Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan sərhədçiləri Qazax-Ağstafa istiqamətində düşmənin psixoloji üstünlük qazanmaq səylərini qırdı – 2018-ci ilin sonlarından gedən proses...

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin dalana dirəndyi bir vaxtda konfliktin hərbi müstəvidə çözülmə ehtimalı artmaqda davam edir. Son dövrlərdə cəbhə xəttində atəşkəs hallarının düşmən tərəfindən tez-tez pozulması da savaş ehtimalını artırır. Bu fonda diqqət çəkən məqamlardan biri də sərhəd xəttində olanlardır.

Artıq faktdır ki, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu müxtəlif vaxtlarda situasiyanın kəskinləşməsi müşahidə olunur. Xüsusən də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində bu hal özünü qabarıq göstərir. Amma o da faktdır ki, həmin istiqamətlərdə sərhədlərin müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­ları hər dəfə düşmənin layiqli cavabını da verir. Burada istənilən düşmən təxribatının qarşısı layiqincə alınır. Sərhəd məsələləri üzrə ekspert, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Afəq Abiyev də vurğulayır ki, Dövlət Sərhəd Xidməti tərəfindən son bir ildə Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin əməliyyat imkanlarının məhdudlaşdırılması Ermənistan tərəfinin həmin istiqamətə diqqəti artırmasına səbəb olub. Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan DSX Sərhəd Qoşunlarının qısa müddətdə dövlət sərhədində, xüsusilə Ermənistanın əsas kommunikasiya xətlərinin (qaz kəməri və Gürcüstandan Ermənistana gedən avtomobil magistralı) keçdiyi ərazilərə nəzarət imkanları əldə etməsi İrəvanı çıxılmaz vəziyyətə salıb.

Bundan sonra düşmən qeyd olunan istiqamətdəki hərbi hissələrində və yaşayış məntəqələrində yaranan psixoloji gərginliyi azaltmaq məqsədilə təxribat fəaliyyətlərinə daha çox diqqət yönəltməyə başlayıb:“Ermənistan tərəfinə Qazax və Ağstafa rayonları istiqamətində dövlət sərhədindəki bizim vəziyyət bəllidir. Qeyd etmək istərdim ki, 2018-ci ilin sonunadək Sərhəd Qoşunlarımız düşmənlə üzbəüz olmamışdı. Qazax və Ağstafa istiqamətində biz dövlət sərhədinin mühafizəsini üzərimizə götürdükdə, qarşı tərəf düşündü ki, sərhədçilərin təcrübəsizliyindən istifadə edib təxribat yarada və psixoloji üstünlüyü qazana bilər. Lakin 2019-cu ilin fevralından düşmənin sərhəddə başlayan təxribat fəaliyyətlərinin heç biri effektiv olmadı. Əksinə, bölmələrimiz, bildiyiniz kimi, 2-ci Şıxlı və “Babakər” yüksəkliyi istiqamətlərində yeni mövqelərə çıxaraq möhkəmləndilər. Nəticədə daha geniş əraziyə nəzarət etmək imkanı qazandıq. Daha sonra, oktyabr ayında mülki sakinimizi – traktorçumuzu vurdular. Onun da qisası layiqincə alındı və düşmənin peşəkar snayperləri tərəfimizdən məhv edildi”.

Ehtiyatda olan polkovnik “azeridefence”ə açıqlamasında qeyd edir ki, itkilərin artması, eləcə də sərhəddə yaşadığı uğursuzluqların əvəzini çıxmaq, itirilmiş nüfuzunu bərpa eləmək məqsədilə Ermənistan tərəfi həm dövlət sərhədində, həm də informasiya məkanında təxribatlara davam edir:“Düşmən təxribatlar vasitəsilə həm Azərbaycan tərəfinin müdafiə sistemini öyrənmək, həm də sərhəd qoşunlarımızın təmas xəttində xidmət edən şəxsi heyəti üzərində psixolji üstünlük əldə etmək niyyəti güdür. Digər tərəfdən, Paşinyan hökuməti Ermənistan daxilindəki narazılıq cəhdlərinin qarşısını almağa və diqqəti cəbhəyə yönəltməyə çalışır”.

Abiyevin sözlərinə görə, yanvarın 7-dən bu günədək dövlət sərhədində Ermənistan ordusunun, biri taborun qərargah rəisi olmaqla, 5 hərbi qulluqçusu zərərsizləşdirilib: “Həyata keçirilən tədbirlər nəticəsində düşmənin üzləşdiyi itkilər, düşdüyü çıxılmaz durum barədə məlumatlıyıq. Əvvəlki illərdə apardığımız təhlillər əsasında deyə bilərəm ki, düşmən bu dəfə də çoxsaylı itkilərini bir-bir avtoqəza, hansısa bədbəxt hadisə adıyla yayımlamağa çalışacaq”. 

Qeyd edək ki, bu gün sərhədçilərimiz sərhədboyu ərazilərdə bir sıra mühüm strateji və həyati vacib obyektləri, o cümlədən Gürcüstan-Ermənistan qaz kəmərini və kompressor stansiyasını nəzarətdə saxlaya bilir. Baş verənlərdən erməni tərəfi də kifayət qədər narahatdır. Bundan əvvəl  erməni hərbi ekspert, keçmiş müdafiə naziri Seyran Ohanyanın müşaviri olmuş David Camalyan bildirib ki, əslində Azərbaycanın sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində yerləşdirilməsi təsadüfi deyil və bu addım Azərbaycanın Qarabağı geri almaq üçün hücum əməliyyatlarının bir hissəsi olacaq: “Azərbaycan Qarabağa qarşı hücuma hazırlaşır və prinsipcə istisna etmək olmaz ki, formalaşdırılan hücum qruplaşmasına onların 3-cü ordu korpusunun bölmələri də daxil ediləcək. İndiki halda prinsipial olaraq bunu qeyd etmək vacibdir: Azərbaycanda həm daxili qoşunlar, həm də sərhəd qoşunları Qarabağa mümkün hücum zamanı döyüş əməliyyatlarına tam cəlb edilmələri nəzərə alınmaqla təşkil olunub. Yəni Azərbaycanın sərhəd qoşunlarını təkcə sərhədlərin qorunması funksiyasını həyata keçirən struktur kimi deyil, qarşısında həm də döyüş vəzifələrinin yerinə yetirilməsi görəvi dayanan tammiqyaslı döyüş vahidi kimi görmək lazımdır. Ona görə də biz arxayın olmalı deyilik ki, sərhədin şimal-şərq hissəsində daha sakitlik olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ