21/09/2020 16:23
728 x 90

80 saylı dairədən namizəd Vüqar Alkərəmov İmişli və Beyləqan seçicilərilə görüşlərini davam etdirir - FOTO

img

Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd Alkərəmov Vüqar Oruc oğlunun İmişli və Beyləqan rayonlarının 6 kəndində seçicilərlə görüşü keçirilib. Görüşlər İmişli rayonunun Oruclu, Məmmədli, Qaravəlili və Beyləqan rayonunun Bahar, Qəhrəmanlı və Şahsevən kənd sakinləri ilə baş tutub.

Görüşlərdə ulu öndər Heydər Əliyevin qoyduğu irsin, İlham Əliyev tərəfindən müvəfəqiyyətlə icrasının ölkəmizə verdiyi töhvələr müzakirə edilib. Kənd əhalisi tərəfindən mövcud problemlər namizəd qarşısında bir daha işıqlandırılmış və müvafiq qeydlər aparılmışdır. Ümumilikdə görüşlər əhali tərəfindən yüksək qiymətləndirilib və seçicilər Alkərəmov Vüqar Oruc oğlunu dəstəklədiklərini bildiriblər.

Son xəbərlər