Cümə axşamı günü, 05 noyabr 2026
     

Lukaşenkonun ümidi yenə Azərbaycana qaldı

Image


Son dövrlərdə Rusiya və Belarus arasında gərginləşən münasibətlər yenidən enerji sektoruna öz təsirini göstərib. Kreml neft faktoru ilə Belarusu sıxmağa başlayıb. Belarus prezidenti Aleksandr Lukaşenko bu fonda Rusiyadan gileylənərək bəyan edib ki, “qardaş ölkə” Qazaxıstan neftinin belə öz ərazisindən Belarusa nəqlinə icazə verməyib.

Lukaşenko yaranmış situasiyanı “qəribə” adlandırıb. O bildirib ki, bir müttəfiqinin digər ümumi müttəfiqdən neft almasına imkan verməməsini anlaya bilmir. Belarus prezidenti hökumətə yeni mənbələr tapmağı və neft alışını diversifikasiya etməyi tapşırıb. Lukaşenko deyib ki, Rusiyadan Belarusa lazım olan neftin yalnız 30-40 faizini almaq lazımdır. Tələbatın qalan hissəsini isə Ukrayna və Baltik respublikalarından keçməklə digər ölkələrdən – Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, hətta ABŞ-dan almaq olar. Belarus prezidenti qeyd edib ki, Rusiyanın tətbiq etdiyi yeni vergitutma qaydaları Belarus iqtisadiyyatına ciddi zərər vurur və bu ölkədəki neftayırma zavodlarını gəlirsiz qoyur. Çünki Rusiyanın tələb etdiyi şərtlər yerinə yetirildiyi təqdirdə bu ölkədən alınan neftin qiyməti dünya bazarındakı qiymətdən də baha olacaq.

Xatırladaq ki, Belarus və Rusiya rəhbərləri 2020-ci ildə neftin satış qiyməti və vergitutma məsələləri ilə bağlı razılığa gələ bilməyib. Hətta mətbuatda rəsmi Moskvanın neft güzəştləri qarşılığında Belarusdan öz suverenliyindən Rusiyanın xeyrinə qismən imtinasını tələb etdiyinə dair iiddialar yer alıb. Elə bundan sonra bəlli olub ki, Belarus Rusiyadan kənarda bazar qiymətləri ilə neft almaq və neft məhsullarının satışının rentabelliyini təhlil etmək niyyətindədir. Lukaşenko bu xüsusda bildirib: "Təcrübədə bunun nə ilə nəticələnəcəyini də görməliyik. Beləliklə, şərqdəki qardaşlar bunun çox bahalı olacağı ilə qorxudurlar. Biz isə hesablama aparmadan, bunu sınamadan düşünürük ki, bacaracağıq. Bunun üçün də belə bir qərar qəbul edildi ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, Amerika, [n’mli deyil, hara nefti olur-olsun, bazar qiymətinə almalıyıq”. Belarus alternativ olaraq neft almaq üçün bir neçə Avropa ölkəsinə də müraciət edib. Belarusun baş nazir müavini Dimitri Krutoy bildirib ki, ölkədəki bütün neftayırma şirkətlərinin nümayəndələri artıq xaricdəki potensial tərəfdaşlarla danışıqlar aparır.

O ümid edir ki, neft almaq üçün tezliklə Minskin alternativ imkanları yaranacaq. Baş nazir müavini qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Baltik ölkələri ilə mümkün əməkdaşlığa baxılır. Belarusun Azərbaycandan da neft idxalı mümkün sayılır. Elə bu günlərdə Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Azərbaycan Belarusa neft sata bilər. O vurğulayıb ki, məsələ ilə bağlı danışıqlar aparılıb: "Biz həm Azərbaycan, həm də digər ölkələrin neftini arzu edən tərəflərə texniki baxımdan nəql edə bilərik. Ancaq hələ ki, bununla bağlı konkret bir şey yoxdur".

Daha əvvəl isə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bildirmişdi ki, rəsmi Bakı neft tədarükü məsələsində müraciət etdiyi halda Minskə kömək etməyə hazır olacaq. Onun sözlərinə görə, Azərbaycanın Belarusa bu məsələdə kömək etməsinə heç bir maneə yoxdur: “Ən çətin zamanlarda bizim xalqlarımız bir-birinə kömək edib və bu bizi birləşdirir. Biz hər zaman dostumuza dayaq oluruq. Ehtiyac yaranarsa, Azərbaycan ləyaqətlə öz qardaşlıq borcunu yerinə yetirəcək”. O əlavə edib ki, bununla yanaşı, Azərbaycandan Belarusa neftin nəqlinin çətinlikləri də nəzərə alınmalıdır və enerji resurslarının ciddi bahalaşmasına gətirib çıxarmayacaq ən optimal həll yollarını axtarıb tapmaq lazımdır: “Burada nəqletmənin marşrutlarından başqa heç bir sual yoxdur ki, bu da neftin nəql edilməsinin qiymətinə ciddi təsir edir”. O güman edib ki, tədarük Qara dəniz limanları vasitəsilə mümkün ola bilər. Səfir iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının böyük potensialının olduğunu da qeyd edib: “Belarus Avropanın mərkəzində yerləşir. Yəni bizim üçün Avropa bazarı açılır. Azərbaycan isə ön Şərqdə yerləşir ki, o da Belarus üçün Yaxın Şərqin bazarlarını açmış olur”. Azərbaycandan Belarusa neft tədarükü, ekspertlərə görə, Baltikyani və Ukrayna limanlarından da həyata keçirilə bilər. Belarus neft emalı zavodları Azərbaycan, Səudiyyə Ərəbistanı və Nigeriyadan gətirilən 18 növ nefti emal etməyə hazırdır. Hesab edilir ki, bundan əvvəl olduğu kimi, indi də Azərbaycan Belarusu çətin vəziyyətdə qoymayacaq.

Ekspert Sergey Aqibalov da hesab edir ki, Azərbaycanla danışıqlar aparmaqla Belarus hakimiyyəti vəziyyətdən çıxmağa çalışır:"Buna baxmayaraq, bunda Rusiya üçün heç bir təhlükə yoxdur. İstənilən halda, neft münasibətlərinin bərpası hər iki tərəf üçün sərfəli ola bilər. Azərbaycan üçün isə bu, Belarus bazarında möhkəmlənməkdir".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ