Cümə axşamı günü, 05 noyabr 2026
     

İtaliya mətbuatında Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunduЯкорь

Image


Yanvarın 17-də İtaliyanın tanınmış “La Verita” qəzetində jurnalist Gianluca De Maionun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə qanlı 20 Yanvar hadisələri ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən, ölkəmizə qarşı qərəzli və yalan məlumatları özündə əks etdirən “Ermənilərin Azərbaycan tərəfindən gizlədilən qətliamı” adlı məqaləsi dərc edilib. Bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “La Verita” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu tam şəkildə dərc olunub. Səfirin cavab məktubunda bildirilir:

“Mətbuatın italyan oxucularına çox da tanış olmayan tarixi məqamlara diqqət  ayırması həmişə maraqlıdır. Ancaq təəssüflə bildiririk ki, cavab hüququndan istifadə etməklə dərc olunmasını xahiş etdiyimiz bu məktubumun səbəbi müəllifin hadisələri dərindən araşdırmadan Azərbaycan üçün faciələrlə dolu bir tarixi dövrü təsvir etməsidir. 

Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, məqalədə müəllifin erməni propaqandasının qaynaqlanan məlumatlarla həqiqətdən uzaq bir şəkildə xatırlatdığı məhz bugünkü 20 Yanvar tarixində Azərbaycan Qara Yanvarın 30-cu ildönümünü anır. Ermənistanın bu propaqandasının məqsədi Ermənistan tərəfindən Azərbaycana qarşı başlamış, çağdaş tarixdə Azərbaycan xalqına qarşı ən qanlı qırğınlarından biri olan Qara Yanvar hadisələrinin də daxil olduğu faciəli hadisələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin köklərini və mahiyyətini gizlətmək və təhrif etməkdir.

Həqiqət budur ki, 1990-cı il yanvarın 19-u gecə Sovet İttifaqının o vaxtkı prezidenti Mixail Qorbaçovun göstərişi ilə 30 minə yaxın sovet ordusunun əsgəri Bakıya doğru irəlilədi. Dəniz də daxil olmaqla, bütün istiqamətlərdən geniş miqyaslı bir hərbi əməliyyat silahsız sakinləri, istisna edilmədən qadınları, qocaları və körpələri hədəf almağa yönəldilmişdir; hətta təcili yardım sürücüləri və həkimləri vəhşicəsinə öldürülmüşdür. Zirehli tanklar və hərbi nəqliyyat vasitələri içərisindəki insanlardan asılı olmayaraq mülki və təcili yardım maşınlarını əzdilər. Hücum 147 mülki şəxsin ölümünə, 800-ə yaxın insanın yaralanmasına səbəb oldu.

Qoşunların Bakıya və ölkənin digər şəhərlərinə daxil olmasında əsas məqsəd SSRİ tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın xeyrinə birtərəfli, qərəzli və yolverilməz siyasətə qarşı başlanan dinc nümayişlərin boğulması ilə əhalini susdurmaq idi.

Human Rights Watch” təşkilatı "Azərbaycanda Qara Yanvar" adlı hesabatında qeyd edir ki, "Həqiqətən 19-20 Yanvar gecəsində Sovet ordusu tərəfindən törədilən zorakılıq azərbaycanlıların göstərdiyi müqavimətə nisbətdə o qədər qeyri-bərabər idi ki, bu, kənardan kollektiv cəza kimi görünürdü”.

Qara Yanvar XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı Dağlıq Qarabağın Azərbaycan bölgəsinə ərazi iddiaları və 250 min azərbaycanlının Ermənistandakı tarixi torpaqlarından didərgin salınması ilə başlayan prossesin bir hissəsidir. 

Bunun ardınca Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladı, bu da Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın 20%-nin hərbi  işğalına, işğal edilmiş ərazilərdə 750 min nəfər azərbaycanlıya qarşı etnik təmizlənməyə və həmin ərazilərdə Azərbaycanın tarixi abidələrinin dağıdılmasına gətirib çıxardı. Ermənistan beynəlxalq humanitar hüququ ciddi şəkildə pozdu və çoxsaylı müharibə cinayətləri, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə münaqişənin ən faciəvi hadisəsi olan, Ermənistan ordusu tərəfindən 613 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi Xocalı soyqırımını törətdi.

Müəllif mövzunu araşdırsaydı münaqişə barədə beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasına, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına dair Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnamələr barədə də məlumat əldə edə bilərdi.

Azərbaycan tarixən müxtəlif din və millətlərin sülh və harmoniya içində yaşadığı bir ölkədir və Azərbaycanın multikulturalizm modeli beynəlxalq səviyyədə bir nümunə kimi qiymətləndirilir. Ermənistan istər Ermənistanın özündə, istərsə də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə aparsa da, həmin ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni irsi məhv etsə də, ölkəmizdə on minlərlə erməni mənşəli vətəndaşlar digər vətəndaşlarla eyni hüquqlara malikdir, Bakının mərkəzində dövlətimiz tərəfindən təmir edilmiş erməni kilsəsi mövcuddur və orada 5 mindən çox erməni dilində kitab qorunur.

Qara Yanvar zamanı, habelə, Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən hadisələrin məqalədə verilmiş formada təsviri şəhidlərin xatirəsinə və işğal edilmiş ərazilərdə öz yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum olan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hisslərinə hörmətsizlikdir.

Bizim məqsədimiz qəzetinizin adında (“La Verita” italyanca “həqiqət” deməkdir) qeyd olunduğu kimi oxuculara həqiqəti çatdırmaqdır”. 

Səfirin dərc olunmuş cavab məktubu ilə bu keçiddən tanış olmaq mümkündür:

https://www.laverita.info/non-criminalizzate-i-martiri-azeri-2644879300.html



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ