil formada dünyanın bir çox regional təşkilatında təmsilçiliyi mövcuddur və olub.

Regional təşkilatlar, əlbəttə, mən də daxil, üzvü olan gənclərə müasir dünyanın tələblərinə cavab verən, müasir, cəld, çevik komanda idarəetməsini öyrənmək, strateji kommunikasiya alətlərinə və onlardan istifadə vərdişlərinə yiyələnmək, yüksək səviyyədə əlaqələr qurmaq və ən əsası, daxili və xarici risq və perspektivlər faktorunun nəzərə alınması ilə regionda və dünyada gedən prosesləri dəyərləndirmək imkanlarını inkişaf etdirmək üçün unikal şanslar yaradır.

Lakin bu, müzakirə etdiyimiz mövzunun pozitiv tərəfləridir, bunun neqativ tərəfləri isə bu gənclərin regional təşkilatlarda kənar maraqlar üçün istifadə cəhdləridir. Onların ölkə daxilindəki siyasi-ictimai aktivliyinin beynəlxalq təşkilatlarda hökumətlərə təzyiq kimi, məsələn, etiraz aksiyalarında bir neçə saatlıq da olsa polis tərəfindən saxlanmasını və ya təsadüfən cüzi zədələnməsini beynəlxalq qurumların sessiyalarında hökumətlərə qarşı arqumentlər olaraq istifadə olunmasıdır.

Uzunmüddətli hesablarda isə ölkə daxilində kənar nüfuz agentləri kimi, cəmiyyətlərə yad dəyərlərin daşıyıcısı kimi, nüfuz liderlərinin yetişdirilməsi, bunun məntiqi axarı kimi yad  dəyərlər daşıyıcısı olan alternativlərin yaranması və bunun üzərindən çox asanlıqla dövlətlərin milli maraqlarına zidd gedə biləcək liderlərin yetişdirilməsinə, belə liderlərin yönləndirə bildiyi  cəmiyyətlərin və uğur qazanacağı hallar isə hökumətləri öz məqsədləri üçün idarə olunması perspektivləri güdürlər.

Məhz moderatorun Azərbaycan gəncliyinin suverenliyin bir qisminin regional təşkilatlara həvalə olunması fikrinin mövcudluğu haqqında sualı, ölkədə bu sahədə vəziyyətin test olunması, gəncliyin istək və məqsədlərində millilik, dövlətçilik ideologiyasına sadiqliyi səviyyəsinin test olunması və ölkə rəhbərliyinin bu haqda düşüncələrinin bəyan etməsi üçün idi”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ